Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Beynəlxalq elmi əlaqələr. Konfranslar

Ədəbiyyat İnstitutunun əməkdaşları “I Beynəlxalq Türk kültürü və tarixi Simpoziumu”nda

24-04-2018 [ 09:47 ] [ oxunub:203 ]
printerA+ | A-
79892

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları fil.ü.f.d., dosent Cavidə Məmmədova və fil.ü.f.d. Xanım Zairova 19-21 aprel 2018-ci il tarixlərində İstanbul Yedditəpə Universitetində keçirilmiş “I Beynəlxalq Türk kültürü və tarixi Simpoziumu”nda institutumuzu təmsil etmişlər. “XX əsrin əvvəllərində Azərbaycan elmində və ədəbiyyatında qədim türk tarixi” adlı məruzə ilə çıxış edən alimlərimiz ötən əsrin əvvəllərində Azərbaycanda qədim türk tarixinin tədqiqi və ədəbiyyatda bədii əksi problemlərindən bəhs etmişlər.

Açılış zamanı simpoziumun təşkilatçıları və iştirakçıları tərəfindən İstek  Vakfı  ve Yedditəpə Universitetinin qurucusu, fəxri rektoru Bədrəddin Dalana türk dövlətlərindən gətirilən hədiyyələr təqdim olunmuşdur. Bütün türk coğrafiyalarından gətirilən torpaqlardan ibarət olan bu hədiyyədəki Azərbaycan torpağı əməkdaşlarımz tərəfindən təqdim edilmişdir.

FOTO QALEREYA