Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

İNNOVASİYA FƏALİYYƏTİ

Zakirə Əliyeva. Elmi fəaliyyət və fandrayzinq imkanları

19-04-2017 [ 11:40 ] [ oxunub:302 ]
printerA+ | A-

ELMİ FƏALİYYƏT VƏ FANDRAYZİNQ  İMKANLARI

İnformasiya cəmiyyətin quruculuğu kontekstiində Azərbaycan ədəbiyyatının öyrənilməsi, tədrisi və təbliği bu proseslərə yeni yanaşma tərzi tələb edir. Ədəbiyyat da mədəniyyətimizin tərkib hissəsi kimi bugünkü gəncliyin milli dəyərlərə hörmətlə, onun qayğısına qalmaq, onu yaşatmaq, dünyaya tanıtmaq ruhunda formalaşmasında mühüm rol oynayır. Klassik ədəbi irsimiz, sovet dönəmi ədəbiyyatımız, ədəbi abidələrin, müasir ədəbi nümunələrin, xüsusilə uşaq ədəbiyyatı nümunələrinin, elə bu gün formalaşmaqda olan şəbəkə ədəbiyyatının özü də İnternet saytlarında xaotik şəkildə öz əksini tapmaqdadır. Ciddi elmi təşkilatların müəllifliyi ilə yaranmış, təhlükəsizliyi təmin edilmiş ədəbiyyat resurslarına, elektron ədəbi nəşrlərə böyük ehtiyac var. İnternetə çıxarılan bədii ədəbiyyat, ədəbi tənqid nümunələrin tam mətn etibarlılığının təmin edilməsi də aktual bir məsələdir. Demokratik prinsiplərin aliliyinin təmin edildiyi ölkəmizdə ədəbiyyatımızın tədqiqinə, təbliğinə, tədrisinə yanaşma tərzində məsuliyyət hissi önəmlidir. Və Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığı sahəsində fəaliyyət göstərən ali və orta məktəb müəssisələrinin müəllim–tələbə kontingenti, AYB-nin regional birlikləri, AMEA-nın regional bölmələrinin birgə səyi ilə və s. kontingentinin potensial imkanlarını səfərbər etməklə əhəmiyyətli ədəbi-elmi layihələr həyata keçirmək mümkündür.

Bu sahədə elmi tədqiqatların reallaşdırılmasına maliyyə imkanlarının cəlb edilməsi də maksimum dərəcədə öz aktuallığını saxlayan bir məsələdir.

Bu mənada fandrayzinq fəaliyyətinin elmi qurumların innovativ fəaliyyətində rolu böyükdür.  Büdcə vəsaitləri real xərcləri tamamlaya bilmirsə, bu zaman büdcə ilə alternativ maliyyə mənbələrinin mütənasibliyindən səmərəli istifadə etmək olar. Yalnız bu işə məsul olanlar işin hüquqi nizamlanmasını və xeyriyyə himayəsinin mümkün olan variantlarını dəqiq təqdim etməyi bacarmalıdır. Bu haqda Azərbaycan Respublikasının qanunvericilik aktlarının müvafiq maddələri və bəndləri əsas götürülməlidir. Qərb ölkələrində artıq uzun zamandır ki, müvəffəqiyyətlə istifadə edilən “fandrayzinq” (vəsaitlərin, maliyyə imkanlarının cəlb edilməsi) texnologiyası sponsorların tapılmasında, alimlərin müntəzəm surətdə maliyyə imkanlarından yararlanmasında mühüm yer tutur. Fandrayzinqi ingilis sözü olub - fand-raising – iki sözün: maliyyə imkanları və artırmaq, yetişdirmək ifadələrinin - birləşməsindən ibarətdir.

Sponsor himayəsinin növləri isə müxtəlifdir. Bu qrant, qonorar, subsidiya, hesabın ödənilməsi, məqsədli alış-veriş və s. şəklində ola bilər. Sponsorla optimal əmkdaşlıq variantları seçmək olar. Yalnız bu zaman yadda saxlamaq lazımdır ki, müştərək layihələrin reallaşdırılması qarşılıqlı əməkdaşlıq şəraitində həyata keçirilməlidir. Məsələn, hər hansı korporativ ideya çərçivəsində əməkdaşlıq nəinki əlavə gəlir gətirə, eyni zamanda yeni layihələrin yaranması üçün bir innovativ mərkəz yaradılmasına başlanğıc ola bilər.

Fandrayzinq fəaliyyəti bir neçə mərhələdən ibarətdir: tanışlıq, strategiya, taktika, zəmanət, himayə.

Tanışlıq – potensial əlavə maliyyə mənbələrinin müəyyən edilməsi prosesidir. Bunlar yuxarıda qeyd etdiyimiz sponsorlar və xeyriyyəçilərdir. Pullu xidmət növləri də əlavə gəlir mənbələrindəndir. Maliyyə vəsatinin (qrantın) tapılması düzgün aparılmış axtarışın məntiqi nəticəsidir. Bəs düzgün axtarış nə deməkdir?  İlkin mərhələ üçün elmi qurum xüsusi tədbirlər planı hazırlamalı və həyata keçirməlidir. Bu tədbirlər məşhur birliklər, xeyriyyəçi və imkanlı şəxsiyyətlərlə, nəşriyyat birlikləri və b. görüş, xeyriyyə aksiyaları və s. şəkildə ola bilər. Hər bir tədbirin yekun nəticəsi olaraq cəlb ediləcək imkandan hası sahədə yararlanmanın mümkün olda biləcəyini də müəyyən etmək gərəkdir.

İnformasiya ilə məşğul olan mütəxəssislər kimi biz arayış-məlumat nəşrləri və İnternet vasitəsilə fondların professional axtarışını həyata keçirə bilərik. Eyni zamanda elmin müxtəlif sahələrinə dair layihələrin maliyyələşdirilməsi ilə əlaqədar bütün beynəlxalq təşkilatlar və fondların fəaliyyət istiqamətlərini öyrənə bilərik. Biz həmçinin xaricdə fəaliyyət göstərən təşkilaitlar haqqında harada və kimdən məlumat ala biləcəyimiz haqda informasiyanı əldə etəmyi bacarmalıyıq. Bu qəbildən axtarışlar aparmaqla müəyyən təcrübə və vəsaitlərin harada və necə axtarılması biliklərini əldə edəcəyik.

Strategiya - elmi qurumun imicinin formalaşdırılması və maliyyə imkanlarının cəlb edilməsi taktikasının planlaşdırılması prosesləridir.Qurumun imicini onun təşkil etdiyi və iştirakçısı olduğu tədbirlər – konfranslar, yubileylər, müsabiqələr, nəşriyyat fəaliyyətləri və s. informasiya resursları formalaşdırır. Eyni məqsədlə veb-sayt da gözəl təbliğat vasitəsidr. İctimai rəyin formalaşmasına kütləvi informasiya vasitələrində çıxışlar da böyük kömək edə bilər.

Taktika – sponsorlara hesablanmış fəaliyyətdir. Elmi qurum haqqında materialların gözəl dizaynla tərtib edilmiş, maraqlı məlumatlarla zəngin göstəricilərini əhatə edən nəşrlər sponsorlarda təsəvvür yaratmaq üçün bir gedişdir. Bu zaman hər bir sponsora görə hazırlanmış material elmi fəaliyyətin hər hansı istiqamətində ehtiyacları haqqında məktub-müraciətlə tamamlanır. Sponsor təşkilat qurumun tədbirlərinə dəvət edilirsə bu zaman tanışlıq və ehtiyaclar haqqında söhbətə şərait və yeni ideyaya maraq yaranır.

Zəmanət - əks tərəfi yardıma olan ehtiyaca inandırmaq, etibar qazanmaq üçün vacibdir.Sponsorlarla münasibətlər onların imkanları nəzərə alınmaqla qurulmalıdır. Müraciət edilərkən təqdim edilən məktub-müraciət və ya layihə qısa və konkret olmalı, müraciətin səbəbini, layihənin zəruriliyini, mahiyyətini və məqsədini əhatə etməlidir. Sponsorla daim əlaqə saxlamaq, israrlı olma qda əsas şərtlərdəndir. Rədd cavabı aldıqda belə gələcəkdə yeni yanlışlıqllara yol verməmək üçün onun səbəblərini aydınlaşdırmaq lazımdır. 

Fondların növləri

1. Xüsusi kapitala, fəaliyyət proqramına olan qeyri-hökumət təşkilatları
2. Müstəqil fondlar – fərdi və ailənin maliyyəlşdirdiyi qrantlar ayıran özəl təşkilatlar. İdarəolunma xüsusiyyətlərinə görə 3 yerə ayrılır:
• ailə fondları (İlkin vərəsənin ailləri ilə idarə olunur); 
• çox məqsədli fondlar ( müxtəlif sahələrə qrant ayırır) 
• Xüsusi təyinatlı fonlar ( xüsusi maraq dairəsi olan fondlar)
3. Korporativ və ya kampanyiaların sponsorluq etdiyi fondlar 
4. Əməliyyat fondları 
5. İctimai fondlar
Məqsəd və vəzifələrindən asılı olaraq qrantlar müxtəlif kateqoriyalara ayrılır:
• Təşkilatın öz missiyası və məqsədlərinin həyata keçirilmsəi üçün
• Müəyyən sahələri əhatə edən xüsusi layihələr üçün
• Kapitalın himayəsi üçün, yəni binanın təmiri və ya avadanlığın alınması üçün və s.

Maliyyələşdirən təşkilaitlarin axtarişi üçün İnternet –dən istifadə olunmasi:

Bu gün Azərbaycanda və beynəlxalq səviyyədə müxtəlif məqsədlərlə təşkil olunmuş və ən müxtəlif sahələrdə fəaliyyət göstərən bir çox xeyriyyə təşkilatları, fondlar fəaliyyət göstərir. Heydər Əliyev fondu, Beynəlxalq Elm fondu, Soros fondu, Avroasiya, Menon fondu və s. 
Qeyd etmək lazımdır ki, müəyyən olunmuşu fondlarla daim əlaqə saxlamaq vacibdir. Hər bir fond müəyyən mərhələlər üçün qrant müsabiqələri elan edir. Əlaqələrimiz yoxdursa biz bundan xəbər tuta bilməyəcəyik. Bu mənada professional İnternetdə list-serve (elektron elanlar lövhəsi kimi).

Xarici donorların axtarışı üçün mənbələr

Dabson, B. Company Giving in Europe, London: Directory of Social Change Directory for International Grantmakers, Washington, DC: Council of Foundations Directory of Foundation and Corporate Members of the European Foundation Centre, Brussels: The European Foundation Centre Foundations Directory, Garonzik, E., ed., The International Foundation Directory: An International Directory of Foundations, Trusts and Similar Non-Profit Institutions, London: Europa Publications Jankowski, K.,ed., Directory of International Corporate Giving in America and Abroad, Rockville, MD: The Taft Group, Kiger, J.C. , International Encyclopedia of Foundations, Westport, CT: Greenwood Press,  Moore, k., International Directories for Fundraising from Foundations, public Administration Series: Bibliography no. P2953
 

P.S.Növbəti məqaləmizdə humanitar elmlər sahəsində sponsor və donor təşkilatları haqqında  daha geniş məlumatlar dərc edəcəyik. Bu haqda maraqlandığınız suallarla saytımızın ünvanına müraciət edə bilıərsiniz.

SİZƏ MARAQLI OLA BİLƏR