Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

İNNOVASİYA FƏALİYYƏTİ

“Web of Science” Məlumat Platformasından istifadəyə dair maarifləndirici seminarda

13-02-2019 [ 12:14 ] [ oxunub:331 ]
printerA+ | A-

12 fevral 2019-cu il tarixdə Ədəbiyyat İnstitutunun əməkdaşları Clarivate Analytics agentliyinin “Web of Science” Məlumat Platformasından istifadənin təkmilləşdirilməsinə dair maarifləndirici seminarında iştirak etmişlər.

Seminarda “Clarivate Analytics” agentliyinin elmi informasiya resursları üzrə eksperti, linqvistika üzrə fəlsəfə doktoru V.Kurmakaeva rus dilində olan məruzəzəsində “Web of Science” platformasının axtarış imkanları”,  “Beynəlxalq jurnalların tələbləri və ona uyğun məqalə yazmaq”, “Məqalələrin dəqiq xülasəsinin hazırlanması” və “Köməkçi vasitələrdən istifadə (EndNote)” barədə danışıb.

Eyni zamanda, V.Kurmakaeva platformada tədqiqatçı profilinin yaradılması məsələsinə  toxunmuş və bu cür profillərin peşəkar akademik cəmiyyətə inteqrasiya üçün xüsusi əhəmiyyətə malik olduğunu və istifadəçilər üçün bir çox imkanların mövcud olduğunu vurğulayıb.

FOTO QALEREYA