Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Beynəlxalq elmi əlaqələr. Konfranslar

Azərbaycan təmsilçisi Tunisin Karfage, İbn Xaldun və Türkiyənin Mardin Artuklu Universitetlərində məruzə edib

20-05-2023 [ 20:58 ] [ oxunub:175 ]
printerA+ | A-
103393

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, dosent Pərvanə Məmmədli Tunisdə keçirilən VI Beynəlxalq Müasir Araşdırmalar Konqresində məruzə ilə iştirak edib.

Konqres Türkiyənin Mardin Artuklu Universiteti, Nüfuzlu Elm Dərnəyi (Saybilder) və Tunisin Karfagen və İbn Xaldun Universitetləri tərəfindən təşkil olunub.

Tədbirə dünyanın 23 müxtəlif ölkəsindən (Azərbaycan, BƏƏ, Əlcəzair, Çin Xalq Respublikası, Mərakeş, Fələstin, İraq, İspaniya, Qətər, Qırğızıstan, Kosovo, Küveyt, Liviya, Misir, Nigeriya, Seneqal, Sloveniya, Sudan, Səudiyyə Ərəbistanı, Tunis, Türkiyə, Oman, İordaniya və s.) məruzəçilər qatılıb.

Azərbaycan təmsilçisi Pərvanə Məmmədli konqresdə günümüzdə aktual  olan “Cənubi Azərbaycan qadınlarının səsi və dili” adlı məruzə ilə çıxış edib. Alimin məruzəsi iştirakçılar tərəfindən hərarətlə qarşılanıb, ona mövzu ilə bağlı suallar ünvanlanıb.

Pərvanə Məmmədli Tunisin Karfagen və İbn Xaldun Universitetləri, eləcə də Türkiyənin Mardin Artuklu Universiteti tərəfindən xüsusi sertifikat və təşəkkürnamə ilə təltif olunub.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR