Görkəmli pedaqoq, şair, yazıçı Abdulla Şaiqin 1919-cu ildə orta məktəblər üçün hazırladığı "Türk çələngi" müntəxabatı Ədəbiyyat İnstitutunda yenidən nəşr olundu. Dərsliyin bu gün də aktuallığını nəzərə alıb latın qrafikasına transfoneliterasiya edən, lüğətini hazırlayan əməkdaşımız filologiya üzrə fəlsəfə doktoru, dosent Arzu Hacıyevaya təşəkkür edirəm. Qeyd edim ki, kitabda Ziya Göyalp, Hüseyn Cavid, Əhməd Cavad, Mehmet Əmin Yurdaqul kimi müəlliflərin əsərləri yer alıb.