Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

ELM. TƏHSİL

Doktorant və dissertantların mühazirə həftələri davam edir

08-03-2024 [ 09:37 ] [ oxunub:391 ]
printerA+ | A-

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda hər həftənin IV günləri saat 16.00-da institutumuzun professor və alim heyətinin mühazirələri keçirilir. Doktorant və dissertantlar üçün nəzərdə tutulmuş mühazirələrdə institutumuzda təcrübə keçən tələbələrin iştirakları  üçün də şərait yaradılmışdır. Fevral ayı ərzində ümumilikdə 4 mühazirə keçirilmişdir.  
01.02.2024-cü ildə AMEA-nın müxbir üzvi Tehran Mustafayevin “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının parametrləri, mövzuları və tendensiyaları”, 08.02.2024-cü ildə fil.e.d., professor İmamverdi Həmidovun “Azərbaycan ərəbdilli ədəbiyyatı”, 15.02.2024-cü ildə  fil.e.d., professor Bədirxan Əhmədovun “Repressiya və ədəbiyyat: genezisi, xarakteri və ona yanaşmanın metodoloji aspektləri”, 22 fevral 2024-cü ildə fil.f.d., dos. Safura Quliyevanın “1920-60-cı illər Azərbaycan poeziyası” mövzusunda mühazirələri dinlənilmişdi.
                                         

XATIRLATMA
14.03.2024-cü ildə fil.f.d., dosent Zəhra Abdullayevanın “Nizami Gəncəvinin həyatı və yaradıcılığı” mövzusunda mühazirəsi keçiriləcəkdir.
Doktorant və dissertantların iştirakı vacibdir!

 

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR