Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Ədəbiyyat İnstitutunun jurnalları beynəlxalq bazaya daxil edilib

09-04-2021 [ 11:30 ] [ oxunub:22 ]
printerA+ | A-
100740

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun jurnallarının beynəlxalq elmi tələblərə uyğunlaşdırılması, müxtəlif indeksləmə bazalarına daxil edilməsi istiqamətində ardıcıl işlər həyata keçirilir.

Bu istiqmətdə əldə olunan növbəti uğur müəssisənin jurnallarının elmi nəşrlərin beynəlxalq indeksləşdirmə bazası olan “İdealonline” sisteminə daxil edilməsidir. Həmin bazaya AMEA-nın Humanitar və İctimai Elmlər bölməsinin “Filologiya və sənətşünaslıq”, Ədəbiyyat İnstitutunun isə “Müqayisəli ədəbiyyatşünaslıq”, “Poetika.izm”, “Azərbaycan ədəbiyyatşünaslığı” jurnalları daxil edilib.

Qeyd edək ki, “İdealonline” Türkiyədə fəaliyyət göstərən və 920 jurnalın, 124 min 375 məqalənin, 1559 kitabın daxil olduğu bazadır.