Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

Almaz Ülvi Binnətova. Əlişir Nəvainin əsri və nəsri

01-09-2020 [ 21:24 ] [ oxunub:224 ]
printerA+ | A-
100179

Əlişir Nəvainin əsri və nəsri" (elmi-filoloji və dini- təsəvvüfi əsərləri). - Bakı, Elm və təhsil, 2020, 570 s.

Kitabın  elmi redaktorları: akademik İsa Həbibbəyli (ön sözün müəllifi) və professor Şöhrət Siracəddinov (Özbəkistan), məsul redaktor: fil.ü.f.d., dosent Şəhla Məcidovadır.
 Dahi mütəfəkkir Əlişir Nəvainin zəngin yaradıcılığı içərisində türkcə yazdığı "Xəzainul-məani” başlıqlı dörd divanı və "Xəmsə"sindən başqa elmi-filoloji və dini-təsəvvüfi əsərləri də ümumtürk ədəbiyyat xəzinəmizin qiymətli incilərindəndir. Həzrət Əlişir Nəvai aşağıda adlarını qeyd etdiyimiz (nəsrlə 15 və nəzmlə 5) əsərlərini – “Mühakimətul- lüğəteyn”, “Mizanul-əvzan”, “Səb´at abhur”; “Vəqfiyyə”, “Münşəat”, “Haləti-Seyyid Həsən Ərdəşir”, “Haləti-Pəhləvan Məhəmməd”, “Xəmsətul- mütəhəyyirin”; “Məcalisun-nəfais”, “Nəsaimul -məhəbbət”; “Tarixi-ənbiya və hükəma”, “Tarixi-müluki əcəm”, “Məhbubul-qülub”, “Risaleyi-tirəndazi” və “Minacat” nəsrlə, dini məzmunda olan – “Nəzmul-cəvahir”, “Hədisi-ərbəin”, “Siracul-müslimin” və təsəvvüfi məzmunlu “Lisanut-teyr” (və "Şeyx Sənan") nəzmlə yazmışdır. "Əlişir Nəvainin əsri və nəsri" adlı kitabda dahi sənətkarın elmi-filoloji və dini-təsəvvüfi əsərlərinin məzmun şərhini, bəzən mətn tərcümələri təqdim edilib.
 

SİZƏ MARAQLI OLA BİLƏR