Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

The prominent figure of national literary studies - on "Selected Works" by Süleyman Tekinar - Abid Tahirli

10-03-2023 [ 12:06 ] [ read:34 ]
printerA+ | A-
103156

According to the relevant decision of the Scientific Council of the Institute of Literature named after Nizami Ganjavi of the Azerbaijan National Academy of Sciences, the next volume VI of the series "Azerbaijani emigration literature library" prepared by the department of emigration literature of Azerbaijan was published recently. Before that, from the series "Mohammed Amin Rasulzadeh. Selections from the literary and scientific heritage of the emigration period" (Baku, "Elm", 2016, 386 p.), "Ceyhun Hajibeyli. Selected works" (Baku, "Elm", 2017, 368 p.) , "Salim Rafig Rafioglu. Fuzuli" (Baku, "Science and Education", 2019, 440 p.), "Teymur Ateshli. Selected Works" (Baku, "Science and Education", 2020, 336 p.) and "Alazan Baycan Selected Works" (Baku, "Science and Education", 2021, 204 p.) was published and was welcomed by readers and the scientific community.

"Selected Works of Süleyman Tekinar" edited by Academician Isa Habibbeyli based on the first sources, author of the preface and notes is Doctor of Philology Nikpur Jabbarli, the editor-in-chief of the volume is Doctor of Philology Abid Tahirili. The "Literary Process" part of the book includes 12 articles on literary studies by S. Takinar, 7 articles dedicated to highlighting the life and activities of our emigrant compatriots in the "Azerbaijani emigration" part, letters to his niece Rena and an interview called "I am the first victim of our independence".

Suleyman Tekinar (Süleyman Mahammadali oglu Mammadov), one of the well-known representatives of the Azerbaijani emigration, was born on April 16, 1917 in the Mardakan settlement of Baku. Having received primary and secondary education in Baku, Suleyman studied at the Baku Pedagogical School in 1930-1933, then continued his education at the Azerbaijan Pedagogical Institute, and after graduating from the higher school in 1939, he worked as a teacher at the Ganja Teachers' Institute from 1940 to 1942. Meanwhile, he is building a family life. In the hottest period of the Second World War - in 1942, Suleyman was called up for military service and sent to the front. After some time, his son Akif, whose face he could never see, was born. In 1943, S. Tekinar, captured by the Germans, fought against the Red Army in the Turkestan Legion. After the end of the war, he was forced to live in Italy and Egypt, and from 1949 he settled in Turkey. Mehmet Ildeniz and Leyla Firangiz were born from the marriage of S. Tekinar, who started a family for the second time in 1950, with Qadriya Sagun. In 1951-1956, S. Tekinar, who worked as a researcher at the National Library of Turkey, started working at the Institute for the Study of the Soviet Union in Munich in March 1956, and at the same time closely cooperated with "Azadlig" radio.

Azərbaycan öz müstəqilliyini ikinci dəfə qazandıqdan sonra S.Təkinərə 1992-ci ildə Vətəni ziyarət etmək nəsib olur. Bütün varlığı ilə doğma yurda bağlı olan və həyatı boyu istiqlal uğrunda ideoloji mübarizə aparan mücahid 2006-cı il dekabrın 16-da Münhendə vəfat edir. Onun nəşi Türkiyəyə gətirilir və S.Təkinər İstanbulun Qaraca Əhməd məzarlığında torpağa tapşırılır.

Elmi-nəzəri məsələlərə dərindən bələd olan, ədəbi mühiti və ədəbi prosesi diqqətlə izləyən S. Təkinərin irsini mövzusuna görə aşağıdakı kimi təsnif etmək olar:

- Azərbaycanda ictimai, ədəbi-fəlsəfi fikir tarixi, inkişaf mərhələləri və klassik irsin yaradıcıları ("Azərbaycanda fikir hərəkatları", "Cəlil Məmmədquluzadənin 25-ci ölüm yıldönümünə həsr edilən bir məqalə münasibətilə", "Azərbaycanın mağdur ünlü şair-dramaturqu Hüseyn Cavid" və s.);

- Sovet ədəbiyyatı nümunələrinin mövzusu, ideya- istiqaməti, inkişaf meylləri ("Azərbaycan sovet ədəbiyyatının bugünkü mənzərəsini əks etdirən bir tənqid yazısı münasibətilə", "Sovet Azərbaycanında tənqidlərə hədəf olan bəzi şeirlər üzərində incələmələr", "Azərbaycan sovet ədəbiyyatında müqavimət hərəkatının milli xarakteri", və s.);

- Sovet ədəbiyyatşünaslığının, sosrealizmin ("məzmunca sosialist, formaca milli" tələbinin) tənqidi ("Azərbaycan sovet ədəbiyyatının bugünkü mənzərəsini əks etdirən bir tənqid yazısı münasibətilə", "Sovet Azərbaycanında tənqidlərə hədəf olan bəzi şeirlər üzərində incələmələr", "Azərbaycan sovet ədəbiyyatı tarixi" və s);

- Milli hərəkat və istiqlal mücadiləsi qəhrəmanlarının həyat və fəaliyyəti ("Millət hizmətində keçən 70 yıl", "Azərbaycan istiqlalının böyük mücahidi". "Əkbər ağa Şeyxülislam", "Ünlü bir mücahidin, əziz bir dostun ardından" və s.).

"Süleyman Təkinərin seçilmiş əsərləri"nə salınmış "Azərbaycanda fikir hərəkatları" adlı irihəcmli məqaləsi, Münhendə mühacirlərin nəşr etdikləri "Kafkasya" dərgisinin 1952-ci ildə buraxılan bir neçə nömrəsində dərc edilmişdir. Üç hissədən ibarət məqalənin I hissəsində müəllif Azərbaycanda ictimai, ədəbi fikir həyatının "Dədə Qorqud" dastanından üzü bu yana formalaşmağa başladığını, sonralar Təbrizli Qətran, Nizami Gəncəli, Xaqani Şirvani, Fələki Şirvani, Müciri Beyləqani və Əbülüla Gəncəvi kimi nəhəng şəxsiyyətlərin yetişdiyinə diqqəti çəkir, Məhəmməd Əmin Rəsulzadənin "Azərbaycan şairi Nizami" adlı əsərinə istinad edərək qüdrətli fikir adamının yaradıcılığının əsas məziyyətlərini qeyd edir, Nəsimi, Füzuli, Xətai, Həbibi, Vaqif, Vidadi kimi söz ustalarının "türk ədəbiyyatı, sənəti və fikriyyatının müxtəlif sahələri üzərində müəssir" olduqlarını vurğulayır.

Yazının II hissəsində Avropadan genişlənən milliyyətçilik, maarifçilik, insan haqları və demokratik dəyərlər uğrunda mücadilənin XIX əsrdə tədricən Azərbaycana da yayıldığını nəzərə çatdıraraq yazır: "Mahud rus istilası ilə birlikdə, sonralar istiqlal mücadiləsi gibi şərəfli bir davanı ələ alaraq, azəri türkünün müstəqbəl istiqlalını hazırlayacaq mütəfəkkir bir zümrə də doğmuşdu. Bu zümrə, azəri türkünün kültür səviyyəsini yüksəltmək, milli mətbuatı yaratmaq, milli lisanı qüvvətləndirmək və xalqı milli ruh və tərbiyə ilə yetişdirməklə mükəlləf bulunuyordu". S.Təkinər M.F.Axundzadə, Həsən bəy Zərdabi, Abbasqulu Bakıxanlı Qüdsinin əsərlərinin, o dövr mətbuatının-"Əkinçi", "Ziya", "Ziyayi- Qafqaziyyə", "Kəşkül" kimi nəşrlərin milli məfkurənin formalaşmasındakı rolunu yüksək dəyərləndirir.

"Məhkum Şərq millətlərinin həyatında bir dönüm nöqtəsi olan 20-ci yüzyıl, azəri türkü üçün də uğurlu oldu. Azəri türkünün istiqlalını təmin etmiş olan milli maarif və mədəniyyət prinsipləri ilə milli qurtuluş hərəkatı prinsipləri, iştə, bu sıralarda formullaşıyordu. Sürətlə gəlişmə qeyd edən bu hərəkatlar, məmləkəti iqtisadi və siyasi basqı altında bulundurmaqla iktifa etməyən müstəvli rusun qüvvətə baş vurmaq yolu ilə milli hərəkatları boğaraq tətbiq etdiyi milli varlığı imha siyasətinin təbii bir reaksiyonundan ibarət idi" - məqalənin III hissəsini bu cümlələrlə başlayan müəllif Azərbaycanın ədəbi-mədəni, ictimai-siyasi, iqtisadi həyatında baş verən önəmli dəyişiklikləri göstərir, Hacı Zeynalabdin Tağı, Murtuza Muxtar, Şəmsi Əsədullah və sair kimi sərmayədarların "bütün bu milli, mədəni, mənəvi fəaliyyətin maddi cəhətlərini böyük bir zövq ilə təmin etdiklərini" yazır. S.Təkinər İsmayıl Qaspiralının, Cəmaləddin Əfqaninin, Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağaoğlunun yaradıcılığının, dövrün nəşrlərindən "Tərcüman"ın, "Həyat"ın, "Füyuzat"ın türkçülüyün ictimai fikir həyatında bərqərar olmasındakı rolu üzərində geniş dayanır. O, eyni zamanda "cəmiyyətin ictimai, ədəbi və fikri təkamülündə böyük xidmətləri olmuş daha bir çox qəzetə və məcmuələr"i - "Dəbistan"(1906-1908), "Bəhlul" (1906), "Rəhbər"(1906), "Təkamül"(1907), "Qoç-Dəvət" (1906), Tiflisdə isə bir mizah məcmuəsi olan "Molla Nəsrəddin"i xatırladır, Cəlil Məhəmmədquluzadənin, Mirzə Ələkbər Sabir ictimai fikrimizin inkişafındakı xidmətlərini qeyd edir.

"Cəlil Məmmədquluzadənin 25-ci ölüm yıldönümünə həsr edilən bir məqalə münasibətilə" adlı yazısında müəllif Cəlil Məmmədquluzadənin ədəbi və ictimai həyatımızdakı rolunu yüksək dəyərləndirərək yazır: "...XIX yüzyılın ilk yarısında mütəfəkkir və dram ədibimiz Mirzə Fətəli Axundzadə ilə başlayan milli kültür inqilabımızın XX əsrin başlarına doğru kəndi kamalını bulmasında Cəlil Məmmədquluzadənin yararlıqları sonsuzdur". S.Təkinər məqalədə Daşevski adlı bir mühərririn "Molla Nəsrəddin" karikaturaları haqqında "Literaturnaya qazeta" 1957-ci tarixli 10 -cu nömrəsində sərsəmlərlə dolu yazısını kəskin tənqid edir və Mirzə Cəlilin "ulusunu və yurdunu hürr və bağımsız görmək" kimi "tək bir qayəsi" olduğunu diqqətə çatdırır.

Ötən əsrin 50-60-cı illəri Azərbaycan mühacirət ədəbiyyatşünaslığının əsas simalarından sayılan Süleyman Təkinərin yaradıcılığında "sosializm realizminin" dəmir qanunlar və riyazi formullarla müstənid ağır ehkamından nisbətən də olsa, fariq və azadə olaraq vücuda gətirilmiş" ədəbi nümunələrin təhlili və tənqidi mühüm yer tutur. O, "Azərbaycan sovet ədəbiyyatının bugünkü mənzərəsini əks etdirən bir tənqid yazısı münasibətilə" adlı məqaləsində Stalin rejimindən sonra başlanan "liberalizm" və "nisbi yaradıcılıq hürriyyəti" dövrüdə Sovetlər Birliyi, Macarıstan və Polşanın ədəbi həyatındakı dəyişiklikləri konkret nümunələrə istinad edərək təqdir edir. Diktator Stalinin ölümündən sonra sovet rejimi mahiyyət etibarı ilə öz təbiətini dəyişməsə də, şəxsiyyətə pərəstişin cəmiyyətə vurduğu sağalmaz yaralar haqqında yüksək tribunalardan səslənən tənqidi fikirlər, 1937-ci ildə repressiyaya məruz qalmış günahsız insanlara bəraət verilməsi kimi amillər senzuranın yaratdığı bəzi qadağaları az da olsa, yumşaldırdı. S.Təkinər bu "mülayimləşmə"nin uzun çəkmədiyini, N.S.Xruşşovun ədəbiyyat və sənət qarşısında irəli sürdüyü sərt tələblərin "müttəffiq cümhuriyyətlərdə", o cümlədən Azərbaycanda "məhəlli xüsusiyyətlər" nəzərə alınmaqla icrasına başlanıldığnı bildirir. O, Azərbaycanda "parti şefinin" bu yeni direktivlərinin təbliğ və təbşiri işi ilə kommunist münəqqidlərin canfəşanlıqla məşğul olduqlarından geniş söz açır. Göstərir ki, İsa Hüseynovun "Yanar ürək", Əli Vəliyevin "Ürək dostları" əsərləri tənqidçilərin "şiddətli hücumlarına", "sərt tənqid və ittihamlarına" məruz qalır.

Maraqlı və diqqətçəkicidir ki, S.Təkinər eyni prosesin 20-30-cu illərdə də aparıldığını xatırladır və Kommunist Partiyasının ədəbiyyata bu cür münasibətinin onun təbiətindən, ideologiyasından qaynaqlandığı qənaətinə gəlir: "Azərbaycanın Qızıl Ordu qüvvətləri tərəfindən istilasının ilk illərindən sonra keçən on yıldan fazla bir zaman zərfində əski bir tarixə sahib bulunan Milli Azərbaycan ədəbiyyatının gələnəklərinə sadiq qalaraq böyük ədəbi qiymət daşıyan ölməz əsərlər yaratmış olan Azərbaycanın məruf şair, ədib və yazarlarının məslək həyatlarındakı bu "başarısızlığın" səbəbləri o zaman da kəndilərinin "sovet adamlarının həyatları ilə ilgilənməmələri" və ya "məmləkətdəki böyük başarılı işləri görmək istəməmələri" faktorlarında aranmışdı". Səriştəli ədəbiyyatşünas S.Təkinər qənaətlərini "o zamankı maarif vəkili və alovlu bolşevik münəqqidi" kimi təqdim etdiyi Mustafa Quliyevin "Maarif və mədəniyyət" məcmuəsinin 1926-cı il tarixli 9-cu nömrəsində dərc olunmuş məqaləsindən gətirdiyi sitatla əsaslandırır: ""Hüseyn Cavidlər, Əhməd Cavadlar, Cəfər Cabbarlılar və daha digər bir sıra şair və yazarlar ilhamlarını ya əski türk istilalarından, ya da Ərəbistan çöllərindən, yaxud da "Qız qalaları" və ya "Göygöllərin" füsunkar və simvolik mənzərələrindən alıyordu" . Bu adamlar məmləkətdəki böyük başarılı işləri görmək istəmiyorlar". Bütün bunlarla yanaşı 50-60-cı illər Azərbaycan sovet ədəbiyyatını diqqətlə izləyən və dərindən araşdıran S.Təkinər ədəbi prosesdə gedən müsbət meylləri müşahidə edir və dəyərləndirir: "Azərbaycan türk ədəbiyyatının ərz etdiyi bugünkü mənzərə pərişan olmaqla bərabər, ümidsiz də deyildir".

S.Təkinərin öz sözləri ilə ifadə etsək, "Azərbaycan şeir sənətinin ümumi mənzərəsiylə möhtərəm okurlarımızı tanışdırmaq" istəyi ilə qələmə aldığı "Sovet Azərbaycanında tənqidlərə hədəf olan bəzi şeirlər üzərində incələmələr" adlı irihəcmli məqaləsini əslində ana dilli Azərbaycan poeziyasının ta qədimdən XX əsrin 60-ci illərinədək olan dövrünün icmalı da adlandırmaq olar. Həsənoğlu, Qazi Bürhanəddin, Nəsimi, Xətai, Füzuli, Vidadi və Vaqif, Mirzə Şəfi Vazeh, Abbasqulu ağa Bakıxanlı (Qüdsi), Mirzə Fətəli Axundzadə, Qasım bəy Zakir, Seyid Əzim Şirvani, Mirzə Əli Əkbər Sabir Tahirzadə, Abbas Səhhət, Məhəmməd Hadi, Əli Abbas Müznib, Abbas Ağa Nazir, Mirzə Səməndər, Əli Nəzmi, Rəşid bəy Əfəndizadə, Məmməd Səid Ordubadi, Abdulla Şaiq, İbrahim Tahir, Əli bəy Hüseynzadə, Hüseyn Cavid, Əhməd Cavad, Cəfər Cabbarlı və digər sənətkarların ədəbi dilimizin inkişafına verdikləri tövhələri əsərlərindən gətirdiyi nümunələrlə sadalayır, sonra isə "üç müqtədir şairdən"-Mirzə Əli Əkbər Sabir, Əhməd Cavad və Hüseyn Cavid yaradıcılığından geniş bəhs edir.

Ötən əsrin 20-ci illərində Azərbaycanın sovetləşməsi ilə zəngin ənənələrə sahib milli ədəbiyyatın sıxışdırıldığına diqqəti çəkən S.Təkinər yazır ki, hər halı ilə kəndi ədəbi mirasına bağlı bulunan azəri türk yazarları həqiqi bir kültür savaşı alanına atılıyorlar. Geri çəkilməyən milli şair və yazıçılar 1937-ci il repressiyasına tuş gəlir. Xələflərincə "cani, qatil, qorxaq və xain" adlandırılan Stalinin ölümündən sonrakı dövr ədəbiyyatından bəhs edərkən S.Təkinər yazarların "ilham qaynağı"nın, "başlıca konu"nun "Lenin və parti" olduğunu yazır və bu mövzuda qələmə alınan, Leninə, Kommunist Partiyasına həsr olunan poeziya nümunələrindən misallar gətirir.

Rejimə və ideologiyaya qarşı barışmaz mövqe tutmasına baxmayaraq, S.Təkinərin tənqidində qərəz, qəzəb, təhqir yoxdur, o fikirlərində obyektiv, səmimi, təmkinlidir, pisə "pisdir"-dediyi kimi, yaxşıya da yaxşıdır"-söyləməyi bacarır. Sözügedən məqalədə oxuyuruq: "Azərbaycan şeir sənətinin bugünkü ümumi durumu belə fəci bir mənzərə ərz etməklə bərabər, üfüqdə bəzi işıq bəlirtiləri də yox deyildir. Yazarların yaratma qüvvət və qabiliyyətlərinin parti direktivləri ilə sıx bir təhdidata tabe tutulduğu bu şəraitdə belə, Azərbaycanda bəzi yazarların yuxarıda bəhsi keçən basmaqəlib propaqanda konularının üstünə çıxaraq şu və ya bu şəkildə cəmiyyətin ana dərdlərini ələ aldıqlarını, bu konular üzərinə düşünən insanların diqqətlərini çəkdiklərini görüyoruz". O, partiya funsionerlərinin, tənqidçilərin şiddətli hücumlarına məruz qalan Rəsul Rza yaradıcılığından nümunələr gətirir və onları təhlil və təqdir edir. "Azərbaycan sovet ədəbiyyatında müqavimət hərəkatının milli xarakteri" adlı məqalədə də eyni mövqeyi-obyektivliyi və qərəzsizliyi sərgiləyən S.Təkinər yazının 50-ci illər ədəbiyyatından bəhs edən hissəsində yenə Rəsul Rzanın, Xəlil Rzanın, Qabil İmamverdiyevin, Mirmehdi Seyidzadənin, Qulu Xəlilovun yaradıcılığındakı müsbət, yeni və işıqlı cəhətləri vurğulayır, yüksək dəyərləndirir.

Süleyman Təkinər yaradıcılığında həyat və fəaliyyətini milli istiqlal uğrunda mücadiləyə həsr etmiş xadimlər haqqındakı yazılar mühüm yer tutur. Bu cəhətdən müəllifin kitaba daxil edilmiş M.Ə.Rəsulzadə haqqındakı "Millət hizmətində keçən 70 yıl", "Azərbaycan istiqlalının böyük mücahidi", "M.Ə.Rəsulzadənin vəfatı ilə əlaqədar Azərbaycan Kültürünü Tanıtma Dərnəyinin təşkil etdiyi mərasimdə (13 Mart 1955) nitq", "Rəsulzadə sevgisi", Cabbar Ərtürk barədəki "Ana yurdda unudulan türklük" kitabının tanıtımı, Əkbər ağa Şeyxülislamın xatirəsinə yazdığı "Əkbər ağa Şeyxülislam", Mehmet Əmircana həsr olunmuş "Ünlü bir mücahidin, əziz bir dostun ardından" adlı məqalələri maraq doğurur.

"Süleyman Təkinərin seçilmiş əsərləri" mühacirətşünaslığın növbəti uğurudur, tənqidçinin ədəbi-elmi irsinin əhatəli, dərindən araşdırılması üçün ciddi və mötəbər mənbədir. Bununla belə, S.Təkinərin yaradıcılıq sahəsi genişdir, xüsusi ilə onun müxtəlif səpkili publisistik yazıları həm mövzu, ideya, sənətkarlıq nöqteyi-nəzərindən, həm də istiqlal uğrunda mücadilə tarixi ilə tanış olmaq baxımından əhəmiyyətlidir. Doğrudur, bu sətirlərin müəllifi onun publisistik yaradıcılığı haqqında vaxtı ilə (Azərbaycan mühacirət mətbuatında publisistika (1921-1991). Bakı, 2005, "CBS" nəşriyyatı, 2005, 528 səh.) xeyli bəhs etmişdir, lakin fikrimizcə, bu istiqamətdə də ədibin irsi daha dərindən araşdırılmağa layiqdir.

OTHER NEWS