Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

Homeland longing poetry - Mammad Aliyev

30-11-2023 [ 14:58 ] [ read:144 ]
printerA+ | A-
104016

When I read Ilham Mammadli's collection of poetry "I Promised My Life" (Baku-2023), I became acquainted with the poet's inner world, who had an exceedingly humble and simple intellectual existence. I followed in every detail the hopes and desires of a young guy who set out on his future route at a young age, as well as his past recollections... The majority of the poems in the collection are about the catastrophic events of the late 1980s and 1990s... This time, which was "rich" in blood and catastrophes for everyone, threw us all into an ocean of grief. The sliver of heaven that is Oguz province was snatched from us and handed to the enemy... Many individuals become elderly as a result of the Kalbajar catastrophe.

 

Dərd yaşadım bu illəri

Gah aqiləm, gah sərsəri.

Bu yolum Tanrı əsəri

Yolun sonumu? Gedirəm...

 

Şair isə təsəllisini şeirdə, sözdə tapır. Yurdun faciəsini, dərd-qəm yükünü sözlə ifadə edərək can yanğısının odunu, alovunu söndürür:

 

Gözümdən Arazlar sağıldı getdi.

Cənnət yurdum-yuvam dağıldı getdi.

İlham bir əfsanə, nağıldı, getdi

Daha gözləyən yox qəbirdən özgə.

 

Dərd, qəm yüklü söz  və misralar şairin yaradıcılığında xüsusi bir silsilə təşkil edir. Bədbinlik əhval-ruhiyyəsi bu dövr şeirlərində aparıcı mövqe tutur. Vətən torpağı işğal olunub, yüz minlərlə insan yer-yurdundan didərgin düşüb, insanların illər uzunu yığdığı dolanışığı, əmlakı talan olunmuş, bir parça çörəyə möhtac edilmişlər. Şair ürək ağrısı ilə bunları yad edir, Allaha şikayət edir, kömək istəyir... İlhamın qələmə aldığı "Gedirəm", "Dünya yaman dəyişib", "Gözləri", "Özgə", "Apardı", "Türk oğlu", "Belə yaşamaq yetər", "Yiyəsi ölən yurdum", "Yetmədim mənzil başına", "Göyçə ağrısı", "Allah", "Üşüyür", "Getdi", "Qalib", "Dağlara", "Bu tayda "qospodin",  o tayda "ağa", "Dərdim", "Bənövşə", "Lalə", "Nərgizim", "Bağışla Tanrım, bağışla", "Yaşamaq olmur", "Vardım haqqın sorağına", "Qardaş", "Ata", "Bir şair anası köçdü dünyadan" və s. kimi şeirlərində şairin çiyinlərində daşıdığı vətəndaş harayını, ahu-zarını görürük.

Xalq şeirinin müstəzad, gəraylı (şairlər nadir hallarda bu şeir formasına müraciət etmişlər) şəklində yazdığı "Apardı" şeiri özünün emosional-estetik tutumuna, sözün ilahi qüdrətinə, çoxmənalı qatlarına, dayaq olaraq yazmışdır:

 

Zirvələrdə doğulmuşdum,

Yollar alıb apardı.

Bir qayğısız uşaq idim,

İllər alıb apardı.

Bir gözələ könül verdim,

Tellər alıb apardı...

 

İlhamın şeirlərində bədbinlik daimi deyildir, keçicidir. O, yaxşı bilir ki, bu dağlardan Koroğlunun izi silinməyib, onun səsinin, nərəsinin əks-sədası çəkilməyib, misri qılınc qınında paslanmayıb. 

Vətən eşqi İlham Məmmədlinin yaradıcılığında Tanrı eşqi səviyyəsinə yüksələ bilmişdir. Vətən şair üçün Məkkə, Mədinədir. Kəlbəcər torpağı, Murov dağı onun Kəbəsidir. Böyük şair Nəsiminin bir beyti yadıma düşdü bu məqamda:

 

Kəbə eşqinə varanın sidqi niyaz olar, vəli

Mənzilə aqibət izər, kim ki, bu rah içindədir...

 

Kəlbəcəri bir an belə unuda bilməyən şair yatanda da üzünü qibləsi saydığı doğma yurd səmtinə çevirib yatır ki, bəlkə, Murov yuxusuna girsin... Murova dəfələrlə müraciət edən şair onu gözləri önündə canlandıraraq canlı, parlaq obrazını yaradır...

Şair təbiətlə insan kədərini, sonu görünməyən faciələrini qoşalaşdırır, yayın istisində üşüyür, bu üşütmə ocaqlardakı dilsiz alovları da üşüdür.

 

Yenə payız gəldi bizim dağlara

Obasız, ellərsiz Murov üşüyür.

Təhnalıq qorxusu sarıb canını

Saçlarına düşən qırov üşüyür.

 

Kəsilib karvanı, qayıtmaz olub,

Zaman yanğısını soyutmaz olub,

Gələn hər bahar da ovutmaz olub,

Hər qaya dibində bir ov üşüyür...

 

Ürəyində Kəlbəcər sidqi tutan şairin arzusu niyaz olacaq, ancaq otuz ildən sonra!.. O vaxta qədər ona uca Tanrıdan səbir, dözüm verilsin ki, o günləri görə bilsin. Axı şair ona verilmiş ömür payını qəm-qüssə ilə keçirməməlidir!..

Şairi faciələrə qərq edən təkcə vətənin ən gözəl, ən səfalı, yeraltı və yerüstü sərvətlərinin qarət olunub yadellilərə verilməsi deyildir, ona əzab verən işğal dövründə dəfələrlə üzləşdiyi ağır, cəzasız xəyanətlərdir. Dünya müharibələri tarixində, bəlkə də, analoqu olmayan xəyanətlərdir. Düşmənlə torpaq, kənd, şəhər, silah, hətta meyit alverinə girişənlər, vətənsiz vicdansızların qeyri-insani, müdhiş əməlləridir İlhamı sarsıdan!.. Onlardır şairin düşüncələrində xaosu yaradanlar, iblisə xidmət edənlər. Bu dəhşət idi. Gözlərimiz qarşısında baş verirdi. Yiyəsiz, təəssübkeşsiz qalmışdı millət!.. Görəsən, onları hansı ana doğmuşdu?.. Hansı torpağın üstündə  böyüyüb, onun çörəyindən yeyib suyundan içmişdi, havasını udmuşdur?.. Qarabağ müharibəsindəki xəyanətlər bəlkə heç dünya müharibələri tarixində olmamışdı!..

Bu xəyanətlər, Vətən həsrəti bir neçə nəsli qocaltdı. Ömür karvanını Vətən həsrəti ilə çəkib aparanlar daha çox oldu...  Xalqın ümidi qırılmışdı. İşğala son qoyulacaq, Vətənin azadlığı uğrunda Müqəddəs müharibə başlayacaqdı!.. O vaxt "gözün aydın şair qardaşım!" - deyib İlhamı təbrik edəcəkdik!..  

İlham Məmmədli Göyçə - Kəlbəcər ozan-aşıq mühitində doğulub boya-başa çatmışdır. Sazlı-sözlü bu diyarın yetirmələri Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Qurban  Ağdabanlı, Dədə Şəmşir sayılıb-seçilən məşhur el sənətkarlarından olmuşlar, xalqın qan yaddaşında  daşlaşmış, haqlarında xeyli rəvayət, dastan, poema və şeirlər yazılmışdır.

İlhamın şeirlərindəki saflıq, ahəng və musiqi, sözün yerli-yerində işlədilməsi, ana dilimizin şeiriyyət sirlərindən sənətkarlıqla, ustalıqla istifadə etməsi, həmin ənənələrə bağlılığını sübut edir. Onun şeirlərində Aşıq Alı müdrikliyi, Aşıq Ələsgər şeirinin ürəkləri oxşayan ahəng və musiqisini görə bilərik...

Sözlər, misra və qafiyələr Kəlbəcər dağlarının, çaylarının zümzüməsi kimi musiqili və ürəyə yatandır.

Onun sinəsi sözlə doludur. Bədii təsvir və tərənnümündə söz axtarmır, qafiyələri təbii olduğu qədər zəngindir.

 

Əgər nizamına san vermədisə,

Yolunda vuruşub qan vermədisə,

İlham səndən ötrü can vermədisə,

İndi necə çıxsın üzə, Nərgizim?

 

Alnıaçıq, üzügülər xalq içinə çıxmağa haqqın var, əziz şairimiz! Sən qanlı-qadalı illərin faciəsini çiyinlərində daşıyıb qələminlə mübarizə apardın. Dərd-qəm yükü səni əyib sındıra bilmədi!.. Gözün aydın, arzuların çin oldu!.. Sənin və hamımızın gözlədiyimiz Koroğlu milləti, ana yurdu yağı düşməndən təmizlədi, lap qəhrəmanlıq eposlarında olduğu kimi!.. Vaxt gələcək, zaman keçəcək bu gün müasirimiz olan, tez-tez gördüyümüz, səsini eşidib hər sözünü su kimi içib təskinlik tapdığımız, millətin qeyrətli oğlu, Ali Baş Komandamız, iki yüz illik işğala son qoyub, tarixin təkərini öz axarına salan İlham Əliyev haqqında tarixi-qəhrəmanlıq dastanları, roman-epopeyalar yazılacaq. O, dövrünün, zamanının tarixi şəxsiyyəti olsa da, epos, əfsanə qəhrəmanına çevriləcək.

Bu gün həyatımızın, bəlkə də, ən xoşbəxt günlərini yaşamaqla yenidən tikilib-bərpa edilən, cənnətə çevrilən yurdumuzun çiçəklənməsinin şahidi oluruq...

Səni bir daha vətənin azadlığa çıxması münasibətilə təbrik edir, daha böyük yaradıcılıq uğurları arzu edirik.

OTHER NEWS