Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

ELM. TƏHSİL

Doktorant və dissertantların mühazirə həftələri davam edir

16-05-2024 [ 09:29 ] [ oxunub:49 ]
printerA+ | A-

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda hər həftə doktorant və dissertantlar üçün professor və alim heyətinin mühazirələri keçirilir. Mühazirələrdə Ədəbiyyat institutunda təcrübə keçən ayrı-ayrı universitetlərin tələbələri də iştirak edirlər.

Aprel ayı ərzində aşağıda göstərilən mövzularda mühazirələr keçirilmişdir:

- 03.04.2024-cü ildə fil.e.d., prof. Tahirə Məmmədin “Bədii mətnin təhlili texnologiyası”,

- 04.04.2024-cü ildə fil.f.d., dos. Aygün Bağırlının “Uşaq ədəbiyyatının müasir problemləri”,

- 18.04.2024-cü ildə fil.e.d. Abid Tahirlinin “Nağı Şeyx Zamanlı irsində tarixi şəxsiyyətlər”,

- 25 aprel 2024-cü ildə fil.f.d., dos. Eşqanə Babayevanın “Azərbaycan – Türkiyə ədəbi əlaqələri kontekstində Mehmet Akif Ərsoy fenomeni” 

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR