Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

Notes on the aesthetics of romanticism in literature (Mir Jalal – 115) - Alizade Asgarli

06-06-2023 [ 12:20 ] [ read:86 ]
printerA+ | A-
103466

Mir Jalal Pashayev (April 26, 1908 – September 28, 1978) is one of the prominent representatives of the Azerbaijani literary and social thought of the 20th century. He is a teacher, writer, literary critic-scientist, pedagogue and public figure.

Margin: Mir Jalal is from the Andebil region of South Azerbaijan. He studied at Ganja darulmuallim in 1924-1928. He taught at Gadabey's 7-year school. In 1929-1930, he worked as a director in city school No. 1. In 1930, he continued his education at the language and literature faculty of the Kazan Pedagogical Institute, and in the years 1932-1935 at the post-graduate course of the Azerbaijan State Scientific Research Institute. In 1932, he worked in the newspapers "Communist" and "Ganj tsari". His first book "Saglam yolarda" was published. In 1933, he worked as a junior researcher in the Social Sciences Department of the Azerbaijan branch of the Transcaucasia branch of the USSR. In 1936-1941, V.I. He was a teacher at the Academy of Sciences named after Lenin and at the ASU named after S. M. Kirov. In 1940, he defended his candidate's thesis on "Poetic features of Fuzulin". In 1944-1960, he was the head of the Soviet literature department of the Azerbaijan branch of the USSR EA Institute of Literature and Language, and was an associate professor at the department of Azerbaijani literature of S. M. Kirov ASU. In 1947, he received a doctorate degree for his doctoral dissertation on "Literary schools in Azerbaijan (1905-1917). In 1948, he was elected a professor of ASU. In 1954, 1959, 1967, he participated in the II, III and IV Congress of Writers of the USSR. In 1958, on the occasion of his 50th birthday, he was awarded the Order of Honor and the Order of Advanced Educator. In 1961, he was the head of the department of Azerbaijani literature of S. M. Kirov ASU. He was awarded the "Red Banner of Labor" order. In 1978, he received the "October Revolution" Order...

        Mir Jalal taught at Baku State University since 1937, wrote literary-theoretical articles, dissertations and monographs in the fields of literary studies, compiled textbooks, teaching aids and educational programs. He wrote "Romanticism in literature /literary-critical notes/" (1928, 1929), "Poetic characteristics of Fuzuli" (1940), "Fuzuli's art" (1958), "Literary schools in Azerbaijan"/1905-1917/(1947), " Jalil is the author of "On Realism of Mammadguluzade" (1966), "Classics and Moderns" (1973), "20th Century Azerbaijani Literature" (1982), "Basics of Literary Studies" (1988).

          The valuable research work of the famous scientist "Romanticism in literature (literary-critical notes)" was obtained from the gold fund of the National Library. This scientific text was published as a book in Azerbaijani, Arabic and [1] English languages (Baku, 2022, 144 p.). The compiler and author of the foreword of the publication is professor Karim Tahirov, scientific editor and advisor academician Nizami Jafarov, transliterator from Arabic graphics, author of notes and dictionary professor Asif Rustamli, translators are professor Sara Osmanli (from Russian), professor Ahmed Sami Elaydi (from Arabic) and Ilaha Abdullayeva (from English).

Mir Cəlal əsərdə romantizm ədəbi cərəyanının yaranma səbəblərini şərh edib, onun  sentimentalizm cərəyanından fərqli xüsusiyyətlərini aydınlaşdırıb. Müəllif ilk dəfə klassisizm və romantizm ədəbi cərəyanlarının bilinməyən tərəfləri haqqında məlumat verib.

Kitab “intibahi-tərəqqi dövrlərində ədəbiyyatda hakim olan romantizm” haqqındadır. Romantizmin əsasını qoyanlar öz məsləkləri ətrafında zamanında bir fikir söyləməyib, elmi tədqiqatlar romantiklərin fikir və məqsədini sonradan aydınlaşdırmağa çalışıb.

Tədqiqatçıların bir çoxu romantizmi xəyala qapılmaq, bəziləri xülyaya dalmaq, bəziləri eşq və sevgi səhnələri yaratmaq kimi başa düşüblər. Mir Cəlal hesab edib ki, bunlar yanlışlardır. ”Bəzi alimlər hər millətdə irəli gedən romantik şairlərdən  bir qrup ayıraraq bu adı onlara verir, bu sahədə izahata girişirlər, romantizm həqqində ən məqbul görülən məna əski roma və yunan ədəbiyyatına (klassisizm) qarşı doğmuş ”xristian ədəbiyyatı” tərifidir”[2].

Mir Cəlal romantizmin tarixi mərhələsini konkret göstərib: ”XVIII əsrin yarılarından XIX əsrin ilk yarısına qədər Avropa ölkələrində ədəbi cərəyana romantizm deyilir.”[3] Mir Cəlal: “Bu ədəbi cərəyan klassisizmin dar çərçivəsini qırıb atmış, ədəbiyyatda bir “qanun” halında bulunan divan üsulu, qəsidə, qəzəl tərzi əleyhinə geniş bir hürriyyət sahəsi açmış, ədəbiyyatda tam bir hürriyyət əmələ gətirmişdir. Romantiklər ədəbiyyatda şəklən, fikrən sərbəstlik sevir, heç bir qanun, çərçivə, qeyd, göstəriş qəbul etmir”[4]–deyə yazıb.

Ədəbiyyatın dəyişməsi ictimai həyatın dəyişməsinə görə olur: ”İlk dəfə İngiltərədə (XVII əsr) bu sırasıyla mədəni məmləkətlərdə ticarət kapitalizmi, şəhər sənaye və təsərrüfatının canlanması ilə əski zadəgan (feodalizm) sinfinin əzilməsi cəhətində mühüm bir dəyişmə yetirdi. Yeni canlanan tərəqqipərvər (radikal) burjua sinfi süqut etmiş feodalizmin çürük dayaqlarını yıxır, hökuməti mütləqə və saray xanədanından salıb məşrutə və cümhuri üsul-idarəyə verir”[5]. Beləliklə, ictimai həyat ədəbiyyata “zehni fəaliyyət meydanı verib”[6].

Mir Cəlal sentimentalizmin meydana çıxma səbəbindən də yazıb. İrland yazıçısı Lorens Sternin ”Hissi səyahətnamə” əsərinin adını çəkib: ”Bu adam səyahətnaməsində gördüklərini yox, gördüklərinin əhvali-ruhiyyəsində oyatdığı təsiri və duyğuları yazmışdı; ona görə də ”Hissi səyahətnamə” adı vermişdi”. Beləcə romantizmə başlanğıc olan sentimentalizm cərəyanı doğulub, onların duyğuları orta sinfin mənafeyinə, aristokratiya sinfinin əksinə olub. Üsyan və inqilablar sentimentalizm üçün psixoloji zəmin hazırlayıb. Eşq və sevgi hər şeydən yüksək hesab edilib, hisslər və duyğular hakim mövqe tutub. Onların mövzuları xalqdan, xalq ədəbiyyatından alınıb. Hissə xitab və əxlaq duyğuların yüksəliş mənbəyi olub (İngiltərə sentimentalisti Samuel Riçardsonun “Klarissa Karno”, rus sentimentalisti Karamzinin “Bədbəxt Liza” əsərləri). Belə səciyyə  və oxşar nöqtələr romantizmə də aiddir. Ona görə də sentimentalizmə “ibtidai romantizm” də deyilib. Romantizm az sonra doğulub, sentimentalizmdə olan əsaslara istinad edib. Əsasları genişlənib, geniş sahə yaradıb. Romantiklər “o qədər sərbəst davranmışlar ki, ədəbiyyat, şəkil, mövzu, lisanca müxtəlif əsaslar qəbul etmişdir”[7]. Mir Cəlal romantizmin ölkələrə görə müxtəlifliyindən də danışıb, oxşar səciyyəvi noqtələri göstərib. Mir Cəlal oxşarlıqlara bunları aid edib:

Mədəniyyəti inkar (J.J.Russonun ”Emil”, V. Hüqonun “Səfillər”, Hamidin “Əşbər”, Əhməd Hikmətin “Qış gecəsi”, Cavidin “İlis” əsərləri). Romantik əsərlərdə mədəniyyətlə təbiət  bir-birinə zidd qavrayışlar olub. Təbiət mədəniyyətdən üstün tutulub.

Romantiklər ümidi ibtidai həyatda və ana təbiətin qoynunda görüblər (fransız romantiki Şatobiryanın qəhrəmanları, Tolstoyun “Qafqaz əsirləri” əsərindəki qızın rus əsirlərini ləzgilərdən azad etməsi, Əhməd Hikmətin “Padşahım, alınız menekşelərimi, veriniz gülümü” hekayəsindəki röyalar, Hamidin sahillərdən aldığı ilhamlar, Hüseyn Cahidin adada yaratdığı cəmiyyət, H.Cavidin “Peyğəmbər”indəki Ərəbistan çölləri, “Şeyx Sənandakı “Qafqasyanın cazibədar mənzərələri”, “Azər”dəki təbiətə rəğbət).

Xalqa hüsn-rəğbər, qəhrəmanların xalq içərisindən çıxması romantizm üçün səciyyəvi olub. Romantik səhnə əsərlərində faciəyə az təsadüf edilib (sevgi nəticəsində yaranan intiharlar istisnadır).

 Romantizmdə hisslər və duyğular,“xülyavü-xəyalpərəst”lik hakim olub. Hissiyyat  romantizmin can damarıdır. ”Hissiyyat sərbəstliyi ilə romantiklər sevgi, sevda, eşq mövzularını yeni rənglərlə boyayaraq sənətdə çox yeniliklər doğurmuşlar”. Hakim hisslər və duyğular Hamid, Cavid, Namiq və Ə. M. Rəcaizadədə barizdir,–deyə müəllif yazıb.

Romantizmdə əski mədəniyyət ideallaşdırılıb, itirilmiş cənnət həyatı kimi xəyallaşdırılıb. ”Klassisizmin alçaq nəzərlə baxdığı xalq ədəbiyyatı böyük maraq və diqqətlə ögrənilməyə başlanılmış, xəlqin milli, dini ənənat və etiqadları aydınlaşdırılmışdır. Bu hal humanitar elmlərə çox yardım etmiş, ancaq romantiklər bununla qalmayaraq əski xalq ədəbiyyatını təqlidən əsərlər yazmağa başlamış, xəlq ədəbiyyatını şəkil, vəzn, məzmun etibarilə bənimsəmişdir” (Cavidin “Peyğəmbər”,”Topal Teymur”,”Sənan”, Hamidin ”Tariq ibn Ziyad”, “Əşbər” kimi tarixi əsərləri). Romantiklər vaqiə və qəhrəmanları ideallaşdırıblar. ”Səfillər”də Jan Valjan, Namiq Kamalın “Sadiq”ində qadın tipləri, Cavidin peyğəmbəri ideal şəxsiyyətlərdir. Mir Cəlala görə, romantikləri müəyyən mənada “idealist” adlandırmaq olar.

 Romantiklər ibtidai cəmiyyətə, ibtidai həyata rəğbətli, mərhəmətlidirlər. Onlar “insanlar arasındakı səfalət, rəzalət, uyğunsuzluqları insan cəmiyyətinin yaramaz quruluşunda görərək dəyişmək istiyor, özündə yeni “əsas qardaşlıq” bir cəmiyyət qurmaq istiyorlar. Tolstoyun “Bir-birinizə məhəbbət ediniz” əsəri, Hamidin “Duxtəri Hindi”sindəki mühüm nöqtələr, Əhməd Hikmətin ”Bir damla Qan“ adlı kiçik əsərlərindəki “əsrin qüvvətə tabeliyinin şəkli-həzini” təsvirləri, Cavidin “Köydə” sərlövhəli “Azər”dən buraxdığı parçadakı səmimiyyətə rəğbət, mərhəmət tələqqiləri yığıncağıdır.”[8]

 Romantiklərdə ümumilikdəki xüsusiyyət, xüsusən həyat məsələsində ikiliyin təzahürü– məhzunluq və coşqunluq səciyyəvi əlamətdir. Ə. Rəcaizadənin “Təfəkkür“ mənzuməsi, Bayronun qadın obrazları, –məhzunluq; Namiq Kamalın xırda burjua inqilabçılığı ruhu, M. Hadinin üsyankar mövqeyi – coşqunluq pafosu ifadə edib.

Mir Cəlal türk romantizmi, habelə, Avropa romantizminin alman, fransız qanadlarından da yazıb. Alimə görə, klassisizm Fransada güclü olduğundan (Lamartin, Şatobirian, Hüqo istisnadır) romantizm Almaniyada doğulub. Alman romantizmi ilk dəfə Almaniyanın Essen şəhərində təzahür edib. Burada ictimai hadisələr zəif olduğundan diqqəti xəyal və ideal aləmə çeviriblər. Almaniya Böyük Napaleon təhlükəsi ilə təhdid olunanda orada milli hiss, birlik şüarı güclənib.1798-1802-ci illər alman və dünya romantizminin altun dövrü sayılıb. Almanlar bu dövrə “Firtınalı dahilər dövrü” deyiblər. Alman romantizmi az bir zamanda Avropaya yayılıb. Alman  romantizmində din amili güclü olub. Əsərlərdə orta əsr katolik kilsəsi böyük mövqe tutub. Vaqnerin orta əsr alman qotik sənəti parlayıb.

Müəllifə görə, Fransiz romantizminin  banisi J.J.Russodur. Bu romantizmdə ictimai məsələlərin ifadəsi möhkəm olub. Mühüm hadisələr, üsyan və inqilablar (inqilabi kəbir, Paris Kommunası) romantizmi yetirib. Bu romantizm ”həyat, ədalət, müsavat, əxəvi” şüarı ilə doğulub.

Türk romantizmi Fransız mühitindən təsirlənib, XIX əsrin yarısında özünü gösrtərib, klassisizm və romantizm təsirləri ilə müvazi inkişaf edib (N.Kamal, Ə.Hamidin romantizmi, idealizmi). Son romantiklər ictimai mühitin tələbilə realizmə meyilli olmağa məcbur qalıblar.

Məqalə Mahaçkalada Azərbaycan türkcəsində çıxan “Maarif yolu” yurnalının 1928-ci il 10-11,12 və 1929-cu il, 1-2 nömrələrində çap edilib[9].

Haşiyə:17 may 2023-cü ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli  Azərbaycan ədibi və ədəbiyyatşünas-alimi  Mir Cəlalın 115 illik yubileyinə həsr edilmiş elmi sessiya keçirilib. Sessiyanı AMEA-nın prezidenti, akademik İ. Həbibbəyli açıb. O, ədəbi şəxsiyyətin elmi, bədii və ictimai fəaliyyətindən danışıb. Professor Ş. Alışanlı “Mir Cəlalın elmi aforizmləri”, professor K. Tahirov “Mir Cəlal Paşayevin ictimaiyyətə az məlum olan əsərlərinin nəşri haqqında”, dosent Aslan Salmansoy “Səməd Vurğun və Mir Cəlal”, professor A. Rüstəmli “Mir Cəlalın həyatı və yaradıcılığının ilk dövrü”, professor İ. Kazımov “ Mir Cəlal romanlarında bədii dil xüsusiyyətləri”, Professor Ə. Əsgərli “Füzuli sənətkarlığı” və Azərbaycanda ədəbi məktəblər (1905–1917)” monoqrafiyalarında poetika məsələləri”, dosent S. Əliyeva

“ Mir Cəlal hekayələrində folklor və milli-mənəvi dəyərlər”, yazıçı D. Adilova “Mir Cəlal hekayələrində müasirlik”, F. Rzayeva “Mir Cəlal yaradıcılığı səhnədə” mövzusunda məruzə ediblər. Konfransın işində ədibin oğlu, ADA universitetinin rektoru, akademik H. Paşayev iştirak edib və konfras nümayəndələrinə dərin təşəkkürünü bildirib.

Görkəmli ədəbiyyatşünas-alim və ictimai xadim Mir Cəlalın elmi-nəzəri tədqiqatları tarixən elm və tədrisimizə böyük  fayda verdiyi kimi, bu gün də elmi-nəzəri, ədəbi-tənqidi və pedaqoji-metodik fikir qayəmizi inkişaf etdirməkdə, mənəvi-məfkurəvi şüur yaddaşımızı zənginləşdirməkdədir.

                                                                                            Əlizadə Əsgərli

AMEA Nizami Gəncəvi adına

Ədəbiyyat İnstitutu direktorunun müşaviri,

filologiya elmləri doktoru

 

 

[1] Bakı, 2022, 144 s.  

[2] Bakı, 2022, 144 s.;   s.15

[3] Yenə orada

[4]  Yenə orada

[5] Yenə orada. s.16

[6] Yenə orada

 

[7] Yenə orada.s.18

 

[8] Yenə orada.S.27

[9] “Maarif yolu”. 1928, №10-11 (s.38-41), 1928, №12 (s.13-15), 1929, №1-2 (s. 18-20)

 

OTHER NEWS