Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Nizami Gəncəvi - 880

Nizami Gəncəvi yaradıcılığı Azadə Rüstəmovanın tədqiqatında - Fəridə Əzizova

26-01-2021 [ 11:15 ] [ oxunub:106 ]
printerA+ | A-
100491


R.Aza­də (Aza­də Cə­fər qı­zı Rüs­tə­mo­va) AMEA-nın müx­bir üz­vü, Əmək­dar elm xa­di­mi, fi­lo­lo­gi­ya em­ləri dok­to­ru, pro­fes­sor… Or­ta əsr­lər ədə­biy­ya­tı­nın ta­ri­xi-nə­zə­ri prob­lem­lə­ri­nin təd­qi­qi ilə şöh­rət qa­zan­mış ali­min ədə­bi fəa­liy­yə­ti əsa­sən bu yö­nü­mə is­ti­qa­mət­lən­miş­di. 300-ə ya­xın mə­qa­lə­nin, 20 ki­tab və mo­noq­ra­fi­ya­nın mü­əl­li­fi ol­muş­dur. El­mi fəa­liy­yə­ti­nin tu­tum­lu his­sə­si­ni isə Azər­bay­can bə­dii-es­te­tik fik­ri­nin zir­və­si olan Ni­za­mi­yə, bu bö­yük söz us­ta­dı­nın əl­van çox­şa­xə­li ir­si­nin öy­rə­nil­mə­si­nə həsr et­miş­di. Ni­za­mi Gən­cə­vi və R.Aza­də… XX əs­rin ikin­ci ya­rı­sın­da Ni­za­mi Gən­cə­vi ir­si­nin təd­qi­qi haq­qın­da söz açı­lan­da Aza­də xa­nı­mın el­mi fəa­liy­yə­ti ba­rə­də fi­kir yü­rüt­mə­mək müm­kün ol­mur. 
 Özü­nün ori­ji­nal təd­qi­qat­la­rı ilə Aza­də xa­nım ni­za­mi­şü­nas­lı­ğa də­yər­li el­mi töh­fə­lər ver­mə­yə mü­vəf­fəq ol­muş­dur. Ni­za­mi Gən­cə­vi haq­qın­da yaz­maq bu və ya di­gər də­rə­cə­də dün­ya is­lam mə­də­niy­yə­ti­nin tər­kib his­sə­si olan klas­sik Şərq poe­zi­ya­sın­dan bəhs etmək de­mək­dir. Be­lə ge­niş və vü­sət­li el­mi təd­qi­qat­la­rın öh­də­sin­dən gəl­mək üçün tək­cə fit­ri is­te­dad və şərq­şü­nas­ təh­si­li ki­fa­yət de­yil. Bu­ra­da də­rin fəl­sə­fi, di­ni və is­la­mi bi­lik­lər, ge­niş dün­ya­gö­rü­şü, zən­gin eru­di­si­ya, düz­gün el­mi is­ti­qa­mət, ob­yek­tiv dü­şün­cə tər­zi tə­ləb olu­nur. Mə­lum­dur ki, bü­tün bun­lar gər­gin mü­ta­liə və ça­lış­ma­la­rın, ağır zəh­mət və əmə­yin, da­vam­lı ax­ta­rış­la­rın sa­yə­sin­də əl­də edi­lir. 
 Ali­min dok­tor­luq dis­ser­ta­si­ya­sı olan "Azər­bay­can epik şei­ri­nin in­ki­şaf yol­la­rı (XII-XVII əsr­lər)” [1], 1975-ci il­də ki­tab şək­lin­də [2] çap olun­muş bu əsə­rin­də Ni­za­mi ya­ra­dı­cı­lı­ğı Azər­bay­can epik şei­ri­nin in­ki­şa­fın­da yük­sək zir­və ki­mi gös­tə­ril­miş­di və bir çox prob­lem­lər ət­ra­fın­da təd­qiq edil­miş­di. On­lar­dan: Ni­za­mi epik şei­rin­də hə­yat fəl­sə­fə­si, Ni­za­mi sə­nə­tin­də in­san prob­le­mi, xa­rak­ter və qəh­rə­man, sə­nət və hə­qi­qət, epik şe­ir və poe­tik ob­raz­lar alə­mi, Ni­za­mi şei­ri­nin janr xü­su­siy­yət­lə­ri­ni gös­tər­mək olar. Bu əsər­də irs-va­ris prob­le­mi müs­tə­vi­­sin­də Ni­za­mi və onun azər­bay­can­lı müa­sir­lə­ri­nin sə­nət dün­ya­sı təd­qi­qa­ta cəlb edil­miş­dir. 
 
 
 
 Əsər­də Ni­za­mi "Xəm­sə”si Azər­bay­can epik şei­ri­nin zir­və­si ki­mi təh­lil və təd­qiq olu­nur, Ni­za­mi şei­rin­də de­mok­ra­tizm və xəl­qi­lik mə­sə­lə­lə­ri nə­zər­dən ke­çi­ri­lir. Mü­əl­lif Ni­za­mi­nin "Ley­li və Məc­nun”la "Xos­rov və Şi­rin” poe­ma­la­rı­nı ro­man­tik əsər ki­mi qə­bul edir və ro­man­tik şe­ir­də gö­zəl­lik, es­te­tizm ka­te­qo­ri­ya­sı­nın da­şı­yı­cı­sı olan qəh­rə­man­la­rın əsas əx­la­qi si­ma­sı­nı və xoş­bəxt hə­yat mü­ba­ri­zə­lə­ri­nin hə­rə­kət­ve­ri­ci qüv­və­si­ni on­la­rın ül­vi eş­qin­də gö­rür­dü. O, şai­rin mü­hi­tin­də­ki cə­miy­yət qa­nun­la­rı­na qar­şı çıx­dı­ğı­nı onun qəh­rə­man­la­rı­nın Şi­rin, Fər­had, Ley­li və Məc­nu­nun si­ma­sın­da araş­dır­mış, on­la­rın fi­kir azad­lı­ğı uğ­run­da mü­ba­ri­zə­nin qur­ba­nı ol­duq­la­rı­nı bil­dir­miş­dir. Aza­də xa­nı­mın bu mo­nu­men­tal əsə­ri­nin el­mi əhə­miy­yə­ti və ədə­bi-bə­dii ir­si­mi­zin janr və nə­zə­ri prob­lem­lə­ri gör­kəm­li alim­lə­ri­mi­zin son­ra­kı el­mi araş­dır­ma­la­rın­da yük­sək el­mi rəy­lər al­mış və təq­dir edil­miş­dir. 
 Klas­sik Azər­bay­can ədə­biy­ya­tı­nın möv­zu və nə­zə­ri prob­lem­lə­ri­nin təd­qi­qi son­ra­kı il­lər­də də Aza­də xa­nı­mı məş­ğul et­miş, bir sı­ra ki­tab və mə­qa­lə­lə­rin­də mü­va­fiq mə­sə­lə­lər öz şər­hi­ni tap­mış­dır. Onun 1977-ci il­də rus di­lin­də nəşr et­dir­di­yi "Pos­tup sto­le­tiy” [3] ay­rı­ca ola­raq Ni­za­mi epik şei­ri­nin janr növ­lə­ri -– ro­man, epo­pe­ya, poe­ma, na­ğıl, no­vel­la, fəl­sə­fi es­se­lə­rin­də in­sa­nın əq­li-his­si dü­şün­cə­si­nin, ic­ti­mai fi­kir və fəl­sə­fi ax­ta­rış­la­rı­nın dü­yün nöq­tə­si olan müd­rik­li­yin sir­lə­ri­ni öy­rən­mək məq­sə­di iz­lə­nil­miş­dir. 
 1979-cu il­də çap olun­muş "Ni­za­mi Gən­cə­vi” (hə­ya­tı və sə­nə­ti) ki­ta­bın­da [4] alim ilk əv­vəl Ni­za­mi bə­dii ir­si­nin ər­sə­yə gəl­di­yi ta­ri­xi şə­rai­ti diq­qət mər­kə­zi­nə gə­ti­rir. Bə­dii fik­rin tə­şək­kül amil­lə­ri­ni həm ic­ti­mai, həm də fər­di as­pekt ki­mi ala­raq sə­nət­ka­rın ma­lik ol­du­ğu mil­li xa­rak­te­rin də­yə­ri­ni onun ümum­bə­şə­ri əhə­miy­yət kəsb et­mə­sin­də gö­rür. Ali­min fik­rin­cə, Ni­za­mi­nin bö­yük­lü­yü məhz onun əsər­lə­rin­də mil­li­li­yin nə də­rə­cə­də bə­şə­ri ide­ya­lar, hu­ma­nizm məz­mu­nu eh­ti­va et­mə­si ilə öl­çü­lür. Aza­də xa­nım Ni­za­mi­ni Ya­xın Şərq və Or­ta Şərq ədə­biy­yat­la­rın­da mü­səl­man mə­də­niy­yə­ti və zeh­niy­yə­tin­də sırf Azər­bay­can ha­di­sə­si ki­mi təd­qiq edib öy­rən­mək­lə ya­na­şı, onun dün­ya ədə­biy­ya­tı­nın ko­ri­fey­lə­ri sı­ra­sın­da dur­ma­sı­nı ay­rı­ca bir mil­li qü­rur his­si ilə vur­ğu­la­yır­dı. Alim üçün şa­ir­dən bəhs et­mək – "öz tək­rar­sız poe­tik ecaz­la­rı ilə dün­ya ədə­biy­ya­tı­nı zən­gin­ləş­di­rən” bir dü­ha­dan da­nış­maq de­mək idi. 
"Ni­za­mi Gən­cə­vi” (hə­ya­tı və sə­nə­ti) əsə­rin­də bö­yük şai­rin ömür yo­lu ilə ya­ra­dı­cı­lı­ğı­nın, de­mək olar ki, bü­tün as­pekt­lə­ri: onun dün­ya­gö­rü­şü, şai­rin ta­ri­xi­lik me­ya­rı, xəl­qi­li­yi ge­niş el­mi plan­da təh­lil edi­lir. Aza­də xa­nım "Xəm­sə”də bir­lə­şən ay­rı-ay­rı əsər­lə­rin ide­ya və məz­mu­nu ar­xa­sın­da şai­rin, ümu­miy­yət­lə, fik­ri-bə­dii ide­al­la­rı­nı ara­yıb təd­qiq edir və əsas diq­qə­ti­ni, mü­şa­hi­də­lə­ri­ni şai­rin hə­yat ama­lı­nı, sə­nət qa­yə­si­ni təş­kil edən ədə­bi-es­te­tik key­fiy­yət­lər üzə­rin­də cəm­ləş­di­rir­di. Ali­min əsə­rin­də Azər­bay­can və bəl­kə də, bü­töv­lük­də dün­ya ni­za­mi­şü­nas­lı­ğın­da bu da­hi şai­rin sə­nət ecaz­la­rı­nı çağ­daş tə­fək­kür işı­ğın­da təq­dim et­mə­si­ni və nə­zə­ri-me­to­do­lo­ji araş­dır­ma ol­ma­sı­nı za­man özü təs­diq et­di. Əsər­də Ni­za­mi hu­ma­niz­mi­nin ic­ti­mai-bə­dii-əx­la­qi əsas­la­rı, ob­ra­zın psi­xo­lo­ji təq­di­mi, Ni­za­mi şei­ri­nin üs­lub xü­su­siy­yət­lə­ri, Ni­za­mi sə­nət­kar­lı­ğı­nın təd­qiq ta­ri­xi və ni­za­mi­şü­nas­lıq­da az işıq­lan­dı­rı­lan ədə­bi-nə­zə­ri prob­lem­lər araş­dı­rı­lır­dı. Əsər­də onun ob­raz və xa­rak­ter­lə­rinin psi­xo­lo­ji di­na­mi­ka­sı­nın iz­lə­nil­mə­si, Ni­za­mi üs­lu­bu­nun şər­hi Ya­xın və Or­ta Şərq poe­zi­ya­sın­da bir kəşf ki­mi təq­dim edil­miş­dir. Nə­zə­ri yön ali­min apa­rı­cı is­ti­qa­mə­ti idi və or­ta əsr­lər əsər­lə­ri­nin be­lə nə­zə­ri yö­nüm­də təq­di­mi­ni Azər­bay­can ədə­biy­yat­şü­na­s­lı­ğın­da ye­ni is­ti­qa­mət ki­mi də­yər­lən­dir­mək müm­kün­dür. R.Aza­də Ni­za­mi­yə həsr et­di­yi əsər­lə­rin­də şai­rin sə­nə­ti­nin mil­li ru­hu­na xü­su­si diq­qət ye­tir­mə­yi va­cib bil­miş, öz gör­kəm­li sə­ləf­lə­ri­nin fi­kir­lə­ri­ni özü­nə­məx­sus şə­kil­də da­vam et­dir­miş­dir. 
Ali­min 1980-ci il­də "Elm” nəş­riy­ya­tın­da çap olun­muş "Ni­za­mi Gən­cə­vi” [5] əsə­rin­də Ni­za­mi döv­rün­də­ki Azər­bay­can ic­ti­mai-si­ya­si-mə­də­ni hə­ya­tı­na qı­sa bir eks­kurs edi­lə­rək şai­rin ya­ra­dı­cı­lı­ğı­nın re­nes­sans xis­lə­ti əsas­lan­dı­rı­lır. Ni­za­mi sə­nə­ti ümum­dün­ya re­nes­san­sı işı­ğın­da təd­qi­qa­ta cəlb edi­lir və bu müs­tə­vi­də Ni­za­mi­nin şe­ir dün­ya­sı­nın ecaz­kar­lı­ğı açıq­la­nır. Şai­rin ob­yek­tiv re­al alə­mə və onun qa­nu­na­uy­ğun­luq­la­rı­na mü­tə­fək­kir ba­xı­şı, hu­ma­niz­mi, ya­ra­dı­cı­lı­ğın­da­kı bə­şə­ri key­fiy­yət­lər və poe­ti­ka­sı ki­mi prob­lem­lə­rə nə­zər sa­lı­nır. Ni­za­mi çev­rə­sin­də nə­zə­ri-me­to­do­lo­ji ax­ta­rış­lar, fəl­sə­fi-es­te­tik ümu­mi­ləş­dir­mə­lər, ta­ri­xi­lik ilə müa­sir­li­yin vəh­də­ti – R.Aza­də­nin el­mi-təd­qi­qi fəa­liy­yə­ti məhz bu xü­su­siy­yət­lər­lə sə­ciy­yə­vi­dir. Ədə­biy­yat nə­zə­riy­yə­çi­si və ədə­biy­yat­şü­nas sə­riş­tə­li­yi bu­ra­da bir-bi­ri­ni ta­mam­la­yır­dı.
 
 
 Ni­za­mi ya­ra­dı­cı­lı­ğın­da ka­mil in­san–Tan­rı mü­na­si­bət­lə­ri ali­min 1981-ci il­də rus di­lin­də [6] nəşr olun­muş "Ni­za­mi Gən­cə­vi” ki­ta­bın­da xü­su­si məz­mun kəsb edir. R.Aza­də­nin ya­ra­dı­cı­lıq pa­lit­ra­sın­da Ni­za­mi­də mə­həb­bət kon­sep­si­ya­sı, Ni­za­mi və su­fizm, Ni­za­mi və əxi­lik ki­mi ni­za­mi­şü­nas­lı­ğın bü­tün mər­hə­lə­lə­ri üçün va­cib olan prob­lem­lər də mü­hüm yer tu­tur. Ali­min Ni­za­mi şei­ri­nin fəl­sə­fi -ir­fa­ni axa­rı yö­nü­mün­də yü­rüt­dü­yü mü­ha­ki­mə­lər xü­su­si­lə diq­qə­ti cəlb edir. Bir-bi­ri­nin ar­dı ilə dərc olun­muş ki­tab­lar­da (1980, 1981, 1983 il­lər­də) [5, 6, 7] Ni­za­mi ir­si­nin ak­tu­al prob­lem­lə­ri bir çox bu­caq­lar­dan öz ob­yek­tiv həl­li­ni tap­mış­dır. Bu əsər­lər­də Ni­za­mi şei­ri­nin folk­lor əla­qə­lə­ri, Ni­za­mi sə­nə­tin­də xəl­qi­lik və ta­ri­xi­lik, Ni­za­mi poe­zi­ya­sı­nın fəl­sə­fi ma­hiy­yə­ti ki­mi mə­sə­lə­lər ət­ra­fın­da alim kon­sep­tu­al əhə­miy­yət­li mü­la­hi­zə­lər yü­rüt­müş­dür. 
 1999-cu il­də ali­min "Ni­za­mi və onun poe­zi­ya sə­ləf­lə­ri” ad­lı ki­ta­bı [8] dərc olu­nur. Bu­ra­da mü­əl­lif gös­tə­rir ki, Ni­za­mi­nin sü­jet və ob­raz­la­rı­nı qə­dim ta­rix, sal­na­mə və ya­zı­lı əf­sa­nə­lər­də ax­tar­maq la­zım­dır. O, Gən­cə us­ta­dı­nın öz möh­­tə­­şəm "Xəm­sə”sin­də söy­kən­di­yi və ya söy­kə­nə bi­lə­cə­yi il­kin qay­naq­la­rı­na, bu qay­naq­la­rın bi­ri­nin di­gə­ri ilə, bü­töv­lük­də isə Ni­za­mi ya­ra­dı­cı­lı­ğı ilə ta­ri­xi-ti­po­lo­ji yö­nüm­də əla­qə­lə­ri­nə nə­zər sa­lır. Əsər­də Ni­za­mi­nin sə­ləf­lə­ri­nin (Ün­sü­ri, Əy­yu­qi, Gür­ga­ni) ya­ra­dı­cı­lıq pa­lit­ra­sı araş­dı­rı­lır. Təd­qi­qa­tın önəm­li bir fəs­li­ni "Sir­lər xə­zi­nə­si” və Ya­xın Şərq ədə­biy­ya­tın­da onun ti­po­lo­ji sə­lə­fi "Hə­di­qə­tül-hə­qa­iq” (XI əsr – Sə­nai) əsər­lə­ri­nin mü­qa­yi­sə­li təh­li­li təş­kil edir. Hər iki­si üçün ilk qay­­naq – Qu­ran və Su­fi vəz və moi­zə­lə­rin­dən ir­fa­ni şei­rə ge­dən yol­dan bəhs olu­nur. Sə­ləf və xə­lə­fin il­kin qay­naq­la­ra mü­na­si­bə­ti araş­dı­rı­lır. "Sir­lər xə­zi­nə­si” "Hə­di­qə­tül-hə­qa­iq”dən son­ra idi. La­kin o heç də nə­zi­rə de­yil­di, özün­dən son­ra isə say­sız nə­zi­rə­lə­rə tə­kan ver­di, yüz­lər­lə sə­nət­kar­ Sə­nai­nin de­yil, Ni­za­mi­nin ar­dı­cı­lı ol­du. Alim su­fiz­min Ni­za­mi ya­ra­dı­cı­lı­ğın­da möv­qe­yi prob­le­mi­nə də to­xu­nur. Su­fiz­min Ni­za­mi dün­ya­gö­rü­şü­nün əsa­sı de­yil, bəhs et­di­yi ne­çə-ne­çə fəl­sə­fi cə­rə­yan­lar­dan bi­ri ol­du­ğu­nu diq­qə­tə çat­dı­rır. "Su­fi sim­vo­li­ka­sın­dan da Ni­za­mi əsər­lə­rin­də çox za­man sə­nət­kar möv­qe­yin­dən çı­xış edə­rək poe­tik fi­qur, me­ta­fo­ra, al­le­qo­ri­ya ki­mi is­ti­fa­də edir­di” [8, s.84]. 
 Təd­qi­qat­çı alim öm­rü­nü həsr et­di­yi ni­za­mi­şü­nas­lıq sa­hə­sin­də bir-bi­rin­dən də­yər­li el­mi mə­qa­lə və fun­da­men­tal nəşr­lə­ri ilə tez-tez oxu­cu­la­rın gö­rü­şü­nə gə­lir­di. Onun növ­bə­ti əsər­lə­rin­dən bi­ri 2000-ci il­də nəşr olu­nan "Ni­za­mi Gən­cə­vi. "Di­van”dan bir gül­çin” ad­la­nan ki­ta­bı idi [9]. Bu əsər Aza­də xa­nı­mın ədə­biy­yat­şü­nas­lıq (ni­za­mi­şü­nas­lıq) sə­riş­tə­li­yi ilə ya­na­şı, mətn­şü­nas­lıq ki­mi ağır, sə­bir­li və diq­qət­li əmək tə­ləb edən sa­hə­sin­də də xü­su­si möv­qe­yi­nin təs­di­qi­nə çev­ril­miş­dir. Ni­za­mi Gən­cə­vi di­va­nı­nın poe­tik nü­mu­nə­lə­ri­nin top­lan­ma­sı, də­qiq­ləş­di­ril­mə­si ni­za­mi­şü­nas­lıq qar­şı­sın­da du­ran mü­hüm prob­lem­lər­dən bi­ri olan və bö­yük zəh­mət tə­ləb edən gör­kəm­li ya­ra­dı­cı­la­rı­nın baş­la­dı­ğı bir sa­hə­yə mü­ra­ci­ət et­mək idi. Bu pro­ses­də çə­tin­li­yi ar­tı­ran cə­hət­lər­dən bi­ri də on­dan iba­rət idi ki, Ni­za­mi əsər­lə­ri­nin dün­ya ki­tab evi və mu­zey­lə­rin­də yüz­lər­lə əl­yaz­ma nüs­xə­lə­ri mü­ha­fi­zə edi­lir. La­kin on­la­rın ço­xu Ni­za­mi qə­lə­min­dən çıx­ma­yan əla­və beyt­lər, ya­xud ix­ti­sar­lar­la gə­lib bi­zə çat­mış­dır. Be­lə əyin­ti­lə­rin təd­qiq­lə­rə ke­çə­rək yan­lış el­mi kon­sep­si­ya­lar ya­ra­da bi­lə­cə­yi təh­lü­kə­si­nin qar­şı­sı­nı al­maq üçün Ni­za­mi mətn­lə­ri lü­zum­suz əla­və və əsk­ilt­mə­lər­dən müm­kün qə­dər tə­miz­lən­miş, saf­laş­dı­rıl­mış idi. 
 Ali­min re­dak­tə işin­dən də bəhs et­mək la­zım­dır. Bu ba­rə­də onun as­pi­ran­tı ol­muş AMEA-nın hə­qi­qi üz­vü T.Kə­rim­li­nin fi­kir­lə­ri­ni Aza­də xa­nı­ma həsr et­di­yi ya­zı­sın­dan çat­dır­maq is­tər­dim: "Ədə­biy­yat ta­rix­çi­li­yi ədə­biy­yat­şü­nas­lıq el­mi­nin elə bir nü­fuz­lu sa­hə­si­dir ki, yal­nız ka­mil alim­lər bu sa­hə­yə gi­ri­şir və san­bal­lı əsər ər­sə­yə gə­tir­mə­yə na­il olur­lar. Aza­də xa­nım da bu cür alim­lə­rin sə­viy­yə­si­nə qalx­mış­dı və is­tər ədə­biy­yat ta­ri­xi­nin oçerk və ic­mal­la­rı­nı yaz­maq­da, is­tər­sə də həm­kar­la­rı­nın çox vaxt "çiy” şə­kil­də təq­dim et­di­yi ma­te­ri­al­la­rı re­dak­tə et­mək­də mis­li-bə­ra­bə­ri yox idi. "Aza­də xa­nım re­dak­tə pro­se­sin­də bir çox ma­te­ri­al­la­rı ye­ni­dən yaz­ma­ğa məc­bur idi və öz el­mi sə­viy­yə­si­nə yük­səl­də­rək əv­vəl­ki ya­zı­nı ta­nın­ma­ya­caq ha­la sa­lır­dı. Tə­əs­süf­lər ki, üzə­rin­də bu qə­dər ağır zəh­mət çək­di­yi və yük­sək sə­viy­yə­də ça­pa təq­dim et­di­yi "Azər­bay­can ədə­biy­ya­tı ta­ri­xi”nin II-III cild­lə­ri­nin [10, 11] işıq üzü gör­mə­si­ni Aza­də xa­nım gö­rə bil­mə­di. Am­ma əmin­lik­lə de­yə bi­lə­rik ki, Aza­də xa­nı­mın Azər­bay­can me­di­ye­vis­ti­ka­sı­na bəxş et­di­yi əvəz­siz in­ci­lə­ri tə­rə­zi­nin bir gö­zü­nə və Aza­də xa­nı­mın çox­cild­li "Azər­bay­can ədə­biy­ya­tı ta­ri­xi”nin ikin­ci və üçün­cü cild­lə­ri­ni də o bi­ri gö­zü­nə qoy­saq, ye­nə də ədə­biy­yat ta­rix­lə­ri olan göz ağır gə­lər” [12, s.6-11]. 
 Ali­min fi­kir­lə­ri­nin kvin­tes­sen­si­ya­sı öm­rü­nün son mə­qam­la­rı­na­dək göz­lə­di­yi "Mə­nə­vi dü­nə­ni­miz bu gü­nün işı­ğın­da” ad­lı ic­mal-oçerk, ədə­bi port­ret və nə­zə­ri prob­lem­lə­ri əha­tə edən irihəcm­li mə­qa­lə­lər top­lu­sun­da cəm­lə­şib [13]. Klas­sik­­lə­ri­mi­zin ic­ti­mai-bə­dii fi­kir ta­ri­xi­nə həsr et­dik­lə­ri sə­nət mö­cü­zə­lə­ri­ni üzə çı­xart­maq, in­cə bir təd­qi­qat­çı sə­riş­tə­si ilə na­dir in­ci­lə­ri el­mi təh­lil süz­gə­cin­dən ke­çir­mək, ədə­biy­ya­tı­­mı­­zın tə­ka­mül di­na­mi­ka­sı və qa­nu­na­uy­ğun­luq­la­rı­nı in­cə­lə­mək yo­lun­da Aza­də xa­nım bu əsə­rin­də əsl fə­da­kar­lıq gös­tər­di. 
 Or­ta əsr­lər is­lam Şər­qi ədə­bi pro­se­si­nin fun­da­men­tal mə­sə­lə­lə­ri ilə məş­ğul olan alim ən er­kən dövr­lə­ri – mə­də­ni keç­mi­şi­mi­zin əsas mə­qam­la­rı­nı, XVII-XVI­II əsr­lər, ye­ni dövr və nə­ha­yət, müa­sir ədə­biy­ya­tı­mız­da bir sı­ra kon­sep­tu­al prob­lem­lə­ri oxu­cu­su­na təq­dim et­di. Bu­ra­da el­mi fəa­liy­yə­ti­nin tu­tum­lu bir his­sə­si­nin Ni­za­mi ya­ra­dı­cı­lı­ğı­na is­ti­qa­mət­lən­di­ril­mə­si iz­lən­sə də, ali­min ya­ra­dı­cı­lıq sfe­ra­sı­nın da­ha ge­niş ol­du­ğu təs­bit­lə­nir. 
 Bu top­lu­da da ali­min "XII əsr "Azər­bay­can səp­ki­si”nin Ni­za­mi zir­və­si”, "Xəm­sə”də al­le­qo­ri­ya, rəmz və sim­vol­lar”, "Hə­di­qə­tül-hə­qa­iq” və "Məx­zən ül-əs­rar”, "Ni­za­mi­şü­nas­lıq. Nai­liy­yət­lər, kə­sir­lər və qar­şı­da du­ran və­zi­fə­lər”, "Ni­za­mi Gən­cə­vi ya­ra­dı­cı­lı­ğı Y.E.Ber­tels tə­dqi­qa­tın­da”, "Mə­həm­məd Əmin Rə­sul­za­də­nin "Azər­bay­can şai­ri Ni­za­mi” əsə­ri”, "Ni­za­mi konf­ran­sı”, "Şa­ir-tər­cü­mə­çi hü­nə­ri (X.Rza­nın Ni­za­mi­dən çe­vir­mə­lə­ri)”, "Ley­li və Məc­nun” film-ope­ra­sı­nın ki­no lib­ret­to­su haq­qın­da fik­rim” və sa­ir Ni­za­mi­yə həsr olun­muş təd­qiq­lə­ri bö­yük ma­raq do­ğu­rur. 
 Bu gün or­ta əsr­lər is­lam Şər­qi ədə­bi pro­se­si­nin fun­da­men­tal prob­lem­lə­ri ilə məş­ğul olan alim­lə­rin sa­yı, ümu­miy­yət­lə, dün­ya şərq­şü­nas­lı­ğın­da bar­maq­la sa­yı­la­caq qə­dər az­lıq təş­kil edir. R.Aza­də xa­nım on­lar­dan bi­ri idi. R.Aza­də­nin təd­qi­qat­çı ma­ra­ğı­nın ən çox diq­qət mər­kə­zin­də məhz Ni­za­mi Gən­cə­vi sə­nə­ti və bu sə­nət­lə əla­qə­dar şərq­şü­nas­lıq el­mi­nin qar­şı­sın­da du­ran prob­lem­lər ol­muş­dur. O, alim ba­ca­rı­ğı­nı da məhz bu sa­hə­də nü­ma­yiş et­dir­miş­dir. Ni­za­mi­yə həsr olun­muş əsər­lər­də o, ilk də­fə ola­raq ti­po­lo­ji-ədə­bi qar­şı­laş­dır­ma­lar və mü­qa­yi­sə­lər yo­lu ilə Şərq­də möv­cud "Fər­had və Şi­rin”, "Ley­li və Məc­nun” və s. əf­sa­nə­lə­rin tə­şək­kül və in­ki­şaf xət­ti­ni araş­dır­ma pred­me­ti­nə çe­vir­miş və əhə­miy­yə­ti­ni bu gün üçün də sax­la­yan, ne­çə-ne­çə təd­qi­qi əsə­rin ya­ran­ma­sı­na mey­dan ve­rən qiy­mət­li el­mi-nə­zə­ri nə­ti­cə­lər əl­də et­miş­di. Alim Ni­za­mi qəh­rə­man­la­rı – Şi­rin, Xos­rov, Fər­had və sa­ir ob­raz­la­rı­nın ta­ri­xi-əf­sa­nə­vi pro­to­tip­lə­ri­ni üzə çı­xart­maq məq­sə­di­lə on­lar­la ən qə­dim mən­bə və mə­xəz­lə­ri araş­dır­mış­dı. Feo­fi­lak­ta Si­mo­kat­ta (VI əsr), Ca­hi­zin (IX əsr), Tə­bə­ri (X əsr), Səa­li­bi (XI əsr), Ya­qut əl-Ha­ma­vi (XII əsr) və baş­qa mən­bə­lər­dən çı­xış edə­rək, "Xos­rov və Şi­rin” əh­va­la­tı­nın fraq­ment­lər ha­lın­da möv­cud­lu­ğu­nu VI əs­rin axır­la­rın­dan həm şi­fa­hi, həm də ya­zı­lı şə­kil­də müx­tə­lif va­ri­ant­lar­da in­ti­şar tap­dı­ğı­nı sü­bu­ta ye­tir­miş­dir. 
 R.Aza­də Ni­za­mi ir­si ilə əla­qə­dar heç bir təd­bi­rə bi­ga­nə ya­na­şa bil­mir­di. Ni­za­mi­nin təd­qi­qi yö­nü­mün­də ali­min bə­zi na­ra­hat mə­qam­la­rı da az de­yil­di. "… nə giz­lə­dək, nöq­san­la­rı­mız da çox­dur”, – de­yə R.Aza­də öz tə­əs­sü­fü­nü bil­di­rir­di. 
 Təd­qi­qat­çı üçün Ni­za­mi­dən da­nış­maq "öz tək­rar­sız poe­tik ecaz­la­rı ilə dün­ya ədə­biy­ya­tı­nı zən­gin­ləş­di­rən” bir dü­ha­dan da­nış­maq de­mək idi [13, s.475-490].
 İlk də­fə ola­raq Ni­za­mi ro­man­tiz­min­də es­te­tik fik­rin gö­zəl­lik və ey­bə­cər­lik ka­te­qo­ri­ya­sı, ümid və ar­zu kon­sep­si­ya­sı, ide­al və an­tii­de­al an­la­mı, şai­rin əsər­lə­rin­də sü­jet və kom­po­zi­si­ya nis­bə­ti, iç alə­min – "mən”in poe­ti­ka­sı, ob­ra­zın psi­xo­lo­ji təq­di­mi, Ni­za­mi bə­dii tər­tib­lə­rin­də in­teq­ra­si­ya və dif­fe­ren­sa­si­ya ha­di­sə­si, epik mətn­də li­rik vü­sət və s. ədə­bi-nə­zə­ri prob­lem­lər çev­rə­sin­də xü­su­si əhə­miy­yət kəsb edən mü­ha­ki­mə­lər yü­rü­dü­lür və Ni­za­mi ya­ra­dı­cı­lı­ğı işı­ğın­da on­lar öz ma­raq­lı, ob­yek­tiv el­mi həl­li­ni ta­pır­.
Nə­zə­ri yön yal­nız R.Aza­də mo­noq­ra­fi­ya­la­rı­nın de­yil, de­mək olar ki, onun ək­sər mə­qa­lə­lə­ri­nin də apa­rı­cı is­ti­qa­mə­ti ol­muş­dur. 
 Ob­raz və xa­rak­te­rin psi­xo­lo­ji di­na­mi­ka­sı Ni­za­mi üs­lu­bu­nun Ya­xın Şərq poe­zi­ya­sın­da kəş­fi idi. Ni­za­mi əsər­lə­rin­də şai­rin ya­şa­yıb-ya­rat­dı­ğı döv­rün ro­man­tik na­xış­la­ra, ro­man­tik bo­ya­la­ra çul­ğan­mış is­tək və meyl­lə­ri, ar­zu və nis­gil­lə­ri öz ifa­də­si­ni ta­pır. Bu əsər­lər həm li­ri­ka­nı, həm dra­ma­tiz­mi, həm fəl­sə­fi mü­ha­ki­mə və ümu­mi­ləş­dir­mə­lə­ri, həm də əx­la­qi-etik şei­rə məx­sus xü­su­siy­yət­lə­ri özün­də bir­ləş­di­rir. "Mu­si­qi, hey­kəl­tə­raş­lıq, rəs­sam­lıq, bə­dii de­kor sə­nə­ti, xalq tə­fək­kü­rü­nün poe­tik nü­mu­nə­lə­ri – əf­sa­nə­lər, rə­va­yət­lər, mə­səl­lər – es­te­tik fik­rin bu əl­van sa­hə­lə­ri Ni­za­mi üs­lu­bun­da hey­rə­ta­miz bir tərz­də bir-bi­ri­nə ca­la­şır, struk­tu­ra ho­pur, apa­rı­cı bə­dii mətn­də əri­di­lir” [14, s.51]. Or­ta əsr­lər şei­ri­mi­zin bu yö­nüm­də təh­li­li­ni ədə­biy­yat­­şü­nas­­lı­ğı­mız­da ye­ni is­ti­qa­mət ki­mi də­yər­lən­dir­mək müm­kün­dür.
 Za­ma­nı­nın si­ya­si-ic­ti­mai-ta­ri­xi sə­bəb­lə­ri üzün­dən or­ta əsr­lə­rin bir çox sə­nət­kar­la­rı ki­mi Ni­za­mi­nin də fars di­lin­də ya­zıb-ya­rat­dı­ğı mə­lum­dur. La­kin alim sə­nət­ka­rın əsər­lə­ri­nə "tür­ka­nə ru­hun ha­kim ol­du­ğu­nu” da təs­diq­lə­yir. Elə Ni­za­mi­nin özü də şei­ri­ni "tür­ka­nə nəzm” ad­lan­dı­rır, cə­fa­keş Məc­nu­nu­na "ərəb li­ba­sın­da türk” ki­mi qiy­mət ve­rir. R.Aza­də Ni­za­mi­yə həsr et­di­yi əsər­lə­rin­də Ni­za­mi şei­ri­nin mil­li ru­hu­na da xü­su­si diq­qət ye­tir­mə­yi va­cib bil­miş, gör­kəm­li sə­ləf­lə­ri­nin fi­kir­lə­ri­ni özü­nə­məx­sus şə­kil­də da­vam və in­ki­şaf et­dir­miş­dir. 
 Ali­min öz mü­əl­lim­lə­ri­nə söy­lə­dik­lə­ri söz­lə­ri onun özü­nə ün­van­la­maq is­tər­dim: "Xal­qı­na çat­dı­ra bil­di­yin mə­nə­vi mi­ras qə­dir­bi­lən yur­du­nun can və qan yad­da­şın­da sə­nin özü­nə əbə­di­lik qa­zan­dı­ra­caq”. O, xal­qı­mı­za tan­rı tə­rə­fin­dən bəxş edi­lən na­dir zə­ka ul­du­zu idi, yal­nız zə­ka ul­du­zu de­yil, həm də gö­zəl­lik ul­du­zu, sö­zün əsl mə­na­sın­da ide­al Ni­za­mi­dən gə­lən Azər­bay­can qa­dı­nı ob­ra­zı­nın can­lı tim­sa­lı idi. Ul­duz isə sön­məz, axıb ke­çər… 
 

SİZƏ MARAQLI OLA BİLƏR