Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

ELM. TƏHSİL

Akademik İsa Həbibbəyli Erkən realizm və yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin hesabatında iştirak edib

27-11-2024 [ 11:36 ] [ oxunub:95 ]
printerA+ | A-
105020

Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda illik hesabatların müzakirəsinə başlanılıb. 29 noyabr tarixinədək institutun on səkkiz şöbəsi hesabat verəcək.

Bu gün müəssisənin Erkən realizm və yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsi hesabat verib. Hesabatın qəbulunda AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli də iştirak edib.

Akademik İsa Həbibbəyli Erkən realizm və yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin əməkdaşlarının hesabatını qəbul edib və şöbənin növbəti ildə prioritet istiqamətləri ilə bağlı müvafiq tapşırıqlarını verib.

SİZƏ MARAQLI OLA BİLƏR