Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

GƏNC ALİMLƏR

“Gənclər elmi və bədii ədəbiyyat işığında” adlı layihə həyata keçilir.

22-02-2017 [ 15:04 ] [ oxunub:455 ]
printerA+ | A-
38384

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun təşkilati dəstəyi ilə İsmayıllı rayonunda “Gənclər elmi və bədii ədəbiyyat işığında” adlı layihə həyata keçilir. Layihənin həyata keçirilməsində məqsəd məktəblilərin elmi və bədii təfəkkürünün inkişafına yönəlməklə onların elmi və bədii ədəbiyyatın müxtəlif sahələrində olan potensiallarının təyin olunması məqsədilə sorğu-anket, təlim, müsabiqə, sərgi və digər mədəni tədbirlərin təşkilidir. Layihə üç məktəbdə - İsmayıllı şəhəri 1 saylı tam orta məktəb, İsmayıllı rayonu Təzəkənd kənd tam orta məktəb, İsmayıllı rayonu Topçu kənd tam orta məktəblərində həyata keçirilir. Layihənin rəhbəri İnstitutun elmi işçisi Gülnar Yunusovadır.

SİZƏ MARAQLI OLA BİLƏR