Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

“Hüseyn Cavidin ədəbi- bədii irsi mətbuatda” kitabının təqdimatı keçirilib

12-12-2023 [ 10:29 ] [ oxunub:171 ]
printerA+ | A-
104056

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Sevil Həsənovanın “Hüseyn Cavidin ədəbi-bədii irsi mətbuatda” kitabının təqdimatı keçirilib.
Təqdimatda AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov giriş  nitqi söyləyib. Akademik Muxtar İmanov kitab barəsində məlumat verərək bildirib ki, kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Abid Tahirli, rəyçiləri akademik Teymur Kərimli və filologiya elmləri doktoru Gülbəniz Babaxanlı, naşiri isə filologiya üzrə fəlsəfə doktoru Müşfiq Borçalıdır.
Sonra Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülbəniz Babayeva geniş məruzə ilə çıxış edərək kitab haqqında hərtərəfli məlumat verib. Tədbirdə BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Cahangir Məmmədli, kitabın elmi redaktoru Abid Tahirli, filologiya elmləri doktoru, professor Allahverdi Məmmədli, Əməkdar jurnalist, Qulu Məhərrəmli, tarix elmləri doktoru, professor Nəsiman Yaqublu, Əməkdar jurnalist İlham Quliyev, filologiya elmləri doktoru, dosent Lütviyyə Əsgərzadə, əməkdar jurnalist Namiq Əhmədov və başqaları çıxış edərək kitabın
məziyyətləri haqqında fikirlərini bölüşüblər.
Tədbirdə çıxış edən müəllif Sevil Həsənova yaradılan şəraitə görə AMEA- nın prezidenti, akademik İsa Həbibbəyliyə və tədbir iştirakçılarına təşəkkürünü bildirib.

FOTO QALEREYA