Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

Bending of planes - Javanshir Yusifli

26-12-2023 [ 12:17 ] [ read:393 ]
printerA+ | A-
104092

In the literary process, the bending of the planes and various deformations are among the phenomena that always occur, that is, the degree of its possibility, maybe more, it just occurs in one thousandth of a moment with such continuity that we do not notice it when we close our eyes. But that is not the point.

The writer who wants the value of his written text to be evaluated, but not the value, has two ways out: to be silent, to hear the "external voices" coming from inside his writing, to find the root of it. And... stop advertising and marketing related to the article.

Praise is pouring down, the author is caught in a shower of flowers, he doesn't think that maybe this is the last day, he won't be able to swallow this air again, he won't be able to look at himself in the mirror like that again. You are so close to the mirror that your breath makes you disappear, you are in fog and mist.

Bəs tərif yağdıranların məqsədi nədir? Bunu bilmək çətindir, sadəcə, məlum stixiyanı izləmək lazımdır.

Bədii mətnə yanaşmada iki ifrat var: 1) əsərin (hekayə, roman...) təhlilinə, şərhinə yanaşmada standart müəyyənləşdirmək. Nəyi görmək istəyirsənsə, mətndə onu "əkmək", cücərtmək, mətn tarlası sənin görmək istədiklərinlə dolsun, müəllifdən gələnlər, sadəcə, gözardı edilsin; 2) Umbeerto Ekonun təbirincə, ifrat interpretasiya. Yəni, sənin yanaşmanda şərhin sonsuzluğu, mətn ərazicə nə qədər geniş, yaxud sonsuz olsa da, təhlil və şərhin hüdudları var. Hər iki halda, bədii mətn kənarlaşdırılır, yox olur və təhlilçinin arzu və istəklərinə tabe tutulur.

Bədii mətnlərdə gələcəklə bağlı xəbərdarlıq var, sən əgər Mirzə Ələkbər Sabiri düzgün, mətnin intensiyasından ("mətn intensiyası" ideyası Ekoya məxsusdur - !) çıxış edib oxumursansa, ordakı ən mübhəm şeylər sonradan sənin başına gəlir.

Çatışmayan şərhlə (standartın tətbiqi - !) artıq/ifrat şərh arasında şübhəsiz ki, xalis bədii mətn yoxdur. Hər iki ifrat, qeyd edilməlidir ki, Riçard Rortinin praqmatik yanaşması, başqa sözlə, bədii mətnə tədqiqatçının dar məqsəd və niyyətinin tətbiqi ilə bağlıdır. Əgər tədqiqatçı bədii mətnə özünün nəzər-nöqtəsindən yanaşırsa və bu təsadüfdə hər şey uğurla "həllini tapırsa", bu halda, bədii mətn haqqında bircə kəlmə də deyilməmiş olur. Mətndən, sadəcə, istifadə edilir. Yəni, sizi tərifləyənlər, yazdığınız mətnlərdən, sadəcə, istifadə edirlər. Yəni bunlar, sadəcə, cızma-qaradır. Tənqid və təhlil deyil, əsla!

Bizim filoloji tədqiqatlarda və xüsusən, tənqidi fikirdə mətndən bu şəkildə istifadənin minlərcə nümunəsi mövcuddur. Yəni, yalnız oxucunu "nişan alıb", bədii mətn haqqında söz demək, əgər söhbət şeirdən gedirsə, ona gözucu baxıb "oxucunun ürəyini oxumaq", onun duyğularına təsir etmək əsas məqsəd olmuşdur. Bununla bağlı biz çox sayda nümunələri göstərə bilərik, ancaq bundan vaz keçib digər nəzəri postulatlara diqqət edək.

Şübhəsiz ki, "ifrat interpretasiya" zamanı müəllif və bədii əsər kənarlaşdırılır. Müəllif niyyəti ilə bərabər, bədii əsərin yazılmasının bir konteksti var, bu kontekstləri kənara atandan sonra bədii əsər U.Ekonun təbirincə desək, "vakuumda" özbaşına hərəkət edəcəkdir.

Umberto Eko irəli sürdüyü nəzəri konsepsiyada oxucu interpretasiyası üçün, hansısa, meyarın müəyyənləşdirilməsi ilə maraqlanmır. Onu maraqlandıran mətn şərhinin müəllif niyyəti ilə bəzən buna əks olan oxucu niyyəti arasında balans yaratmasıdır. Bədii mətnə yönəlik sonsuz sayda şərhlərin bir çoxu özünü doğrultmaya bilər, yaxud zamanla ixtiyari sayıla bilər. Bəs bu şərhlərin doğru olmaması necə meydana çıxır? Şübhəsiz ki, "mətn intensiyası" sayəsində. Məhz bu niyyət müəllif niyyəti ilə oxucu şərhi arasında balans yaradır, məhz bu niyyət, yəni mətndə ehtiva olunan intensiya bədii mətnin yazılma kontekstini daim vurğu altında saxlayır. Bu kontekst şərh zamanı unudularsa, bədii mətn Ekonun nişan verdiyi boşluqda üzdükcə, üzəcəkdir. 

Siz bu boşluğu mütləq görəcəksiniz.

OTHER NEWS