Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Elmi-tədqiqat şöbələri

Azərbaycan şifahi xalq ədəbiyyatı və ədəbi abidələr şöbəsi

01-01-2018 [ 19:02 ] [ oxunub:465 ]
printerA+ | A-
ƏlaqəTel. 537-24-33;
Emailtaranavaliyeva@mail.ru
Şöbənin müdiriQasımlı Məhərrəm Paşa oğlu
İşilərin sayı14
Şöbənin əməkdaşları

 

Şöbənin yaranma tarixi

Ədəbiyyat İnstitutunda Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr şöbəsi 2003-cü ildən fəaliyyət göstərir. Şöbə ayrıca  elmi- tədqi­­­­qat strukturu kimi  Ədəbiyyat və İncə-sənət İnstitutu təşkil olunandan fəaliyyət göstərmişdir. İnstitutun tərkibində 1934-cü ildə Folklor şöbəsi yaranmış və bu struktur vahidi ötən müddətdə  şifahi ədəbi irsin toplanılmasında və öyrənilməsində faydalı işlər görmüşdür.  Azərbaycan Milli  Elmlər Akademiyasının Rəyasət Heyəti 1990-cı ildə Ədəbiyyat İnstitutu nəzdində Folklor sarayının yaradılması haqqında qərar çıxardıqdan sonra  Folkor şöbəsinin fəaliyyəti dayandırıldı. Onun təcrübəli elmi əməkdaşları Folklor sarayına cəlb edildilər. 2003-cü ildə Ədəbiyyat İnstitutunda struktur dəyişikliyi edildiyi zaman institutun Elmi Şurası  Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr şöbəsini yenidən bərpa etməyi qərara aldı. Folklor şöbəsinə əvvəlki dönəmlərdə Hənəfi Zeynallı, Məmməd Hüseyn Təhmasib, Mirəli Seyidov, İsrafil Abbaslı kimi görkəmli alimlər rəhbərlik etmişdir. 2003- cü ildən şöbəyə Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı baş­çılıq edir. Şöbənin elmi-tarixi həyatında S.Mümtaz, H.Əlizadə, Ə.Tahirov, Ə.Axundov, N.Seyidov, H.Qasımov, B.Abdulla, T.Fərzəliyev, E.Əlibəyzadə, Q.Paşayev kimi görkəmli elm adamlarının unudulmaz xidmətləri vardır.

Rəhbərlik etmiş alimləri 
Şöbədə işləmiş tanınmış alimlər 
Əsas fəaliyyət istiqamətləri

 Şöbə “Azərbaycan şifahi xalq ədəbiyyatının tədqiqi problemi” üzrə  Azərbaycan şifahi xalq ədəbiyyatının tarixi və nəzəri məsələləri; ədəbi abidələrin tədqiqi, şifahi və yazılı ədəbiyyatın qarşılıqlı münasibətlərinin araşdırılması mövzularının tədqiqi  ilə məşğul olur. 

Əsas elmi nəticələriŞöbə müxtəlif tarixi mərhələlərdə Azərbaycan nağılları, dastanları və aşıq poeziyası antologiyalarını çoxcildliklər şəklində nəşr etdirmişdir. Bu sıradan “Azərbaycan nağılları”  (5 cilddə), “ Azərbaycan dastanları” (5 cilddə), “Koroğlu”, “Azərbaycan aşıqları və el şairləri  (2 cilddə) kimi akademik nəşrlər böyük elmi-tarixi əhəmiyyət daşıyır.