Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

The image of Heydar Aliyev in literature: “Contract of the Century” - Tehran Alishanoglu

26-09-2023 [ 12:14 ] [ read:95 ]
printerA+ | A-
103705

On the novel "Three colors of blood" by Chingiz Abdullayev​

The "Contract of the Century" signed on September 20, 1994 was one of the most magnificent projects opened by the Great Leader Heydar Aliyev, the founder of modern Azerbaijan, on the path to independence and the bright tomorrow of modern Azerbaijan. But the historical facts and the difficult socio-political situation in the early 1990s show that it was not easy to implement this project, which has received a great name. It is also significant that the event of the conclusion of the "Contract of the Century", which once caused a great international resonance, was reflected in social and political literature as well as fiction; and not only in fiction-documentary prose, but also in detective literature. The placement of the topic in the detective genre was important in terms of the Redemption mission of Great Leader Heydar Aliyev, his magnificent image echoing in the hearts of a wider readership.

The famous detective master Chingiz Abdullayev's novel "The Three Colors of Blood" (Baku, "Azerbaijan" publishing house, 2001) shows how Great Leader Heydar Aliyev faced great obstacles and even death threats on the way to the "Contract of the Century". .A.) we meet.

In the fable of the novel, one of the important factors in the creation of the "Contract of the Century" is the determination of the route of oil to Europe. Two proposals come to mind: the construction of the existing Novorossiyk route through Russia, or the construction of the new Baku-Ceyhan oil pipeline through Georgia and Turkey? Azerbaijani President Heydar Aliyev definitely sees the path to political independence in the second option and is preparing to sign an agreement with Georgian President Eduard Shevardnadze. The detective novel takes its theme from the secret and invisible, amazing stories that revolve around the contract that will be signed in Baku on June 12.

Sovet İttifaqı dağılandan sonra Qafqaz respublikalarında qeyri-sabitlik, qarışıqlıq olmasında maraqlı müəyyən Qərb dairələri müqavilə mərasimini pozmaq, hər iki respublikanın prezidentini eyni zamanda aradan götürmək niyyətilə dörd ay əvvəldən muzdlu qatil tuturlar. Seçim - keçmiş SSRİ DTK-nın podpolkovniki, Almaniyada mühacirətdə yaşayan Yozas Qruodisin üzərində dayanır. Sui-qəsd hazırlığından xəbər tutan Rusiyanın federal təhlükəsizlik xidməti bu barədə respublika başçılarını xəbərdar etməklə yanaşı, Rusiya prezidentinin icazəsi ilə həmçinin həmin əməliyyat planını pozmağa çalışır. Çünki özünün Çeçenistan problemi olan Rusiya, cənubundakı respublikalarda iğtişaşın olmasında maraqlı deyil. Bununla belə, Rusiyanın neft maqnatlarının mənafeyinə toxunan kontraktı pozmağa çalışan qüvvələr burda da var və daim təhlükəsizlik xidmətinin işinə mane olmağa, onu geri çağırmağa çalışırlar.

Rusiya təhlükəsizlik xidməti Qruodisə və onun keçmiş DTK əməkdaşlarından ibarət peşəkarlar dəstəsinə qarşı, başqa bir peşəkarı - sabiq çekist, müstəqil ekspert kimi çalışan Dronqonu əməliyyata cəlb edir. Dronqo - Çingiz Abdullayevin detektiv romanlarının baş qəhrəmanıdır, onun görünməsi gərgin münaqişə, çoxlu intriqa və macəralı əhvalatlar, başlıcası sonu qələbə ilə bitəcək xoş ovqat vəd edir. "Qanın üç rəngi" - ağ, qara, qırmızıdan ibarət romanda Dronqo Qruodisin böyük hiyləgərliklə hazırladığı dolambacları Almaniyada, İstanbulda, Moskvada, Bakıda bircə-bircə dəf edərək, Gülüstan sarayında imzalanma mərasimində qəsdin üstünü açır və hətta təyyarə ilə qaçmağa nail olan terrorçuları təqib edərək sıradan çıxara bilir.

Macəraların fonunda, Çingiz Abdullayev yaradıcılığına xas olaraq, müəyyən ciddi problemlərə də diqqət cəlb olunur. Sovet İttifaqının dağılması ilə bir çox sabiq qurumlar içərisində DTK-nın da keçmiş əməkdaşlarının işsiz qalması, cinayətkar dəstələrə qoşulması, muzdlu qatillərə çevrilməsi; əksinə, əqidəli DTK işçilərinin özünə, vicdanına sadiq qalması, vətənə xəyanət etməməsi və s. belə problemlərdəndir. Bakı neftinin tarixi fonunda şəhərin XIX və XX əsrlərdə inkişaf mənzərələri, İttifaqın dağılması və Qarabağ münaqişəsi nəticəsində 1990-cı illərdəki acınacaqlı lövhələri, kosmopolit və etnikləşmiş Bakı, dağılmış və 1993-cü ildən sonra dirçəlməkdə olan Bakı, beynəlxalq kapitalın diqqət mərkəzində olan Azərbaycan paytaxtı və s. məqamlar roman konfliktinin gərginləşməsini şərtləndirən təfərrüatlardır.

Romanda bilavasitə Heydər Əliyevin də obrazını görürük; həm təhkiyəçinin dilindən siyasi bioqrafiyası ilə tanış olur, həm də müəyyən epizodlarda hadisənin içində personaj kimi rastlaşırıq. Heydər Əliyevin siyasi karyerası bizə bədii-sənədli materiallardan artıq yaxşı tanışdır; eynən romanda da yığcam təhkiyədə verilir, fərq burasındadır ki, müəllif "hər iki prezidentin - Heydər Əliyevin və Eduard Şevardnadzenin çox unikal həyat yolu"na paralel şəkildə, birbaşa müqayisələrdə nəzər yetirməyi qərara alır. Və ən önəmlisi, "Dağılmış imperiyanın iki aparıcı siyasətçisinin bu rütbəyə gəlib çatmasının oxşarlığını, bu yolda özünü göstərən bəzi qanunauyğunluqları və təkrar olunan təsadüfləri nəzərə alanda" (s. 149-150) yazıçının uğurlu üsul seçdiyi bəlli olur.

Prezidentlərin siyasi portretləri hadisələrin haşiyəsində, hadisələr gərginləşdikcə, Gülüstan sarayındakı sui-qəsdə yaxınlaşdıqca, ayrıca monoloqlar - "monoloq 1", "monoloq 2" və "monoloq 3" formatında təqdim olunur. Və hər monoloq  siyasi bioqrafiyanın bir mərhələsinə həsr olunur: respublikada həddini aşmış rüşvətxorluqla mübarizə dalğasında yüksəliş; Siyasi Büroya yüksəlmə, süqut və Moskva ilə mübarizə dövrü: "Heydər Əliyev isə pensiyaya çıxdıqdan sonra fürsətdən istifadə edib, üzvlərinin təxminən üçdə birinin öz tərkibindən çıxarılması barədə "tarixi" qərar qəbul edən Sov.İKP MK plenumunun tribunasına qalxaraq qətiyyətlə özünün günahsız olmasını bəyan edir. Əliyev ucadan bildirir: Mənim ünvanıma deyilən ittihamların hamısı uydurmadır. Onların real faktlarla heç bir əlaqəsi yoxdur". Əslində bu, meydan oxumaq idi. Qorbaçova, onun Qafqazda yeritdiyi bütün siyasətə meydan oxumaq..." (s. 216).

Ən nəhayət, "saysız-hesabsız düşmənlərinin bəyənmədiyi, lənətlədiyi, qəbul etmədiyi, bağışlamadığı, tərəfdarlarının isə hörmət etdiyi bu adamlar öz vətənlərinin xilaskarı olmaq" üçün  xalqın inamı sayəsində yenidən siyasi arenaya qayıdır: "Onların hər ikisi keçmiş uğursuzluqların və səhvlərin, eləcə də məyusluq və məğlubiyyətlərin bütün yükünü öz çiyinlərində daşıyırlar. Onlar qalxdıqları zirvədən aşağı yuvarlanmağın sarsıntılarını artıq bir dəfə yaşamışlar. Onlar qeyri-mümkünü mümkün edə bildilər. İkinci dəfə həmin zirvəyə qalxdılar..." (s. 229-230)

Mətin xarakterə malik siyasi liderlərin romanda cərəyan edən hadisələrə birbaşa reaksiyaları da müəllifin ricətləri - monoloqlarının bir daha təsdiqi olur. Azərbaycan və Gürcüstan prezidentləri sui-qəsd təhlükəsindən xəbər tutsalar da, kontraktı təxirə salmaq fikrinə düşmürlər. Çünki hər iki respublikanın uğraşdığı Qarabağ və Abxaziya problemlərinin fonunda davam edən müharibə şəraitində Qafqaza ictimai-siyasi və iqtisadi sabitlik durumu vəd edən bu müqavilənin olduqca vacib və təxirəsalınmaz olduğunu böyük uzaqgörənliklə dərk edirlər.

Romanda Heydər Əliyev surətini ilk dəfə təhlükəsizlik tədbirləri ilə bağlı Azərbaycan, Gürcüstan, Rusiya təhlükəsizlik əməkdaşlarının iştirakı ilə keçirdiyi müşavirədə görürük. Ciddi-təmkinli davranışı ilə o, nəinki ölkəsini təhlükə gözləyən prezidentin real qayğılarını dürüst ifadə edir, eləcə də peşəkar münasibəti ilə sui-qəsdin aradan qaldırılmasına birbaşa istiqamət verir. Konkret və dəqiq sualları, müsahibini sonacan dinləmək bacarığı, sərt və ya toxdaq reaksiyaları, polemik məqamlara aydınlıq gətirməsi, fərziyyə və tövsiyələri ilə Heydər Əliyev yalnız mütəxəssisləri heyrətləndirməklə qalmır, eyni zamanda oxucunun təsəvvüründə ölkəsinə tam sahib, onun dərdlərinə əlac tapacaq qüdrətli siyasi rəhbər obrazını canlandırır.

Ən gərgin anlar prezidentlərin "Gülüstan" sarayında ziyafətdə yanaşı oturub söhbətləşdiyi məqamlarda baş verir. Məlum olur ki, qatillər partladıcı qurğunu ustalıqla prezidentlərin qarşısındakı üç güldana quraşdıra bilmişlər. Qatil ölkənin büdcəsinə, banka daxil olmuş on milyon manatı tələb edərək, əks halda qurğunu işə salacağı ilə hədələyir. Dronqo və həmkarları Qruodisin başçılıq etdiyi cinayətkarların yerini müəyyən edib, zərərsizləşdirməyə çalışdıqları müddətdə Azərbaycan prezidenti Heydər Əliyev və Gürcüstan prezidenti Eduard Şevardnadze heç nə olmayıbmış kimi oturub öz aralarında olub-keçəni yada salır, dərdləşirlər. Müəllif bu zaman hər iki prezidentin dəyanətinə, qorxmazlığına, xalq yolunda, ölkələrinin gələcəyi naminə fədakarlığına diqqət çəkir.

Belə bir anda Heydər Əliyev hətta "30 ildən bəri tanıdığı, bir yerdə işlədiyi" Eduard Şevardnadzeni qınamağa da məqam tapır: "-...O vaxt Qorbaçov mənim Siyasi Bürodan getməyimi təkid edəndə, sən niyə etiraz etmədin? Axı sən onunla şəxsən dost idin. Bunu ona deyə bilərdin". Şevardnadze çiyinlərini çəkdi: "-Deyə bilməzdim. O artıq heç kəsə qulaq asmırdı. Mən "gedəndə" heç mənimlə danışmaq belə istəmədi..." Şevardnadze birdən dedi: "-Biz bilmirdik ki, hər şey bu cür qurtaracaq". Əliyev onun gözlərinə baxdı. Bu, nə idi? Səhvlərin gecikmiş etirafımı? Şevardnazenin özünün də liderlərindən biri olduğu böyük bir dövlətin itkisindən doğan kədərmi? Yoxsa Osetiya və Abxaziyadakı qanlı iğtişaşlarmı?...". (s. 223) Bütün bu səhnələrdə biz keçmiş imperiyanı və onun başında duranları ittiham etməkdə davam edən inamlı Azərbaycan liderini görürük. Onun bəlkə bir an sonra baş verəcək ölümün özündən də qüdrətli, uca, əyilməz obrazı ilə üzləşirik. Sanki zaman da, cərəyan edən hadisələr də onun əlindədir; qalib gələcəyinə tam əmindir!        

Romanın son səhnəsində Dronqonu qəbul edən, işini dəyərləndirən Azərbaycan Prezidentinin qüdrətinə, sarsılmaz  inamına bir daha şahid oluruq. "-Həmişə düşünmüşəm ki, əgər sui-qəsd baş tutsaydı, ertəsi gün bu respublikanın, bu xalqın başına, görəsən, nə gələrdi? Təxminən Gürcüstan barədə də bu cür düşünmüşəm..." - deyə etriaf edən əsərin qəhrəmanı Dronqo "bu dəfə prezidentin baxışlarına tab gətirə bilməyib, gözlərini birinci çəkməli olur" (s. 272) Ulu Öndərin qələbəyə inamı sarsılmazdır!

OTHER NEWS