Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Ədəbiyyat İnstitutunun icraçı direktoru Mehman Həsənli III Aytmatov günlərində məruzə ilə çıxış edib

13-10-2023 [ 20:58 ] [ oxunub:490 ]
printerA+ | A-
103805

Tədbir Çingiz Aytmatovun 95, Torokul Aytmatovun 120 illik yubileylərinə həsr olunub. Simpoziumda  deputat Çingiz Aydarbekov, ictimai xadim, Qırğızıstanın əməkdar təhsil işçisi, ictimai xadim Torokul Aytmatovun qızı və yazıçı Çingiz Aytmatovun bacısı Roza Aytmatova, TÜRKSOY-un baş katibi Sultan Raev, fövqəladə səfirlər iştirak ediblər. Eyni zamanda, Qırğız Respublikasının Türkiyə Respublikasındakı səlahiyyətli nümayəndəsi Ruslan Kazakbayev, Ankara Universitetinin rektoru Necdet Ünüvar, Qırğızıstan Respublikası Milli Elmlər Akademiyasının prezidenti Kanat Abdrahmatov və başqaları iştirak ediblər.

Beynəlxalq tədbir bu böyük ədəbi-mədəni irsin qorunub saxlanması və təbliğinə yönəlmiş  şərəfli bir təşəbbüsdür.

Simpoziumun  təşkilatçıları TÜRKSOY, TİKA, Qırğızıstan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi, Ankara Universiteti, Qırğız Respublikası Milli Elmlər Akademiyasının Çingiz Aytmatov İnstitutudur.Konfransda Türkiyə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Almaniyadan gələn alimlər, tədqiqatçılar iştirak ediblər.

Tədbirdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunu Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dos. Mehman Həsənli təmsil edib. Ankara Universitetində keçirilən III Aytmatov günlərində gənc alim "Ata və oğul: Torequl Ayt matov və Çingiz Aytmatov" adlanan  məruzə ilə çıxış edib. Konfrans çərçivəsində bir panellərdən birinin moderatoru olub. M.Həsənlinin Azərbaycanda repressiya qurbanları ilə bağlı əlavə çıxışı da maraq doğurub. Konfransın yekun iclasında gənc alim Azərbaycan adından konfransla bağlı fikirlərini də bildirib. 

FOTO QALEREYA