Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

Şöhrət Siracəddinov. “Əmir Əlişir. Həyatı və yaradıcılığı”

09-06-2023 [ 13:41 ] [ oxunub:134 ]
printerA+ | A-
103505

Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, Özbəkistan nəvaişünaslıq elmi məktəbinin görkəmli nü­mayəndəsi Şöhrət Siracəddinov Əlişir Nəvainin həyat və yaradıcılığına həsr olu­nan bir sıra mono­qra­fiyaların müəlli­fi­dir. 2023-cü ildə Şöhrət Siracəddinovun “Əmir Əlişir. Həyatı və yaradıcılığı” adlı kitabı Azərbaycan dilində çap olundu. Əsəri özbək dilindən tərcümə edən Gülbahar Aşurovadır. Kitabın elmi redaktor və ön söz müəllifi Almaz Ülvi Binnətova, məsul katibi isə filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Məcidovadır. 214 səhifədən ibarət olan monoqrafiyanın tərcümə nəşri Bakıda “Elm və təh­sil” nəşriyyatında çap olunmuşdur. Kitab Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunmuşdur.

Müstəqillik illərində böyük özbək şair və mütəfəkkir, dövlət xadimi Əlişir Nəvainin tərcümeyi-halı, həyat və fəaliyyətinin yenidən öyrənilməsi zərurətindən  ilkin əlyazma mənbələrinə bir daha nəzər salınaraq tam şəkildə yazılmasına ehtiyac oldu. Bu səbəbdən, monoqrafiyada ХХ əsrə qədər yazılmış mənbələrdəki məlumatlarla ilkin məlumatlar arasındakı fərqlilik dərəcəsi müqayisəli-tipoloji və mətnşünaslıq təhlili vasitəsilə müəyyən edilmişdir. Əlişir Nəvainin həyat və yaradıcılığının bəzi naməlum məqamları aydınlaşdırıldı. Tədqiqatların nəticəsi olaraq, bir sıra yeni məlumatlar əldə edildi və bununla da şairin həyat təfsilatını tam təsəvvür etmək imkanı mümkün oldu. Təqdim olunan kitabda nəvaişünas, professor Şöhrət Siracəddinov bu istiqamətdəki uzunmüddətli araşdırmalarının və təhlillərinin nəticələrini qısa və xronoloji ardıcıllıqla vermişdir.

SİZƏ MARAQLI OLA BİLƏR