Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Elmlər doktorları

Xəlilov Rahid Süleyman oğlu

04-02-2017 [ 21:00 ] [ oxunub:221 ]
printerA+ | A-

Anadan olduğu yer: Azərbaycan Respublikası, Masallı rayonu, Kəlbəhüseynli kəndi

Təvəllüdü: 13 avqust, 1954

Bitirdiyi ali təhsil müəssisəsi: Azərbaycan Dövlət Pedaqoji Universiteti

Elmi rütbəsi: Professor

Namizədlik (PhD) dissertasiyasının mövzusu: Müasir Azərbaycan fəlsəfi lirikası; 5716.01 - Azərbaycan ədəbiyyatı

Doktorluq dissertasiyasının mövzusu: Qloballaşma və harmoniya fəlsəfəsi; 7207.01 - Sosial fəlsəfə

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: 215

- xaricdə çıxmış elmi əsərlərinin sayı: 6

- beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı-1

Əsas elmi nailiyyətləri: Müasir Azərbaycan fəlsəfi poeziyasının tədqiqi - “Humanitariya metasistemi” təhsil layihəsi

- “Mədəniyyətlərin İpək Yolu” kulturoloji layihəsi

- Harmoniya fəlsəfəsinin sistemli tədqiqi

- Harmoniyanın universal prinsiplərinin təyin edilməsi

- Harmoniya fəlsəfəsinin bəşəriyyətin qlobal problemlərinin sistemli öyrənilməsinin metodoloji əsası kimi konstatasiyası

- Humanitar elmlər sistemində sivilizasiya hadisəsini öyrənən yeni elm sahəsinin – sivilizasiologiyanın nəzəri-konseptual istiqamətinin işlənməsi 

- Fəlsəfi-kulturoloji tədqiqatlarda qlobalistik-sivilizasioloji yanaşma prinsiplərinin əsaslandırılması -

Qlobal sivilizasiyaya doğru dünya inkişafının fəlsəfi paradiqmalarının işlənməsi – Planetar inkişafın diasinxroniya qanunauyğunluğunun konstatasiyası 

- Məkanca genişlənmə, zamanca intensivləşmə qanunauyğunluğunun konstatasiyası

- Şərq və Qərb sivilizasiyaları meqasisteminin işlənməsi

- Homouniversalizm konsepsiyasının irəli sürülməsi

- Türk sivilizasiyasının sistemli tədqiqi

- Müasir Azərbaycan tənqidinin sistemli tədqiqi 

- Heydər Əliyevin siyasi fəaliyyəti və irsinin qlobal siyasət kontekstində tədqiqi

Elmi əsərlərinin adları: 1. Müasir Azərbaycan fəlsəfi lirikası (rusca) Bakı: Elm, 1985

2. Rəsul Rza poeziyası. Bakı: Yazıçı, 1987

3. Qloballaşma çağında milli özünüdərketmə və geostrategiya. Bakı: Azərbaycan Milli Ensiklopediyası, 2002

4. Qloballaşma prosesində ABŞ-Türkiyə-Azərbaycan münasibətləri və buna Rusiyadakı fəlsəfi-politoloji yanaşma (türkcə) // 2023 futuroloji dergisi. -  Ankara: 2003. - dekabr.

5. Mədəniyyətlərin İpək Yolu: Azərbaycandan dünya məkanına. - Bakı: Təhsil, 2003

6. Mədəniyyət və Texnosivilizasiya. - Bakı: Azərbaycan Milli Ensiklopediyası, 2003

7. Qloballaşma və Türk sivilizasiyası. - Bakı: Çaşıoğlu, 2005

8. Qloballaşma və harmoniya fəlsəfəsi. - Bakı: Elm, 2005

9. İslam Şərqi və Qərb Renessansı mədəniyyətlərində harmoniya fəlsəfəsi (rusca) // Проблемы восточной философии, 2005-2006 - № 1-2

10. Sivilizasiologiya yeni elm sahəsi kimi (ingiliscə) // Азербайджан в мире, 2006. - № 1

11. Qloballaşma və Türk sivilizasiyası (ingiliscə) // Азербайджан в мире, 2006. - № 1

12. Kainat – Hüceyrə, Hüceyrə – Kainatdır. Bakı: Sabah, 2008

13. Qlobal sivilizasiyaya doğru dünya inkişafının paradiqmal düşünülməsi (ingiliscə) // Proceedings of the XXII World Congress of Philosophy. Social and Political Philosophy, 2008, Volume 50, p.321-330

14. Homouniversalizm // Third Global Civilization World Congress (Web Conference) (ingiliscə və çincə). http://www.opgc.net/cn/3rd/3rd_World_read2.htm

15. Avrasiyanın sivilizasiya təkamülündə türklər (ingiliscə) // Problems of Art and Culture. International Scientific Journal, Baku, 2009, №4 (30)

16. Esseistika. - Bakı: Avropa, 2009

17. Müasir Azərbaycan tənqidi. - Bakı: Elm, 2009

18. Həyat və düşüncə ritmləri. - Bakı: Çaşıoğlu, 2009

19. Ustad Rəsul Rza. Fəlsəfə və Poeziya: Dünya və Azərbaycan klassikasında onların vəhdəti. - Bakı: Letterpress, 2010

20. Harmoniya fəlsəfəsi və Yeni Dünya Nizamının prinsipləri (ingiliscə) // ICCEES VIII World Congress. Eurasia: Prospects for Wider Cooperation. Abstracts. 2010, July 26-31, Stockholm, Sweden, p.129

21. Heydər Əliyev və Azərbaycan-Dünya Münasibətləri: siyasətdən mədəniyyətədək. - Bakı: İdeal-Print, 2010

22. Homouniversalizm çoxsivilizasiyalı dünyanın inteqral ideyası kimi (ingiliscə) // International Journal of Arts and Sciences (IJAS), 2011, Vol. 4, No.23

23. Qloballaşma və müasir ədəbiyyatın fəlsəfi-estetik problemləri. - Bakı: Qoliaf Qrup, 2012

24. Dünya sisteminin harmonik inkişafına metafəlsəfi yanaşma (ingiliscə) / XXIII World Congress of Philosophy, Philosophy as İnquiry and Way of Life. Athens, 4 – 10 August, 2013, School of Philosophy, National & Kapodistrian University of Athens, Greece, p. 338

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü: Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun Dissertasiya Şurasının üzvü

- Azərbaycan Yazıçılar Birliyinin üzvü

- Fəlsəfə Cəmiyyətlərinin Beynəlxalq Federasiyasının üzvü

- Biokosmologiya Assosiasiyasının Təşkilat Komitəsinin (BKA, Rusiya) üzvü

-  Biokosmologiya Assosiasiyasının Asiya üzrə vitse-prezidenti

- “Biokosmologiya – neo-Aristotelizm” (“Biocosmology – neo-аristotelism”) jurnalının Redaksiya Heyətinin üzvü

Pedaqoji fəaliyyəti: Qərb Universiteti (2005-2007) Digər fəaliyyəti “Qlobalistika və Sivilizologiya” Elmi Araşdırmalar İctimai Birliyinin sədri

Təltif və mükafatları: Keçmiş SSRİ Təhsil Nazirliyinin medalı (1990)

-  Azərbaycan Respublikası Prezidentinin təqaüdü (2009)

Əsas iş yeri və ünvanı: Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu. AZ1143, Azərbaycan Respublikası, Bakı şəhəri, H.Cavid pr., 31

Vəzifəsi: “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” şöbəsinin baş elmi işçisi

Xidməti tel. +994 12 537 24 33; Mobil tel. +994 50 370 92 76; ev tel. +994 12 510 52 57

SİZƏ MARAQLI OLA BİLƏR