Cənubi Azərbaycan ədəbiyyatı
Cənubi Azərbaycan ədəbiyyatı
Cənubi Azərbaycan ədəbiyyatı Azərbaycan ədəbiyyat tarixinin tərkib hissəsidir. İran ölkəsindəki Azərbaycan ərazilərində yaşayıb-yaradan azərbaycanlı sənətkarların ədəbi fəaliyyətini öyrənir. Bu istilah sovet dövründə (1920-1980) ədəbi leksikonumuza daxil olmuşdur.
Cənubi Azərbaycan ədəbiyyatı Cənubdakı ədəbi proses və tənqidi mərhələlər üzrə tədqiq edir. Görkəmli nümayəndələri Şəhriyar, Sönməz, Səhənd, Səməd Behrəngi və başqalarıdır. Əsas mövzuları şahlıq üsuli-idarəsi, istismar rejiminin ifşası, vahid Azərbaycan, Vətən, torpaq və dil birliyinin təbliğidir.
Hacı Rza Sərraf, Mirzə Qafar Zünuri, Səid Səlmasinin xalqı milli mübarizəyə çağırış ideyaları və maarifçi fikirləri güclü olmuşdur.
Həbib Sahirin poeziyzsında vətənin acı taleyinin təsviri verilmiş, sürgün mövzusuna da ayrıca diqqət yetirmişdir.
Fəxrəddin Məhzunun qəzəllərində vətən həsrəti poetikləşdirilmişdir. Sönməz Məşrütəçinin bayatıları məşhurdur. Raci, Ləli və Aciz mərsiyələr müəllifi kimi tanınmışdır.
Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya Salam”, “Mumiyalanmış adam” poeması məşhurdur. Hilal Nasir, Hüseyn Səhhat də şeirləri ilə tanınmışdır.
Bulud Qaraçurlu 1960-70-ci illər Cənubi Azərbaycan ədəbiyyatının milli şairidir. “Sazımın sözü”, “Dədəmin kitabı” poemalarında folklor ənənələri güclüdür.
Məhəmməd Biriya otaylı-bu taylı azərbaycanlıların istiqlal şairlərindən biridir. Lirik və satirik şeirləri vardır. “Azərbaycan qəhrəmanları”, “Ərk qalası əfsanəsi” poemaları geniş yayılmışdır.
Nəsr sahəsində Səməd Behrəngi “Balaca qara balıq” hekayəsi ilə daha çox tanınmışdır. Əsərdə Azadlıq ideyaları ifadə edilmişdir.
Qulamhüseyn Sayedi “Dandil”, “Tanışlıq mərasimi” hekayələri, “Bəyəldə yas” silsilə hekayələri ilə daha çox tanınmışdır.
Gəncəli Səbahi, Əhməd Azərlu, İsmayıl Hadi, Mirhidayət Həsari, Savalan, Rəhim Dəqiq, Tufarqanlı Hüseyn, Məhəmmədəli Ocaqverdi, Mürtəza Məcidfərin də nəsr yaradıcılığı məlumdur.
Məhəmməd Biriya “Çətirbazlar”, “Qulamhüseyn Sayedi” “Canavarlar” pyeslərində Cənubi Azərbaycanın həyatını təsvir etmişlər.
Cənubi Azərbaycan ədəbiyyatı ədəbi-tarixi mərhələlər üzrə tədqiq olunmuşdur. Bu ədəbiyyat 1976-cı ildən Ədəbiyyat İnstitutunda yaradılmış Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi üzrə öyrənilir. Cənubi Azərbaycan ədəbiyyatı şifahı və yazılı ədəbiyyatını, ədəbi-tənqidi fikrin araşdırılması, nəşri və təbliğini həyata keçirir. Bu sahədə akademik Mirzə İbrahimov ədəbi məktəb yaratmışdır. Professor Teymur Əhmədov: “Mirzə İbrahimov Təbrizdə “Vətən yolunda” qəzetinin redaktoru, Cənubi Azərbaycan demokratik inqilabi hərəkatının iştirakçısı olmuş, ictimai fikrin oyanması, ana dilinin qorunması, xalqın öz milli azadlığı uğrunda mübarizəsində misilsiz xidmətlər göstərmişdir. Mirzə İbrahimov 1946-cı ildə Milli demokratik hərəkatın süqutundan sonra da (1946-1993) Cənubi Azərbaycanda ədəbi, tənqidi fikrin və ədəbiyyatşünaslığın inkişafı sahəsində heyrətamiz işlər görmüş, cəsarətlə demək olar ki, yeni ədəbi məktəbin binasını qoymuşdur. Mirzə İbrahimov 1976-cı ildə Cənubi Azərbaycan ədəbiyyatı şöbəsini--Cənub ədəbi irsini mükəmməl tədqiq edən ilk qurumu yaradarkən Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun ayrı-ayrı şöbələrindən-Balaş Azəroğlu, İsmayıl Cəfərpur, Rza Xəlilov, Əşrəf Ağazadə, Mirəli Mənafı, Rəfiqə Qasımova, Zahid Əkbərov, Xuraman Quliyeva, Nazim Rizvanov, Tamella Məmmədova, Elmira Axundova, Hüseyn Kürdoğlu, Rəhim Əliyev kimi təcrübəli elmi işçiləri bu müqəddəs elmi işə cəlb etmişdir. O, şöbəyə ilk aspirantı, filologiya elmləri doktoru, professor Teymur Əhmədovu müavin vəzifəsinə dəvət etmişdir.”
1981-ci ildən Cənubi Azərbaycan ədəbiyyatına aid dörd cildlik “Cənubi Azərbaycan ədəbiyyatı antologiyaları” çap olunmuşdur.
2013-2018-ci illərdə Cənubi Azərbaycan ədəbiyyatına dair 31 kitab, xaricdə isə 4 kitab çap edilmişdir. “Cənubi Azərbaycan ədəbiyyatı tarixi (XIX-XX əsrlər) (2 cilddə), prof.Teymur Əhmədovun “Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu”, prof. Rəhim Əliyevin “Cənubi Azərbaycanda milli hərəkat (1941-1946), dos Sabir Nəbioğlunun “İntizar günlərinin nəğmələri”, “Vüsalın qanadlarında”, prof. Vüqar Əhmədin “Cənubi Azərbaycan poeziyası (1950-2010), prof. Teymur Əhmədovun “Mirzə İbrahimov. Azərbaycan xalq yazıçısı, ictimai xadim”, “XIX-XX əsr Azərbaycan ədəbiyyatı” (3 cilddə), Cənubi Azərbaycan ədəbiyyatı: Tədqiqlər”, prof. Teymur Əhmədovun “Akademik Mirzə İbrahimov: həyatı, ədəbi, elmi və ictimai-siyasi fəaliyyəti”, beş cilddə “Seçilmiş əsərləri”, “Güney Azərbaycan ədəbiyyatı antologiyası (çağdaş dövr)”, dos. Pərvanə Məmmədlinin “Cənubi Azərbaycan: ədəbi şəxsiyyətlər, portretlər”, “Cənubi Azərbaycan ədəbiyyatı məsələləri”, dos. Esmira Fuadın “Güney Azərbaycanda çağdaş ədəbi proses (2011-2014)”, yenə onun “XX əsr Güney Azərbaycan epik şeiri”,”Məhəmmədhüseyn Şəhriyarın”, “Seçilmiş əsərləri”, “Sözdən asılan arzular: Güney Azərbaycan şairlərinin poemalarından seçmələr (XX əsr)”, xaricdə prof. İslam Qəriblinin “Ədəbiyyat sərhəd tanımır: məqalələr və oçerklər (ərəb əlifbası Tehran), dos. Mahmizər Mehdibəyovanın “Güney Azərbaycan nəsri” (Tehran), dos. Esmira Fuadın “Muhammed Hüseyn Şəhriyar: həyatı, edebi çevresi, eserleri (türk əlifbası ilə İstanbul), “Söz Sərrafı Şəhriyar (ərəb əlifbası ilə, Tehran) belə kitablardandır.
Cənubi Azərbaycan ədəbiyyatı “Türkmənçay müqaviləsindən” (1828) sonrakı dövrdə Cənubi Azərbaycanın şifahi və yazılı ədəbiyyatını öyrənməyə başlamışdır.
Bu iş başa çatdıqdan sonra XIX-XX əsrlər, habelə, müasir dövrün Cənubi Azərbaycan ədəbiyyatı, ədəbi simalarının fəaliyyəti iki əsrdən artıq bir dövrün zəngin ədəbi örnəklərinin toplanması və tədqiqi ilə məşğul olmuşdur.
Cənubi Azərbaycan ədəbiyyatı iki əsrdən artıq bir dövrün zəngin ədəbi örnəklərinin toplanması, tədqiqi, elmi təhlili və nəşri sahəsində fəaliyyət göstərir.
Bu sahədə kitablar və məqalələr ardıcıl dərc edilir. AMEA Nizami Gəncəvi adına ədəbiyyat İnstitutunun fəaliyyət göstərən Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi hazırda Araşdırma Mərkəzi statusunda görü