“525-ci qəzet”in 16 aprel 2021-ci il (№66 (5632)) tarixli sayında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Siracəddin Hacının Nizami Gəncəvinin yubileyinə həsr olunmuş irihəcmli araşdırması yer alıb. “Nizami Gəncəvi - 880” rubrikası formatında çap olunan məqalə “525-ci qəzet”in özəl buraxılışı” kimi yayımlanıb. Buraxılışın elmi redaktoru professor Əlizadə Əsgərlidir.
Ümumilikdə 32 səhifə həcmində çap olunan bu sayda 5-28-ci səhifələr Nizami Gəncəviyə həsr olunub. “Nizami Gəncəvinin iki məktubu: dünya siyasət və diplomatiya tarixinin iki şah əsəri” adlı yazı flologiya üzrə fəlsəfə doktoru, dosent Siracəddin Hacıya məxsusdur.
Araşdırmanın “Birinci məktubun şərhi: “İran padşahının Bəhram Gura məktubu” adlı bölmənin şərhi” hissəsi giriş, 48 beytin şərhi və nəticə hissələrindən ibarətdir. “İkinci məktubun şərhi: “Bəhramın iranlılara cavabı” bölməsinin şərhi” isə giriş, 126 beytin şərhi və nıticədən ibarətdir. Həmçinin “Nizaminin təbliğ etdiyi dəyərlər” bölümü də verilmişdir. Məqalə “Nizaminin gözəl duası” ilə tamamlanır.
İctimaiyyətlə əlaqələr şöbəsi