Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaratmış, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlamışdır.
Bu münasibətlə Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Erkən yeni dövr şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Mahirə Quliyeva məruzə ilə çıxış etmişdir.