Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

ELM. TƏHSİL

Bildiriş: "Azərbaycan-Türkiyə ədəbi əlaqələri kontekstində M.A.Ərsoy fenomeni" mövzusunda mühazirə

24-04-2024 [ 14:57 ] [ oxunub:130 ]
printerA+ | A-
25 aprel 2024-cü il saat 11:00-da fil.e.d.dos.Eşqanə Babayevanın doktorant vıə dissertantlar üçün "Azərbaycan-Türkiyə ədəbi əlaqələri kontekstində M.A.Ərsoy fenomeni" mövzusunda mühazirəsi olacaq. Mühazirədə türk istiqlal şairi Mehmet Akif Ərsoyun ədəbi şəxsiyyəti, və yaradıcılığının əsas xüsusiyyətlərinə nəzər salınacaq. Şairin türk ictimai mühitində və ümumtürk ədəbiyyatındakı mövqeyi işıqlandırılacaq. M.A.Ərsoy poeziyası Azərbaycan şairləri ilə müqayisəli təhlil olunacaq. Mehmet Akif və Əhməd Cavad, Hüseyn Cavid, Şəhriyar, Bəxtiyar Vahabzadə və b. Azərbaycan şairlərinin yaradıcılıqları arasındaı paraleliklər aparılacaq,  səsləşən məqamlar diqqətə çatdırılacaqdır.  

SİZƏ MARAQLI OLA BİLƏR