Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Cəlil Məmmədquluzadənin ev-muzeyində “Molla Nəsrəddin - 116” adlı tədbir keçirilib

07-04-2022 [ 19:34 ] [ oxunub:68 ]
printerA+ | A-
102222

Cəlil Məmmədquluzadənin ev-muzeyində “Molla Nəsrəddin” jurnalının ildönümünə həsr edilmiş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə muzeyin direktoru Yeganə Məmmədova açıb.

Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli məruzə ilə çıxış edib, Cəlil Məmmədquluzadə və “Molla Nəsrəddin” ədəbi məktəbi haqqında bir sıra maraqlı və yeni məlumatları dinləyicilərə çatdırıb.

Tədbirdə Yasamal rayonu 150 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi, Əməkdar müəllim Məlahət Babakişiyeva çıxış edərək görkəmli yazıçının əsərlərinin müasir əhəmiyyətindən bəhs edib. Sonra həmin məktəbin şagirdləri “Molla Nəsirəddin” jurnalında çap olunan felyetonlardan səhnəciklər göstərib və ədibin əsərlərindən parçaları əzbər söyləyiblər.

Tədbirdə 150 saylı tam orta məktəbin direktoru Sevda Əliyeva, Abdulla Şaiq xatirə muzeyinin direktoru Ülkər Talıbzadə, Əzim Əzimzadə xatirə muzeyinin direktoru İradə Əzimzadə, Nəriman Nərimanov muzeyinin direktoru Ləman Hüseynova, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının ədəbi dram hissə müdiri Həmidə Rüstəmova və digər ziyalılar iştirak və çıxış ediblər.

Sonda iştirakçılar Cəlil Məmmədquluzadənin ev-muzeyinin eksponatları ilə tanış olubl

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR