Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

“TEKNOFEST Azərbaycan” festivalı AMEA-nın beynəlxalq qurumlarla əməkdaşlığına yeni üfüqlər açıb

31-05-2022 [ 10:45 ] [ oxunub:964 ]
A+ | A-

Bakının ev sahibliyi etdiyi “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı  uğurla başa çatıb.

Festivalın sonuncu günündə də Bakı Kristal Zalı və Dənizkənarı bulvarda ziyarətçi çoxluğu müşahidə olunub. Ziyarətçilər festival çərçivəsində təşkil olunan sərgilərə maraqla tamaşa edib, ən son texnologiyalarla yaxından tanış olublar.

Festivalın dördüncü günündə də AMEA üçün ayrılmış pavilyona ziyarətçi axını qeydə alınıb. Akademiyanın institut və təşkilatları, eləcə də AMEA-nın Yüksək Texnologiyalar Parkının stendlərində yer alan pilotsuz uçuş aparatları, Azərbaycanda ilk dəfə tətbiq olunan 3D holoqram texnologiyası, robotlar, süni intellekt sistemləri, müxtəlif yağlar, sürtkü materialları və digər innovativ layihələr ziyarətçilərin diqqətini cəlb edib.

Ümumiyyətlə, festival ərzində AMEA pavilyonunu ziyarət edən bir sıra dövlət qurumlarının nümayəndələri, Azərbaycan və Türkiyənin elm və təhsil qurumlarının əməkdaşları ilə səmərəli danışıqlar aparılıb, beynəlxalq əməkdaşlıqlar üçün yeni üfüqlər açılıb, əməkdaşlıq perspektivləri müəyyənləşdirilib.

Qeyd edək ki, festivalın sonuncu günündə ziyarətçilər həmçinin əyləncəli proqramları izləyib, Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin, eləcə də “Türk Ulduzları”, “SoloTürk” aerobika komandaları şahinlərinin göstərilərinin həyəcanını yaşayıblar.

https://science.gov.az

 

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR