Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

AMEA-nın əməkdaşlarının məqalələləri Avstriyada nüfuzlu “Science without borders” elmi toplusunda dərc olunub

18-09-2024 [ 20:31 ] [ oxunub:202 ]
printerA+ | A-
104808

“Science without borders” (“Sərhədsiz elm”) elmi toplusu Beynəlxalq Elmlər Akademiyası tərəfindən iki ildən bir çap olunur.

Redaktorları şöhrətli alimlər Beynəlxalq Elmlər Akademiyasının prezidenti Valter Kofler və BEA-nın Azərbaycam bölməsinin rəhbəri professor Elçin Xəlilovdur. Görkəmli dünya alimlərinin əsərləri dərc olunan elmi topluda AMEA-nın iki əməkdaşının da ingilis dilində elmi məqalələri çap olunub.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, Beynəlxalq Elmlər Akademiyasının akademiki Vüqar Əhmədin “A comparative study of man`s place in thoughts of Mansur Ebn Hallaj, Emadeddin Nasimi and Freidrich Nietzsche with an emphasis on Emadeddin Nasimi`s thought development”. (“Mənsur ibn Həllac, İmadəddin Nəsimi və Fridrix Nitşsenin düşüncələrində insanın yerinin müqayisəli tədqiqi, İmadəddin Nəsiminin təfəkkürünün inkişafı”), Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun Baş mühafizi, filologiya elmləri doktoru, dosent Səbinə Əhmədovanın “The creativity of Mashadi Azer Buzovnali” (“Məşədi Azər Buzovnalının yaradıcılığı”) məqalələri elmi topluda işıq üzü görüb.

SİZƏ MARAQLI OLA BİLƏR