Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

Fədakar tədqiqatçı-alim (professor Asif Rüstəmli haqqında)

03-11-2020 [ 08:56 ] [ oxunub:116 ]
printerA+ | A-
100280

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, professor Asif Rüstəmli haqqında “Fədakar tədqiqatçı-alim” kitabı çap olunub.

Kitabda ədəbiyyatşünas-alim, entuziast tədqiqatçı Asif Rüstəmlinin həyatı, yaradıcılığı, əsərləri haqqında Türkiyə və Azərbaycan alimlərinin elmi məqalələri, rəyləri, yerli və xarici mətbuatda dərc edilmiş publisistik yazılar, informasiyalar, rəsmi təbriklər, poetik düşüncələr öz əksini tapıb. Toplu Ədəbiyyat İnstitutunun Elmi şurasının 30 sentyabr 2020-ci il tarixli qərarı ilə nəşr edilib.

Nəşrin elmi redaktoru AMEA-nın birinci vitse-prezidenti, müəssisənin direktoru, akademik İsa Həbibbəylidir. Rəyçiləri filologiya elmləri doktoru Baba Babayev və filologiya üzrə fəlsəfə doktoru Elmira Qasımova, toplayanı və tərtib edəni isə Növrəstə Rüstəmlidir. “Həmişə yeni söz, yeni fikir və yeni fakt axtarışında” sərlövhəli “Ön söz”ün müəllifi professor Kərim Tahirovdur.

“Elm və təhsil” nəşriyyatında çap olunan kitab xalq yazıçıları Anar və Elçinin, akademik İsa Həbibbəylinin Asif Rüstəmli haqqında müxtəlif illərdə yazdıqları məqalələrdən deyimlərlə açılır. Kitabın “Məqalər, rəylər” bölümündə Yaşar Qarayev, Sabir Əhmədli, Əziz Mirəhmədov, Bəkir Nəbiyev, Vilayət Quliyev, İslam Ağayev və başqa görkəmli şəxsiyyətlərin Asif Rüstəmlinin fəaliyyətinə həsr olunan yazıları yer alıb. Kitabda “Təqdimatlar”, “Təbriklər” (Asif Rüstəmli – 50), “Asif Rüstəmli – 60”, “Asif Rüstəmli – 65”, “Xarici nəşrlərdə”, “İthaflar” kimi bölümlər var.

“Asif Rüstəmlinin kitabları” bölümündə müəllifə məxsus 17 kitabın fotosu verilib.

SİZƏ MARAQLI OLA BİLƏR