Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Gəncə Bölməsində Akademik Həmid Araslının 115 illik yubileyinə həsr olunmuş respublika konfransı keçiriləcək

09-02-2024 [ 14:23 ] [ oxunub:480 ]
printerA+ | A-
104254

6 mart 2024-cü ildə AMEA-nın  Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin təşkilatçılığı ilə “Həmid Araslı və Azərbaycan ədəbiyyatşünaslığı” mövzusunda respublika elmi-praktiki konfransı keçiriləcək.

Konfransın bölmələri:

- Həmid Araslı və Azərbaycan ədəbiyyatı tarixi;

- Həmid Araslı və klassik ədəbi irs;

- Həmid Araslı və “Kitabi - Dədə Qorqud” dastanı;

- Həmid Araslının nizamişünaslıq fəaliyyəti;

- Həmid Araslının folklorşünaslıq fəaliyyəti;

- Həmid Araslının mətnşünaslıq fəaliyyəti;

- Həmid Araslı: Yaxın və Orta Şərq.

Tərtibat qaydaları:

-  Materiallar konfransın elmi istiqamətlərinə uyğun olaraq tərtib edilməlidir.

- Mətn Microsoft Word redaktorunda (Times New Roman) şriftilə - 12 ppt, sətirlərarası 1,15 intervalda, soldan-30 mm, sağdan-20 mm, yuxarıdan-20 mm, aşağıdan-20 mm olmaqla A4 formatda (210x297 mm) yığılmalıdır.

- Mətn sətirdən sətrə keçirilmədən yığılmalı, mətn daxilində olan şəkil, qrafik, cədvəllərin parametri sol və sağ kənardan 30 mm olmalıdır.

- Məqalənin mətni açar sözlər, xülasə və ədəbiyyat siyahısı daxil olmaqla 5-7 səhifə olmalıdır.

- Məruzənin adı böyük hərflərlə, qalın, şrift-12;

- Müəlliflərin adları - adi hərflərlə, qalın, şrift-12 (məruzəçinin adının altından xətt çəkilməlidir);

- Elm (təhsil) müəssisənin adı - adi hərflərlə, kursiv, şrift-12;

- Məruzəçinin e-mail ünvanı-şrift -12;

- Məqalə Azərbaycan dilində yazılarsa xülasə ingilis dilində;

- Məqalə ingilis dilində yazılarsa, xülasə Azərbaycan dilində;

- Məqalə rus, fars, ərəb dillərində yazılarsa, xülasə Azərbaycan və ingilis dillərində tələb olunur;

- Ədəbiyyat siyahısı əlifba ardıcıllığı ilə olmalı, AAK-nın tələblərinə uyğun tərtib edilməli, məqalədə istinadlar düz mötərizə daxilində verilməlidir (məs: [5, s.12]);

- Qeydiyyat forması və məruzələrin tezisləri müəssisə və ya təşkilat rəhbərinin imzaladığı məktubla birlikdə təqdim olunmalıdır;

- Məruzələr  elektron variantda e mail: aynurenagiyeva24@gmail.com ünvanına təqdim olunmalıdır;

-  Materialların qəbul olunması üçün son tarix: 25 fevral 2024-cü il.

Təqdim olunan məruzələr tələblərə cavab vermədiyi halda, konfransın proqramına daxil edilməyəcək. Məruzələrin məzmununa və təqdim edilən nəticələrə görə məsuliyyəti müəlliflərin özü daşıyır.

- Konfransın materialları PDF şəklində AMEA Gəncə Bölməsinin saytında yerləşdiriləcək.

Konfransın keçirilmə yeri: AZ 2000, Heydər Əliyev prospekti  419. AMEA Gəncə Bölməsi.

Əlaqə telefonu: (994 55)  795-44-85  

SİZƏ MARAQLI OLA BİLƏR