AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Kadrlar şöbəsinin müdiri Zemfira Səidovanın 65 yaşı tamam olur.
Yubiley münasibətlə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli və institutun əməkdaşları onu təbrik edib.
Zemfira Sabir qızı Səidova 7 sentyabr 1957-ci ildə Bakı şəhərində anadan olub.
1995-ci ildən Ədəbiyyat İnstitutunun Kadrlar şöbəsinin müdiri vəzifəsində çalışır.
Kollektivimiz adından Zemfira xanımı təbrik edir, uğurlar arzulayırıq.