Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Beynəlxalq elmi əlaqələr. Konfranslar

“Azərbaycan-Qazaxıstan ədəbi əlaqələri” mövzusunda seminar keçirilib

01-06-2022 [ 15:48 ] [ oxunub:596 ]
printerA+ | A-
102465

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Azərbaycan-Qazaxıstan ədəbi əlaqələri” mövzusunda seminar keçirilib. Seminarda Qazaxıstandan gəlmiş alimlər, institutun əməkdaşları, Gənc Alimlər və Mütəxəsislər Şurasının üzvləri də iştirak ediblər.

İclası Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli açaraq qonaqları institutun rəhbəri, akademik İsa Həbibbəylinin adından salamlayıb.

Qeyd edib ki, “bugünki görüşdə qazax alimləri filologiya üzrə fəlsəfə doktorları Gülmira Salumbek və Aynur Axmetova məruzə edəcəklər. Onlar Qazaxıstanın Muxtar Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun əməkdaşlarıdır. Azərbaycana elmi ezamiyyətə gəliblər. Azərbaycan ədəbiyyatı, eyni zamanda Azərbaycanda Qazaxıstanla bağlı aparılan tədqiqatlarla maraqlanırlar. Dünən Fəxri xiyabanda olmuşuq, Şəhidlər xiyabanını ziyarət etmişik. Qonaqlar Ədəbiyyat Muzeyi ilə tanış olub, Rəyasət heyətində İsa müəllimin qəbulunda olublar. Bizim Muxtar Auezov və Abayla bağlı nəşrlərimizi onlara təqdim etmişik. Qonaqlara məlumat vermişik ki, Ədəbiyyat İnstitutunda türk xalqları ədəbiyyatı istiqaməti aparıcı xətt olaraq öyrənilir. Bu istiqamətdə iki şöbəmiz fəaliyyət göstərir”.

Sonra Türk xalqları ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Məmməd Əliyev şöbənin fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, “ilk dəfə Azərbaycanda 2008-ci ildə Türk xalqları ədəbiyyatı şöbəsi yaradıldı. İstər türk xalqları ədəbiyyatı tarixinin öyrənilməsi, istər ədəbi əlaqələrin inkişafı baxımından şöbə xeyli iş görüb. Şöbənin doktorantlarından Turan Teymurov, Nərmin Azadgil, Könül Əliyeva qazax ədəbiyyatı ilə bağlı dissertasiya yazıblar”

Qazaxıstanlı alimlər, filologiya üzrə fəlsəfə doktorları Gülmira Salumbek və Aynur Axmetova Azərbaycan dilində qazax ədəbiyyatı ilə bağlı məruzə ediblər.

Seminarda İnstititutun Türk xalqları ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, professor Nizami Tağısoy, Azərbaycan - Türkmənistan - Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova, Türk xalqları ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Xuraman Hümbətova və aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Fəridə Hicran çıxış edərək, həm ümumi türk xalqları ədəbiyyatının, həm də konkret olaraq Qazaxıstan ədəbiyyatının Azərbaycanda tədqiqi və təbliği istiqamətində görülən işlərdən bəhs ediblər/

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR