Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Beynəlxalq elmi əlaqələr. Konfranslar

İnstitutumuzun əməkdaşı Bəsirə Əzizəliyeva İslamabad konfransında

15-11-2017 [ 11:03 ] [ oxunub:145 ]
printerA+ | A-
65978

“Azərbaycan-Asiya ədəbi əlaqələri” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Bəsirə Əzizəliyeva 6-8 noyabr 2017-ci il tarixlərində Pakistanın İslamabad şəhərində Muslim İnstitutu tərəfindən təşkil olunan Pakistanın mənəvi qurucusu, görkəmli islam alimi, filosofu, şairi və ictimai-siyasi xadimi Məhəmməd İqbalın anadan olmasının 140  illiyinə həsr olunan «Allama Muhammad İqbal» adlı Beynəlxalq konfransda iştirak etmişdir. Azərbaycan, Türkiyə, ABŞ, Almaniya, Fransa, Rusiya, Türkmənistan, Sudan, İran, Tacikistan, Misir, Əfqanıstan, Çin, Ukrayna və digər bir çox ölkələrdən dəvət olunan alim və tədqiqatçılar arasında ölkəmizi təmsil edən B.Əzizəliyeva konfransda “Məhəmməd İqbal və Azərbaycan” mövzusunda məruzə ilə çıxış etmişdir. 

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR