Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Ədəbiyyat İnstitutunun Təhsil şöbəsinə yeni müdir təyin olunub

08-06-2023 [ 08:59 ] [ oxunub:414 ]
printerA+ | A-
103485

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Təhsil şöbəsinə filologiya üzrə fəlsəfə doktoru Günay Qarayeva müdir təyin olunub. Günay Qarayeva 1998-ci ildən Ədəbiyyat İnstitutunda çalışır.

Qarayeva Günay Ağaməhəmməd qızı 2000-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin magistr pilləsini bitirmişdir. 2008-ci ildə “Müasir peyzaj lirikası” mövzusunda namizədlik işini müdafiə etmiş, filologiya elmləri namizədi alimlik dərəcəsi, 2014-cü ildə dosent elmi adı almışdır. Hal-hazırda “XX əsr Azərbaycan şeirində bədii simvol” doktorluq dissertasiyası  üzərində işləyir. Respublika və Beynəlxalq konfranslarda məruzələr etmiş, məqalələri yerli və beynəlxalq nüfuzlu jurnallarda dərc olunmuşdur. İki monoqrafiya və 70-dən çox elmi, publisistik məqalənin müəllifidir. Günay Qarayeva pedoqoji fəaliyyətlə də məşğuldur. 2006-cı ildən Bakı Slavyan Universitetində çalışır. Universitetin “Azərbaycan ədəbiyyatı” kafedrasının dosentidir.

İctimaiyyətlə əlaqələr şöbəsi