Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Elmlər doktorları

Quliyeva Mahirə Həmid qızı

04-02-2017 [ 21:01 ] [ oxunub:295 ]
printerA+ | A-

Anadan olduğu yer: Azərbaycan Respublikası, Bakı şəhəri

Təvəllüdü: 13.05.1950 

Bitirdiyi ali təhsil müəssisəsi: S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti (Bakı Dövlət Universiteti)

Elmi dərəcəsi: Filologiya üzrə elmlər doktoru 

Elmi rütbəsi: Professor

Namizədlik (PhD) dissertasiyasının mövzusu: Əs-Səkkakinin “Miftəhul-ulum” əsəri (əlyazması) əsasında ərəb ədəbiyyatının nəzəri məsələləri 

-5718.01;  Dünya ədəbiyyatı

Doktorluq dissertasiyasının mövzusu: Klassik Şərq poetikası və Orta Əsrlər Azərbaycan ədəbiyyatı 

-5716.01; 5715.01;  Azərbaycan ədəbiyyatı; Ədəbiyyat nəzəriyyəsi

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: 180 (Azərbaycan, rus, ingilis, ərəb, polyak dillərində)

- xaricdə çıxmış elmi əsərlərinin sayı: 15

- beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı: 1 kitab, 2 məqalə

 Kadr hazırlığı: fəlsəfə doktorlarının sayı: 4

- elmlər doktorlarının sayı: 1

Əsas elmi nailiyyətləri: Azərbaycanda ilk dəfə olaraq ilkin qaynaqlar əsasında Şərq poetik sistemini (İlmul-bəlağət) tədqiq etmiş; 

- Klassik irsdə Qurandan istifadə poetikasını öyrənmiş; 

- Aşıq yaradıcılığında hər iki istiqamətin yerini müəyyənləşdirmişdir. 

Elmi əsərlərinin adları: 1. Klassik Şərq poetikası. Bakı:Yazıçı,1991.123 s.

2. Orta əsrin bədii təfəkkürü və klassik Azərbaycan Ədəbiyyatı (Füzuli yaradıcılığı əsasında). - Bakı: Ozan, 1996. - 160 s.

3. Klassik Şərq bəlağəti və Azərbaycan ədəbiyyatı. - Bakı: Ozan, 1999. – 320 s.

4. Quran bəlağəti və Azərbaycan ədəbiyyatı. - Bakı: Nafta-Press, 2008. -268 s.

5. Şərq poetikasının əsas kateqoriyaları. - Bakı, 2010. - 400 s.(dərslik)

6. Введение в классическое арабо-мусульманское литературоведение. - Bakı: - 2015.- 242 s.

7. Aşıq yaradıcılığı və dastanlar Şərq poetikası və islami dəyərlər baxımından. - Bakı: 2016. - 403 s. Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf fondunun dəstəyi ilə yazılmışdır.

8. Quran və Azərbaycan ədəbiyyatı (XIV-XVI əsrlər). - Bakı: 2016. - 303 s.

9. Azərbaycan ədəbiyyatı ərəb-müsəlman nəzəriyyəsi kontekstində. - Bakı: 2017. -552s.

10. Molla Pənah Vaqif irsi xalq yaradıcılığı ilə klassik poeziyanın qovşağında. - Bakı: 2018 - 216 s.

11. Введение в классическое арабо-мусульманское литературоведение. LAP LAMBERT Academic Publishing RU, 2018, 243 s. (Kitab Moldovadan gələn təklif əsasında təkrar nəşr edilmişdir.)

12. Yazdım ki, izim qalsın... (Mir Cəlal Paşayev haqqında “Ədəbiyyat” və «Мир литературы» qəzetlərində  dərc edilmiş məqalələr)

Redaktələr: 1. N.Göyüşov. Milli sənətin nəzəri təhlilinə giriş. - Bakı: Nurlan, 2016.- 292 s.

2. N.Göyüşov. Füzuli: Düşüncə və ruhun poetikası. - Bakı: 2012. -  454 s.

Siracəddin Hacının Nizami Gəncəviyə həsr etdiyi oncildliyin redaktəsi:

3....Həzrət Nizami Gəncəvinin yaradıcılığında peyğəmbərlik anlayışı və Həzrət Məhəmməd (s.a.s.) c. 3. - Bakı: 2009. - 383 s.

4. Həzrət Nizami Gəncəvinin Meracnamələrinin şərhi, c. 4. - Bakı 2010. - 767 s.

5. Həzrət Nizami Gəncəviyə görə, insan qəlbinin həqiqətləri c. 5. -  Bakı: 2012. - 504 s.

6. Həzrət Nizami Gəncəvinin “Sirlər xəzinəsi” dastanındakı V-IX məqalələrinin şərhi, c.7. - Bakı: 2014. - 596 s.

7. Həzrət Nizami Gəncəvinin “Sirlər xəzinəsi” dastanının şərhi (X-XIII məqalələr), c. 8. - Bakı: 2015. - 667 s.

8. Həzrət Nizami Gəncəvinin “Sirlər xəzinəsi” dastanı insanlığın ana yasasıdır. - Bakı: Nurlan, 2015. - 111 s.

9. Həzrət Nizami Gəncəvinin “Sirlər xəzinəsi” məsnəvisinin şərhi (XIV-XVII məqalələr), c.9. - Bakı: 2016. - 727 s.

10. Həzrət Nizami Gəncəvinin “Sirlər xəzinəsi” məsnəvisinin şərhi (XVIII-XX məqalələr), kitabın sonu, mədhiyyələr, kitabın yazılma səbəbi, söz, mənzum sözün mənsur sözdən üstünlüyü, tövhid, münacatlar, c. 10. -  Bakı: 2017. -  919 s.

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü: Nizami adına Ədəbiyyat İnstitutunun müdafiə və elmi şurasının üzvü;

Pedaqoji fəaliyyəti: Bakı Dövlət Universiteti: Ərəb ədəbiyyatı (rus bölümündə);

- Xüsusi kurs – Şərq nəzəri sistemi -15 il

- Azərbaycan Beynəlxalq Universiteti (ABU):

 Regionşünaslıq – 8 il

 Kafedra müdiri (5 il);

 Dekan (3 il)

 - AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Həmkarlar təşkilatının sədri (4,5 il) – 2006- 2010

- Azərbaycan İctimai-Siyasi Universiteti- 3 il 

- (AİSU) – Regionşünaslıq, Kafedra müdiri

Digər fəaliyyəti: Nəsimi rayon Qadınlar Şurasının üzvü

- Poetika. İzm jurnalının redaktə heyətinin üzvü

Təltif və mükafatları: 1. SSRİ Elmlər Akademiyasının gənc alimlərinin XVII konfransında “Əs-Səkkaki və onun “Miftəhul-ulum” əsəri” adlı məruzəsi fəxri fərman (Moskva 1998)

2. Misir Ərəb Respublikası tərəfindən Qahirə Universiteti Ərəb mədəniyyət bölməsinin Şəhadəti (2006)

3. “Mərhəmət elçisi” Azərbaycan elminin inkişafında mühüm xidmətlərinə görə “Elm fədaisi” fəxri diplomu  (Bakı, 2014)

4. AMEA Nizami adına Ədəbiyyat İnstitutunun “Ədəbiyyatşünaslıq elminin inkişafında xidmətlərinə və 2015-ci ildəki elmi fəaliyyətinə görə “İlin alimi” 

5. 2015-ci ildə AMEA Humanitar elmlər bölməsinin Azərbaycan Milli Akademiyasının 70 illik yubileyi münasibətilə Nizami adına Ədəbiyyat İnstitutunda çoxillik məhsuldar elmi fəaliyyətini nəzərə alaraq “Fəxri Fərman” 

6. Azərbaycan klassik ədəbiyyatının tədqiqi sahəsində çoxillik səmərəli elmi fəaliyyətinə görə "Xurşidbanu Natəvan" mükafatı .

7. Azərbaycan kütləvi informasiya vasitələri işçiləri Həmkarlar ittifaqı tərəfindən keçirilmiş rəy sorğusuna görə H.Əliyevin ideyalarının həyata keçməsindəki fəaliyyəti, vətənə və xalqa layiqli xidmətlərinə görə “İlin nüfuzlu ziyalısı” ali media mükafatı (Bakı-2017)

Əsas iş yeri və ünvanı: AMEA Nizami adına Ədəbiyyat İnstitutu, AZ1073, Bakı ş., Hüseyn Cavid prospekti, 115

Vəzifəsi: Baş elmi işçi, şöbə müdiri

Əlaqə: mobil tel. (+994 51) 5393454; ev tel. (+994 12) 4412592 

E-mai: mahirahamid@mail.ru 

SİZƏ MARAQLI OLA BİLƏR