Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

GƏNC ALİMLƏR

Mehman Həsən “Çingiz Aytmatov və müasir dövrün çağırışları” forumu haqqında

17-10-2018 [ 11:25 ] [ oxunub:243 ]
printerA+ | A-
93137

32 il əvvəl - 1986-cı ildə əsası Çingiz Aytmatovun özü tərəfindən qoyulan İssık-kul İntellektual forumunun sayca üçüncüsü elə yazıçının özünə, onun 90 illik yubileyinə həsr edilmişdi.
 “Çingiz Aytmatov və müasir dövrün çağırışları” adlanan forum 4-7 oktyabr tarixlərində Qırğızıstanın Bişkek şəhəri və Çolpan-Atada yerləşən İssık-kulda keçirildi. 1986-cı ildə forumda dünyanın müxtəlif ölkələrindən olan 17 iştirakçı qlobal problemləri müzakirə etmiş, çıxış yollarını göstərməyə çalışmışdı. Bu  forumda isə həmin problemlər elə Çingiz Aytmatovun yaradıcılığı bazisində müzakirə edilirdi. Dünyanın 26 ölkəsindən, 160-dan çox nümayəndə Çingiz Aytmatovdan danışdı, onu xatırladı, əsərlərindəki insan konsepsiyasından söhbət açdı.

Çingiz Aytmatovun ən çox sevildiyi və onun da daim vurğunluğunu ifadə etdiyi Azərbaycan forumda yüksək səviyyədə iştirak edirdi. Forumda Azərbaycan nümayəndə heyətinə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli rəhbərlik edirdi. Forum ərəfəsində akademik İsa Həbibbəylinin üç dildə, Çingiz Aytmatovun həyatının, yaradıcılığının və Azərbaycanla əlaqələrinin ana tezislərinin ifadə olunduğu “Çingiz Aytmatov haqqında söz” kitabı nəşr olunmuşdu. “Çingiz Aytmatov haqqında söz” yazıçının 90 illiyinə həsr edilmiş mükəmməl, yüksək akademik yanaşma ilə hazırlanmış elmi nəşrdir. Forum müddətində Çin, Hindistan, Almaniya, Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər ölkələrdən olan alim və yazıçılar müzakirə əsnasında “Çingiz Aytmatov haqqında söz” kitabı ilə bağlı təəssüratlarını bölüşür və nəşri yüksək qiymətləndirirdilər...

https://525.az/site/?name=xeber&news_id=108033#gsc.tab=0

FOTO QALEREYA