Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

GƏNC ALİMLƏR

Gülnar Səma “İlin gənc alimi” seçilib

01-02-2021 [ 15:55 ] [ oxunub:252 ]
printerA+ | A-

Qasımlı Gülnar Vaqif qızı AMEA Ədəbiyyat İnstitutunun 29 yanvar 2021-ci il tarixində keçirilən Elmi şurasının qərarı ilə “İlin gənc alimi-2020” nominasiyasına layiq görülüb.

Ötən il Gülnar Səmanın “Ədəbiyyat məcmuəsi”nin üçüncü sayında “Molla Nəsrəddin”in tədqiqi məsələləri” məqaləsi “Filologiya və sənətşünaslıq” jurnalında və “Azərbaycanda özbək ədəbiyyatının tərcüməsi və nəşri” məqaləsi “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalında çap olunub.



Onun “Ədəbi proses-2019” üçün yazdığı “2019-cu ildə Azərbaycanın bölgələrində yaranan ədəbiyyata bir baxış” adlı əlli səhifədən artıq tədqiqatı ixtisarla “Ədəbiyyat qəzeti”nin 26 sentyabr 2020-ci il sayında dərc edilib. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı tarixi üçün 15 səhifədən artıq iki oçerk yazıb təhvil vermişdir. Bunlardan başqa, Türkiyə, İran və Özbəkistanda bədii mətnləri, yerli mətbuatda çoxlu publisistik məqalələri işıq üzü görmüşdür.

Gülnar Səma 2014-cü ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi Tənqid şöbəsinə Azərbaycan ədəbiyyatı ixtisası üzrə doktoranturaya qəbul olub. 2019-cu ilin oktyabrında “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında poema janrının inkişaf yolu və xüsusiyyətləri” adlı dissertasiyasının müzakirəsi keçirilib.

2017-ci ilin iyun ayından Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisidir, şöbənin hazırladığı “Molla Nəsrəddin” ensiklopediyası”nda məqalələri yer alıb. 2019-cu ilin iyun ayından İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunub.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR