Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AÇAR SÖZLƏR

Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı

18-02-2018 [ 17:59 ] [ oxunub:226 ]
printerA+ | A-

Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı

Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı

Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra yaranmışdır. 1990-cı illərdən başlayaraq bu günümüzə qədər mövcud olan ədəbiyyatdır. Əsas mövzuları və ideyaları müstəqil dövlət quruculuğu, milli atributlar, ana dili, vətən, Milli Ordu, istiqlal, azadlıq, vətənpərvərlik, vətəndaşlıq, milli şüur və milli məfkurə məsələlərinin təbliği, cəmiyyətdə baş verən ictimai nöqsanların tənqidi, xarici siyasi düşmənlərin və daxili təxribatçı qüvvələrin ifşası ilə bağlıdır. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı çox metodlu yaradıcılıq imkanlarına əsaslanır. Yeni ədəbi cərəyanları, milli və bəşəri formaları əhatə edir, Avropanın sənət dəyərlərini istisna etmir. İsa Hüseynov, İsmayıl Şıxlı, Nəriman Həsənzadə, Zəlimxan Yaqub, Kamal Abdulla, Sabir Rüstəmxanlı, Yusif və Vaqif Səmədoğullar, İlqar Fəhmi, Həmid Herisçi, Murad Köhnəqala, Rasim Qaraca, Xanəmir, Əjdər Ol, Nərmin Kamal və başqaları müstəqillik dövrü ədəbiyyatının nümayəndələrindəndir.          Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının poeziya, nəsr, dramaturgiya və ədəbi tənqid sahələri öyrənilmiş və 2 cilddə “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabı çap olunmuşdur. 

Poeziya, nəsr, dramaturgiya, tənqid və ədəbiyyatşünaslığı  əhatə edir.

B.Vahabzadə, X.R.Ulutürk, M.Araz, S.Tahir, N.Həsənzadə, S.Rüstəmxanlı, R.Rövşən, R.Behrudi və başqalarının  milli azadlıq uğrunda mübarizəsi və istiqlal şeirləri güclü olmuşdur.

Barat Vüsal, Səlim Babullaoğlu, Əlisəmid Kür, Zahir Əzəmət, Nisəbəyim, Salam, Əlizadə Nuri, Hikmət Məlikzadə, Rasim Qaraca, Zahid Qaratorpaq, Murad Köhnəqala və başqalarının şeirlərində milli müstəqillik ideyaları təzahür etmişdir.

Nəsr sahəsində İ.Şıxlı, S.Əhmədli, Ç.Hüseynov, Ə.Cəfərzadə, Ə.Əmirli, Y.Səmədoğlu, A.Rəhimov, K.Abdulla və başqalarının yaradıcılığında mövzu, ideya-məzmun və üslub fərdiliyi güclü olmuşdur.

B.Vahabzadənin “Özümüzü kəsən qılınc”, N.Həsənzadənin “Pompeyin Qafqaza yürüşü”, İ.Əfəndiyevin “Hökmdar və qızı”, A.Rəhimovun “Canavar balası”, “Haray”, “Xəyanət”, Ə.Əmirlinin “Messenat”, “Varlı qadın”, F.Mustafanın “Tıxac”, K.Abdullanın “Ruh” pyeslərində tarixlə müasirlik güclü təzahür etmiş, 1990-cı illər faciələrimizin bədii əksi və erməni xəyanətlərinin ifşası göstərilmişdir.

Müstəqillik dövründə “Azərbaycan mühacirət ədəbiyyatı”, “Ədəbi-nəzəri fikir iki əsrin qovuşağında”, “Milli-mənəvi dəyərlər və ədəbi-bədii irs”, “XX əsr Azərbaycan ədəbiyyatı məsələləri”, “Humanitar elmlərin müasir durumu və ədəbiyyatşünaslığın  nəzəri-metodoloji məsələləri”, “Azərbaycan xalqının milli özünütəsdiqində ədəbiyyat və mədəniyyətin yeri” və s. kitablar çap olunmuşdur.