Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

The poet whose poetry beats the pulse of time - Khalil Rza Ulutürk - Matanat Vahid

23-10-2023 [ 11:44 ] [ read:364 ]
printerA+ | A-
103853

,Khalil Rza Ulutürk is one of those who earned his signature and immortality with his belief and work. "When I felt the anchor of Oman in my chest, I believed that I am eternal", - these words of the poet are not baseless conclusions; it is an expression of belief that as long as you hear the love of the people, as long as you feel that you really deserve this love, it will be forever etched in your memory.

Many people are able to reflect their dreams in their art, but very few people have the strength to imitate what they created. In particular, crazy emotions and thoughts in poetry, calls, and a sense of boundless freedom in most cases do not find expression in the personality of the author. It is precisely because of this inconsistency that the reader often ignores the calls of the writer and poet, considering his bigotry about the homeland, the people, citizenship and self-sacrifice from the stands as empty noise.

Khalil Rza Ulutürk is one of the poets who realized his personality in poetry, and in his personality, his actions in literature, unlike many others. Khalil Rza Ulutürk, one of the best followers of the ideology of Turkism, Azerbaijanism and independence in our literature, who did not hesitate to convey his opinion to his readers, sometimes openly, sometimes with subtle meanings, was also a social and political figure. His love for his homeland made him live a unique fate as a poet; He suffered a lot because of his love for Azerbaijan, attachment to national tradition and roots. While following the path of life, we witness that no prohibitions and privations scare him, cannot deter him from his ideals, on the contrary, he constantly fights for his truths.

For more:https://literature.az/?page=339&;newsId=118733&lang=aze

Gənc sovet şairi kimi fəaliyyətə başlamış, təxminən 45 il davam edən sənətkar ömründə son nəfəsədək yorulmaq bilmədən yazıb-yaratmış Xəlil Rzanın ilk şeirləri o vaxt ərsəyə gələn əsərlərdən məzmun və formaca bir o qədər də fərqlənmirdi. O da bir müddət kommunist ideyalarının tərənnümçüsü olmuşdu. Bu da təbiidir, axı "insanlar ata-analarından çox zəmanələrinin övladlarıdır." Şairin göz açıb gördüyü, böyüdüyü mühit, cəmiyyət bunu təlqin edirdi. O vaxtlar hələ "Xəlil Xəlilov" imzası ilə yazan şairin "Bahar gəlir" (1957) adlı ilk şeirlər kitabı altı siyasi-lirik şeirdən və "İyirmi altılar" poemasından ibarət idi. İyirmi altılar, oktyabr, Lenin təkcə Azərbaycanda yox, o zamanlar sovetlər ölkəsində tanınmış qələm sahiblərinin ən çox müraciət etdiyi mövzular idi. Kommunist ideologiyasını tərənnüm edən əsərlərində Xəlil Rza səmimi olaraq düşünüb hiss etdiklərini yazsa da, illər sonra o özünü buna görə çox qınayırdı. Lefortovo zindanında o vaxta qədər olub-keçənləri, yaşayıb-yaratdıqlarını götür-qoy edən şair yazırdı: "Universitet illərinə (1949-54) düşən gəncliyimdə, hələ xeyli sonralar da gör nə qədər qafil, kal və nadan olmuşam ki, "İyirmi altılar" poeması tipində əsərlər yazmışam, 1918-ci il mart döyüşlərində Bakı türklərini qanına bələyən Şaumyanı tərənnüm etmişəm. Ar olsun, Xəlil, səni dama nahaq basmayıblar."  

İllər keçdikcə Xəlil Rzanın şeirləri cilalanır, milli ideoloji əhəmiyyət kəsb edərək istiqlaliyyətə çağırış motivləri üzərində qurulur. Lakin onun yaradıcılığında bu cilalanma birdən-birə, mərhələdən-mərhələyə kəskin keçidlərlə baş verməyib. Hələ 1960-cı ildə "Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram", - deyə hayqıran şairin 1982-ci ildə nəşr etdirdiyi "Ömürdən uzun gecələr" kitabında "Üzvü olduğum kommunist ittifaqı partiyasına" epiqrafı iə verilmiş "Mən sənə bənzəyirəm" şeiri ənənəvi mövzuları davam etdirirdi. Lakin azadlıq, milli-istiqlaliyyət, ikiyə parçalanmış böyük Azərbaycanın birliyi ideyası şairi daim narahat etmiş, poeziyasının ana xəttini təşkil etmişdir. Bu baxımdan onun kiçik həcmli "Afrikanın səsi" şeiri ilk addım hesab oluna bilər.

 

Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram;

Qolumdakı zəncirləri qıram gərək! Qıram! Qıram!

Azadlığı istəmirəm bir həb kimi, dərman kimi;

İstəyirəm günəş kimi! Səma kimi!! Cahan kimi!!!

Çəkil! Çəkil, ey qəsbkar!

            Mən bu əsrin gur səsiyəm!

Gərək deyil sısqa bulaq!

            Mən ümmanlar təşnəsiyəm! 

 

Zahirən müstəmləkə altında olan Afrika ölkələrinin protesti kimi təqdim olunan bu şeir, əslində, vətənpərvər şairin sovet imperiyasına qarşı etirazının səsi idi. Odur ki, bu şeirə sonrakı illərdə kitablarında başqa adlarla - "Şairin səsi", "Azərbaycanın səsi", "Xalqımın səsi" , "Mənim səsim" başlıqları ilə yer verirdi. 

Ötən əsrin son iyirmi ilində yaradıcılığında türkçülük ideyalarının əks olunduğu sənətkarlardan biri, bəlkə də, birincisi Xəlil Rza idi. Həbs edilib təcridxanaya atıldığı gün özünə "Ulutürk" təxəllüsünü götürməsi də bu sevgisindən qaynaqlanırdı. Ulutürk poeziyasının özülünü milli dəyərlərə məhəbbət, hörmət və onların müdafiəsi, qorunması uğrunda mübarizə təşkil edir.

Dil xalqın yaddaşını və tarixini özündə birləşdirən ən qiymətli xəzinədir, milli varlığın daşıyıcısı, xalqın mövcudluğunun mənəvi pasportudur. Şeirlərində türklüyümüzə yüksək qiymət verdiyi kimi, dilimizi də daim əziz tutmuş, ana dilinin saflığı, təmizliyi uğrunda yorulmadan mübarizə aparmış şairin yaradıcılığından bu mövzu qırmızı xətt kimi keçir. X.Rza ana dilimizin mümkün qədər alınma sözlərdən təmizlənməsinə çalışmış və onların qarşılığı olaraq yeni sözlər işlətməyi təklif etmişdir. Onun hələ 1965-ci ildə qələmə aldığı "Adımız, soyadımız" poeması başdan-başa ana dilimizin başqa dillərin çox güclü təsiri altında olması məsələsinə həsr olunmuşdur. Şair bu əsərində şikayətlənir ki, şəxs adlarımızın böyük bir qismi, o cümlədən elə onun öz adı da ərəb dilindən gəlmədir. Müəllif poemada sırf öz dilimizə məxsus şəxs adları yaradan Cəfər Cabbarlını təqdir edir, millətin dilinin qeydinə qalan bu qiymətli sənətkarı təkcə elə bu xüsusiyyətinə görə dahi hesab etməyi doğru bilir və onun ruhu qarşısında baş əyir. Poemada müəllif özü də saysız-hesabsız türk mənşəli şəxs adları çəkir və övladlarımıza bu adlardan verməyi tövsiyə edir. Bundan əlavə, şairin "Laylam mənim, nərəm mənim", "Azərbaycan türkçəsi", "Xiyabani yurdunda" kimi şeirləri ana dilimizə qayğıkeş münasibətin parlaq təzahürünə çevrilmiş nümunələrdir. 

Vətənimizin taleyi mövzusu Xəlil Rza yaradıcılığında bir mərhələ və ya dövr deyil, onun bütün ədəbi fəaliyyəti boyu davam etmiş aparıcı mövzudur. 1989-cu ildə yazdığı "Davam edir 37..." adlı şeirinə görə X.R.Ulutürk M.F.Axundzadə mükafatına layiq görülmüşdür. Bu şeir postsovet məkanında azadlıq hərəkatının qızğın vaxtlarında qələmə alınıb. Şair xalqın tarixi yaddaşına nüfuz edərək çox da uzaq olmayan qaranlıq keçmişə işıq tutur, korşalmış yaddaşları silkələyib oyatmağa çalışır, "unuda bilmərik", - deyə hayqırır. Xəlil Rza sosial-siyasi hadisə və faktlara fərdi münasibət bildirərək Vətənin taleyini və xalqımıza dəyən maddi və mənəvi zərbələri ümumiləşdirir; milli sərvətimiz olan muğam, papaq və saza "daloy" deyərək rədd edənləri lənətləyir, bütün bu cinayətlərə zirvələrdən baxan saf, təmiz əqidə qulu olan repressiya qurbanlarını təqdir edir. Bunun dalınca xalqın şairi haray qoparır, milləti ayıltmağa çalışır ki, o qansızlar hələ də var, o əzab-əziyyətlər hələ də davam edir və xalqımızı bu haqsızlıqlara boyun əyməməyə, siyasi-ideoloji cəbhədə birliyə, əzmli və mübariz olmağa çağırır. 

 

Nə qədər ki, bir milləti yetmiş yerə bölənlər var,

Nə qədər ki, rütbə üçün, şöhrət üçün ölənlər var,

Nə qədər ki, kabineti, vəzifəni gözlərinə təpənlər var,

Tiranların yambızını bir az altdan öpənlər var,

Nə qədər ki, istedadı addım-addım pusanlar var,

Xalq dərdini hayqırmağın əvəzinə,

            əqrəb kimi susanlar var.

...Nə qədər ki, cəzasızdır

"Mən bu əsrin gur səsiyəm!.."  

Xankəndində evlər yıxan, ürək yıxan yırtıcılar,

Davam edir 37 - 

Daha kəskin, daha ciddi! 

 

X.R.Ulutürkün proqram şeirlərindən olan "Davam edir 37..."nin ən böyük uğuru  Stalin rejiminin xalqımızı məruz qoyduğu repressiyanı zamanın fövqünə qaldıraraq ümumbəşəri miqyasda mənalandırmasıdır. Şeirin poetik nailiyyəti göz önündədir və əsər öz qüvvəsini millətin sarsılmaz iradəsindən almışdır. Şairin təkcə "Davam edir 37..." şeiri yox, bu ad altında toplanaraq 1992-ci ildə geniş oxucu auditoriyasına təqdim olunan kitabındakı şeirlərin əksəriyyəti ədəbiyyatımızda siyasi lirikanın mükəmməl nümunələri hesab oluna bilər.

Azadlıq carçısı X.R.Ulutürk Qara Yanvar faciəsinə qədər və ondan sonra təşkil edilmiş mitinqlərdəki odlu çıxışlarına, müqəssirlərin cəzalanması və Vətənimizin düşmən qüvvələrdən təmizlənməsini tələb etdiyinə görə 1990-cı ilin 26 yanvar tarixində həbs olunmuşdu. Lakin düz 8 ay 13 gün Lefortovonun izolyatorunda saxlanılan şairin mübariz ruhu sarsılmamış, düşmənə qarşı daha kəskin və barışmaz mövqe tutmuşdur. Böyük şair hələ bir il öncə "Qorx ki, bir gün Vətən deyə: "Xəlil balam qurban getdi" - deyəndə də, ondan çox-çox əvvəllər də milli ideallar uğrunda mübarizəsinin onu zindana doğru apardığını hiss edirdi, amma bu yol onu əsla qorxutmur, öz mübarizəsindən çəkindirmirdi.

Ulutürkün zindan şeirləri Azərbaycan ədəbiyyatında "Həbsiyyə" adı ilə tanınmış Xaqani şeir ənənəsinin müasir ədəbiyyatda davamıdır. X.Rza həbsdə olarkən 2000 səhifədən artıq əsər yazmış, azadlığa çıxdıqdan sonra 197 şeirini çap etdirmişdir. Böyük şairin ağır məhbəs həyatının ən böyük fərəhi, sevinci qəlbini göynədən fikirləri ağ vərəqlər üzərinə köçürmək idi. Onun məhbəsdə belə, susmaq bilməyən ilhamının mənbəyi şairin ləyaqətindən, məhəbbətindən və dünyaya humanist münasibətindən qaynaqlanırdı. "Özüm kamerada, yarı canımsa bəşərin uğrunda mübarizədə", - deyən şairin zindan şeirlərinin mərkəzində hər zaman Azərbaycan obrazı dayanır, ruhunun sarsılmamasına Vətən məhəbbəti səbəb olur.

Ulutürkün yaradıcılığı təkcə ictimai lirika ilə məhdudlaşmır, sevgi mövzusunda da gözəl şeirləri var. Onun poeziyasının başlıca məziyyəti humanizm, insansevərlik, həyat uğrunda mübarizədir. Hər misrasını oxuduqca belə bir qənaətə gəlmək olar ki, bu şair bütün yaradıcılığı ilə daim döyüşmüş, inandığı yüksək ideallar uğrunda mübarizə aparmışdır. X.Rzanın lirik düşüncələrini əks etdirən fəlsəfi tutumlu şeirlərində lirik-psixoloji vüsət, mənalı fikirlər axını orijinal intonasiya çalarları ilə əyaniləşir.

Xəlil Rzanın lirikası xalqın iradəsinin tərcümanı səviyyəsinə yüksəlir. Şairin mənəvi gücü də ondadır ki, əsərlərindəki lirik "mən" tarixlə qırılmaz əlaqədədir və həyatda baş verən yeniliklər, sosial-ictimai dəyişikliklər qəhrəmanın daxilindəki keyfiyyət dəyişikliklərini şərtləndirir. Onun poeziyası hər bir xalqın istiqlaliyyət uğrunda mübarizəsi üçün nümunə ola bilər.  Xəlil Rza Ulutürkün yaradıcılığı yalnız Azərbaycan xalqının istiqlal məfkurəsi baxımından əhəmiyyətli deyil, ümumbəşəri xarakterlidir.

OTHER NEWS