Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Elmi-yardımçı qurumlar

Elmi informasiya və tərcümə

16-01-2015 [ 12:38 ] [ oxunub:384 ]
printerA+ | A-
Əlaqə( 994 12) 510 18 02
Emailzakiraalieva@rambler.ru
Şöbənin müdiriZakirə İmamverdi qızı Əliyeva - filologiya üzrə fəlsəfə doktoru
İşçilərin ümumi sayı

6

Şöbənin yaranma tarixi

2000-ci ildə AMEA Rəyasət Heyətinin “İnternet-intellekt” Nəzəri-Eksperimental laboratoriyası bazası kimi təşkil edilmişdir.

2001-ci ildən “Elmi informasiya və biblioqrafiya”,

2013-cü ildən “Elmi informasiya və tərcümə” adı ilə fəaliyyət göstərir.

Şöbə filoloji  tədqiqatların informasiya təminatı və   ədəbiyyatşünaslığa dair informasiya  resurslarının istehsalı, təşkil  edilməsi və təbliği istiqamətləri üzrə, www.literature.az saytı vasitəsilə informasiya yayımını təmin edən tədbirlər kompleksi həyata keçirir.

Şöbə 2018-ci ildə (hesabat)

Rəhbərlik etmiş alimləriFilologiya üzrə fəlsəfə doktoru, dosent Əmin Tahir oğlu Əfəndiyev
Şöbədə işləmiş tanınmış alimlər 
Əsas fəaliyyət istiqamətləri
  • İnformasiya cəmiyyəti quruculuğunun müasir tələbləi səviyyəsində  informasiya-kommunikasiya texnologiyalarına əsaslanan elmi-təcrübi fəaliyyət proseslərinin təşkili və inkişafı;
  • Azərbaycan ədəbiyyatı tarixi, ədəbiyyatşünaslıq, ədəbi tənqid və komparavistika elmi istiqamətləri üzrə elektron məlumat bazalarının təşəkkülü;
  •  filololoji tədqiqatlar sahəsində informasiyalaşdırma proseslərinin öyrənilməsi və yeniliklərin tətbiqi, bu istiqamətdə görülən işlərin təşkili və inkişaf etdirilməsi;
  • literature.az saytı üzrə işlər: ədəbiyyatşünaslıq, ədəbi tənqid, filoloji tədqiqatlar və s.  dair ənənəvi və elektron resursların toplanması, analitik təhlili və təbliği (resursların formatlaşdırılması, redaktəsi və istifadəyə təqdim edilməsi, proqram təminatı, texnoloji proseslər və s.);
  • Biblioqrafik göstəricilərin nəşri, axtarış-məlu­mat xarakterli tövsiyə vəsaitlərinin tərtibi.
  • Əlamətdar və tarixi günlər, İnstitutda keçirilən tədbirlər - elmi konfrans, seminar, müşavirə  və s. mövzularına həsr olunmuş e-təqdimatların hazırlanması;
  • Tədqiqat mövzularına görə informasiya resurslarının (həm ənənəvi, həm də İnternet) axtarılması, izlənilməsi, toplanması, sistemləşdirilməsi, tərcüməsi, əməkdaşların məlumat­landırıl­ması və s. sahəsində fəaliyyət;
  • Azərbaycanda filologiya profilli şəbəkə resurslarının təhlili, monitorinqi, qiymətləndirilməsi və kataloqlaşdırma;
  • İnstitut üzrə İKT sahəsində məsləhət və yardım mərkəzi funksiyası;
 Nəşrlər
  1. “Ədəbiyyat məcmuəsi”-70: biblioqrafik göstərici (1946-2016). – Bakı: Elm və təhsil, 2016. -  160 s.
  2. Nizami adına Ədəbiyyat İnstitutu Biblioqrafik göstərici- 2013.– Bakı: Elm və təhsil, 2015. – 228 s.
  3. Nizami adına Ədəbiyyat İnstitutunun nəşrləri.  Kitablar. –  Bakı: Elm və təhsil, 2013. -  360 s.
  4. Nizami adına Ədəbiyyat İnstitutu Biblioqrafik göstərici- 2014. – Bakı: Elm və təhsil, 2015. – 270 s.
  5. Nizami adına Ədəbiyyat İnstitutu Biblioqrafik göstərici- 2015. – Bakı: Elm və təhsil, 364 s.
  6.  Azərbaycan Respublikasının tarixi (1991-2016): tarixi-biblioqrafik araşdırma (1535 mənbə). – Bakı: Azərbaycan Tarixçiləri İctimai Birliyi, 2016. – 372 s.
  7. “Ədəbiyyat qəzeti”: biblioqrafiya. I cild. 1934-1964. – Bakı: Təhsil, 2014. – 638 s.
  8. “Azərbaycan-80” (Dərgi( biblioqrafik göstərici. (1923-2003). – Bakı: Çinar-Çap, 2004. – 544 s.
  9. Mirzə Fətəli Axundzadə-200. Biblioqrafik göstərici. - Bakı: Elm və təhsil, 2012. 
  10. Əmin Tahir oğlu Əfəndiyev. Bio-biblioqrafik məlumat kitabı. – Bakı: 2013, 157 s.
  11. Nizaməddin Şəmsizadə. Biblioqrafik göstərici. – Bakı: Elm, 2015. – 387 s.
  12. İslam Ağayev. Biblioqrafik göstərici. – Bakı: Elm, 2012. – 158 s.
  13. Həmid Araslı. Biblioqrafik göstərici. – Bakı: Elm, 2009. – 301 s.
Layihələr
  1. “Azərbaycan ədəbiyyatının tərcümə xəzinəsi” layihəsi - www.translit.az;
  2. Azərbaycan ədəbiyyatının elektron kitabxanası  layihəsi – www.gutenberg.aznet.org ;
  3. “Ədəbi yaddaşımızın “Ədəbiyyat qəzeti” (1934-2014)”layihəsi  – Birinci cildi (1934-1964-cü illər) nəşr edilmişdir.