Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

"ƏDƏBİYYAT, plus" YARADICILIQ BİRLİYİ

Muğamsevərlər üçün yeni kitab işıq üzü gördü...

22-02-2017 [ 18:59 ] [ oxunub:397 ]
printerA+ | A-


Bu günlərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorları Abbasqulu Nəcəfzadə və Vamiq Məmmədəliyevin " MUĞAM"adlı Bakalavr pilləsində təhsil alan tələbələr üçün DƏRS VƏSAİTİ işıq üzü görüb.( Elmi redaktor:  Rəna Azər qızı Məmmədova  - AMEA-nın müxbir üzvü, sənətşünaslıq üz­rə elmlər doktoru, professor)              
 
Sənətşünaslıq üzrə elmlər doktoru, Azərbaycan Milli Kon­servatoriyasının professoru Abbasqulu Nəcəfzadə və əməkdar artist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universite­tinin professoru Vamiq Məmmədəliyevin “Muğam” adlı dərs vəsaiti müvafiq fənnintədrisi üçün yazılmışdır. Bu kitab ADMİU, AMK, BMA, ADPU, NDU, həmçinin musiqi təma­yüllü digər təhsil ocaqlarının tələbələri üçün nəzərdə tutulub. Kitabdan eləcə də musiqişünaslar və muğamsevərlər də istifadə edə bilərlər.
Müstəqilliyin ilk illərindən başlayaraq ölkəmizin təhsil siste­mində aparılan bir çox uğurlu dəyişikliklər və islahatlar ali təh­sil ocaqlarının bakalavr pilləsində də özünü müsbət cəhətdən göstərməkdədir. Bu səbəbdən həm dərsliklər, dərs vəsaitləri, həm də tədris proqramları ən son üsul və metodlarla hazırlanı­lır. Təqdim edilən “Muğam” adlı dərs vəsaiti də yeni tələblər əsasında işlənilib. 
AMK və ADMİU ölkəmizin müxtəlif şəhərlərində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəbləri, musiqi kolleclə­ri, eləcə də musiqi təmayüllü ali təhsil ocaqları üçün mütəxəs­sis müəllim, tədqiqatçı, ifaçı kadrlar hazırlayır. Tədris edilən bufənn muğamları daha geniş və mükəmməl şəkildə öyrən­mə­yi qarşıya bir məqsəd kimi qoymuşdur.
Kitabı hazırlayarkən musiqişünaslıq, muğamşünaslıq, ifaçı­lıq sənətinin tarixi mövzusunda yazılmış bir sıra dərsliklərdən bəhrələniblər.
“Muğam” adlı dərs vəsaiti işlənilərkən nəzəri və təcrübi təh­lil metodu əsas götürülüb. Azərbaycanın və xarici ölkə­lərin gör­­kəmli alimlərinin ifaçılıq sənəti və muğamşünaslıq mövzu­sunda tədqiqatlarındakı konsepsiyalar, klassik Şərq ədə­biyya­tın­dakı bədii fikir və obrazlar “Muğam” fənninin elmi-nə­zəri ba­zasını təşkil edir. 
“Muğam” fənninin tədrisində məqsəd muğam ifaçılığını el­mi-nəzəri cəhətdən təhlil etmək, ifaçılıq sənətinə təsir göstərən amilləri, müasir ifaçılığın vəziyyəti ilə yanaşı, tələbələrə Azər­baycan muğamlarının tarixi, inkişaf mərhələləri haqda bir sıra ən mühüm məlumatı çatdırmaqdır. Bu baxımdan dərs vəsaiti­nin hazırlanması zəruri və vacib məsələlərdəndir.
Muğamların təbliği, unudulmuş, itib-batmış şöbə və guşələ­rin elmi baxımdan bərpası bugünkü gənc nəslin qarşısında du­ran əsas vəzifələrdəndir.
Əsərdə Azərbaycan məqamlarının not nümunələri (səs sıra­sı) təqdim edilərkən müvafiq muğam dəstgahlarının tonallıqları (tar aləti əsas götürülərək) olduğu kimi saxlanılmışdır.                        

                                                                                                                           
VÜQAR ƏHMƏD, 
filologiya üzrə elmlər doktoru,professor, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun"Ədəbiyyatşünaslıq" Yaradıcılıq Birliyinin sədri