Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Nizami Gəncəvi - 880

Nizami Gəncəvinin iki məktubu: dünya siyasət və diplomatiya tarixinin iki şah əsəri - Siracəddin Hacı

18-04-2021 [ 18:04 ] [ oxunub:292 ]
printerA+ | A-
100762

“525-ci qəzet”in 16 aprel 2021-ci il (№66 (5632)) tarixli sayında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi  Siracəddin Hacının Nizami Gəncəvinin yubileyinə həsr olunmuş irihəcmli araşdırması yer alıb. “Nizami Gəncəvi - 880” rubrikası formatında çap olunan məqalə “525-ci qəzet”in özəl buraxılışı” kimi yayımlanıb. Buraxılışın elmi redaktoru professor Əlizadə Əsgərlidir.

Ümumilikdə 32 səhifə həcmində çap olunan bu sayda 5-28-ci səhifələr Nizami Gəncəviyə həsr olunub. “Nizami Gəncəvinin iki məktubu: dünya siyasət və diplomatiya tarixinin iki şah əsəri” adlı yazı flologiya üzrə fəlsəfə doktoru, dosent Siracəddin Hacıya məxsusdur.

Araşdırmanın “Birinci məktubun şərhi: “İran padşahının Bəhram Gura məktubu” adlı bölmənin şərhi” hissəsi giriş, 48 beytin şərhi və nəticə hissələrindən ibarətdir. “İkinci məktubun şərhi: “Bəhramın iranlılara cavabı” bölməsinin şərhi” isə giriş, 126 beytin şərhi və nıticədən ibarətdir. Həmçinin “Nizaminin təbliğ etdiyi dəyərlər” bölümü də verilmişdir. Məqalə “Nizaminin gözəl duası” ilə tamamlanır.

İctimaiyyətlə əlaqələr şöbəsi

SİZƏ MARAQLI OLA BİLƏR