Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Nizami Gəncəvi - 880

Təhminə Bədəlova Xarkovda Nizami Gəncəvinin yaradıcılığı barədə geniş təqdimatla çıxış edib

25-10-2021 [ 10:17 ] [ oxunub:290 ]
printerA+ | A-
101415

Ukraynanın Xarkov şəhərində dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunan beynəlxalq elmi konfrans keçirilib.

 Azərbaycanın Ukraynadakı səfirliyi, “Azərbaycan-Ukrayna Dostluq” Cəmiyyəti və Xarkov Şəhər Şurasının birgə təşəbbüsü ilə Xarkov Milli Radioelektronika Universitetində keçirilən beynəlxalq elmi konfransda diplomatlar, alimlər, nizamişünaslar, yerli KİV iştirak ediblər. Tədbirə, həmçinin xarici ölkələrdən onlayn şəkildə qoşulan alimlər də qatılıblar.

“Ukrayna-Türk ortaq mədəni irsi” adlı beynəlxalq konfransı açan “Azərbaycan-Ukrayna Dostluq” Cəmiyyətinin sədri Murad Ömərov bildirib ki, Nizami Gəncəvinin xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır. Bu cür konfransların keçirilməsi Nizami Gəncəvi irsinin öyrənilməsinə, Ukraynada türk mədəni irsinin araşdırılmasına öz töhfəsini verir.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Təhminə Bədəlova dahi mütəfəkkirin yaradıcılığı barədə geniş təqdimatla çıxış edib. Bildirib ki, böyük türk şair-mütəfəkkiri, filosofu Nizami Gəncəvinin yaradıcılığında əski türk düşüncəsinə, türk dini etiqadlarına, ümumilikdə türk mədəniyyətinə-fəlsəfəsinə meyil daha çox hiss olunur. N.Gəncəvi "Xəmsə"sini (“Beşliy”ini) farsca yazmasına baxmayaraq, türk düşüncəsini, türk adət-ənənəsini, türk əxlaqını, ümumilikdə türk mifoloji, dini-fəlsəfi və milli-mənəvi dünyagörüşünü təbliğ edib. N.Gəncəviyə görə, dünyada müdriklik, əxlaqlılıq, nəciblik, alicənablıq, igidlik, paklıq və s. kimi xüsusiyyətlər, yəni yaxşı nə varsa türkə, türk millətinə aiddir.

FOTO QALEREYA