Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

ELM. TƏHSİL

Ədəbiyyat İnstitutunun Elmi şurasının 2024-cü ildə ilk iclası keçirilib

16-01-2024 [ 10:20 ] [ oxunub:571 ]
printerA+ | A-
104208

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının 2024-cü ildə ilk iclası keçirilib. İclasda akademik Teymur Kərimli, akademik Gövhər Baxşəliyeva, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, elmi şuranın üzvləri, İnstitutun ayrı-ayrı şöbələrinin müdirləri, doktorant və dissertantlar iştirak ediblər. Elmi şuranı AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açıb.
təhqir olunması” məsələsinə toxunub. Mövzu ilə bağlı filologiya elmləri doktorları
Akademik İsa Həbibbəyli gündəlikdəki “AMEA alimlərinin Azərbaycan şairəsi Xurşidbanu Natəvanın Fransanın Evian-Le ban şəhərindəki abidəsinin Qəzənfər Paşayev, İslam Qəribli, Tahirə Məmməd və İnstitutun dissertantı Şəfa Qurbanova da fikirlərini bölüşüblər.
Akademik İsa Həbibbəyli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında 25 dekabr 2023-cü il tarixli Sərəncamı və qarşıda duran vəzifələr, “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamı və qarşıda duran vəzifələr, “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamı və qarşıda duran vəzifələrə dair kimi məsələləri diqqətə
çatdırıb, görüləcək işlərdən bəhs edib.
Filologiya elmləri doktoru Ataəmi Mirzəyev “Böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinin keçirilməsi haqqında” danışaraq planlaşdırılan nəşrlər haqqında bilgi verib.
Elmi şurada “Satirik şair Qasım bəy Zakirin 240 illik yubileyinin qeyd edilməsi haqqında”, “Şair Əli Tudənin 100 illik yubileyinin keçirilməsi barədə”, “Ədəbiyyatşünas alim Həmid Araslının 115 illik yubileyinin qeyd edilməsinə dair”, “İctimai xadim Əli bəy Hüseynzadənin 160 illik yubileyinin keçirilməsi haqqında” məsələr ətrafında da müzakirələr aparılıb.

Elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı “Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 2024-cü il üçün elmi tədqiqat işlərinin əhatəli planının təsdiq edilməsi haqqında”, “Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının 2024-cü il üçün İş planının müzakirəsi və təsdiqinə dair”, “Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 2024-cü il üçün “Tədbirlər planı”nın müzakirəsi və təsdiqi haqqında” məlumat verib.
Elmi şurada Təhsil şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Günay Qarayeva “Elmlər və fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantların attestasiyadan keçməsinə dair” və “İnstitutun doktorant və dissertantlarının 2024-cü il üçün fərdi iş planlarının təsdiqi haqqında” danışıb.

FOTO QALEREYA