Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Elmi-tədqiqat şöbələri

Mətbuat tarixi və publisistika

16-01-2002 [ 12:14 ] [ oxunub:500 ]
printerA+ | A-

Publisitika şöbəsinə xoş gəlmisiniz!!

ƏlaqəTel.:  iş: ( 994 12) 538 49 65,  mob.: ( 994 50) 319 80 03  
Emailmetbuat_tarixi@mail.ru
Şöbənin müdiri  Asif Heydər oğlu Rüstəmli – baş elmi işçi,  filologiya elmləri doktoru, professor 
Şöbənin əməkdaşları
  1.  Elçin Mehrəliyev – baş elmi işçi, fil.ü.e.dok.
  2.  Ayaz Vəfalı – böyük elmi işçi, fil.ü.f.dok.
  3. Rauf Sadıxov – aparıcı elmi işçi, fil.ü.f.dok.   
  4. Gülbəniz Babayeva – aparıcı elmi işçi, fil.ü.f.dok.
  5. Müştəba Əliyev – elmi işçi
  6.  Aynurə Paşayeva – elmi işçi, doktorant
  7.  Şəbnəm Şəfizadə – baş laborant
Şöbənin yaranma tarixi

 Şöbə “Dövri mətbuat və biblioqrafiya” adı ilə Nizami adına Dil və Ədəbiyyat İnstitutunun direktoru prof. M.Şirəliyevin 1 iyul 1961-ci il tarixli əmri ilə yaradılmış və 1971-ci ilə qədər fəaliyyət göstərmişdir. Şöbənin ilk müdiri fil.e. dok., prof. Nazim Axundov olmuşdur. 15 il sonra – 1986-cı ildə prof. Yaşar Qarayevin təşəbbüsü və əmri ilə “İnformasiya və biblioqrafiya” şöbəsi yaradılmış, müdir fil.e. dok., prof.İslam Ağayev təyin edilmişdir. Təəssüf ki, bu şöbə də 6 ildən sonra, 1992-ci ildə qapanmışdır. AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin 24 iyun 2014-cü il tarixli əmri ilə Mətbuat tarixi və publisistika şöbəsi yaradılmış, yeni qurumun ilk müdiri  filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli (iyul-oktyabr 2014) təyin olunmuşdur. 24 oktyabr 2014-cü ildən şöbəyə fil.e. dok., prof. Asif Rüstəmli rəhbərlik edir.

Mətbuat tarixi və publisistika şöbəsində vaxtilə Nazim Axundov, Ağarəfi Zeynalov, Rasim Tağıyev, İslam Ağayev, Nadir Məmmədov, Ofeliya Bayramova, Mirəli Mənafi, Müxlisə Əbilova, Alxan Məmmədov, Dilruba Rzayeva kimi alimlər çalışıblar.

Əsas elmi istiqamətlər Şöbədə “Molla Nəsrəddin” jurnalının ensiklopedi­yası” üzərində iş gedir. “Azərbaycan mətbuatının salnaməsi” ikicild­liyi çapa hazırlanır. “Ziyayi-Qafkasiyyə”, “Kəşkül” mətbuat orqan­ları müasir qrafikaya transfoneliterasiya edilmişdir “İstiq­lal” qəzeti və gizli istiqlalçılar”, “Ədəbiyyat qəzeti” və ədəbi-mədəni mühit”, “Azərbaycan” jurnalında publisistika məsələləri” mövzusunda tədqiqat işləri aparılır.
Əsas elmi nəticələr
  • Mətbuat tarixi və publisistika məsələləri, Bakı: Ozan 2016, 184 səh.
  • “Ziyayi-Qafqaziyyə” qəzetinin tam mətni müasir əlifbaya transfonoliterasiya edilmişdir. Həcmi 54 çap vərəqi.
  • Azərbaycan Mətbuat tarixinin salnaməsinin tərtibi və çapa hazırlanması. Həcmi 25 çap vərəqi.

SİZƏ MARAQLI OLA BİLƏR