Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun aliimləri ilə görüş keçirilib

07-12-2023 [ 18:20 ] [ oxunub:267 ]
printerA+ | A-
104047

Ədəbiyyat İnstitutunda Gürcüstandan gəlmiş alimlərlə görüş keçirilib. Görüşdə Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor İrma Radiani, həmin İnstitutun direktor müavini, filologiya elmləri doktoru, professor Maqa Elbaqidze və filologiya elmləri doktoru, professor İrine Modebadze iştirak ediblər.
İnstitut əməkdaşlarının iştirak etdiyi görüşü giriş sözü ilə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli açaraq qonaqların Ədəbiyyat İnstitutunda olmaqlarından məmnunluq duyduğunu ifadə edib.
Qarşılıqlı görülən işlərin tarixinə nəzər salaraq çap olunan kitabların əhəmiyyətindən danışıb. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutu ilə birlikdə 2017-2020-ci illərdə həyata keçirdikləri “Nizami Gəncəvi və Şota Rustaveli” monoqrafiyasının 2021-ci ildə Bakıda və Tiflisdə Azərbaycan, gürcü və ingilis dillərində kitab halında nəşr edilməsini xüsusilə vurğulayıb. Ədəbiyyat İnstitutunun strukturu və şöbələri haqqında məlumat verərək, İnstituta aid nəşrləri qonaqlara hədiyyə edib.
Gürcü Ədəbiyyatı İnstitutunun direktoru, Tbilisi İnstitutunun professoru İrma Radiani də öz növbəsində İnstitutla tanışlıqdan məmnun qaldığını bildirib.
Qarşılıqlı əlaqələrin əhəmiyyətini qeyd edərək görülən işlərin gələcək əməkdaşlığa təkan verəcəyini əlavə edib. Gətirdikləri müxtəlif nəşrlər haqqında məlumat verərək əməkdaşlara təqdim edib.

FOTO QALEREYA