Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Nizami Gəncəvi - 880

Nizami Gəncəvi irsi Barat Zəncaninin tədqiqatlarında - Gülçin Babayeva

16-02-2021 [ 14:15 ] [ oxunub:316 ]
printerA+ | A-
100544


Mə­lum­dur ki, Azər­bay­can–İran ədə­bi əla­qə­lə­ri dün­ya şərq­şü­nas­lıq el­mi­nin mü­hüm bir qo­lu­nu təş­kil edir. Bu bir da­nıl­maz fakt­dır ki, Azər­bay­can və qon­şu İran xal­qı­nın mə­də­niy­yət və ədə­biy­ya­tı­nın çox qə­dim ta­ri­xi əla­qə­lə­ri möv­cud ol­muş­dur və bu xalq­la­rın ədə­biy­yat və mə­də­niy­yət­lə­ri­nin bir-bi­ri­nə qar­şı­lıq­lı tə­si­ri mə­sə­lə­lə­ri, həm­çi­nin ədə­bi abi­də­lə­rin təd­qi­qi, nəş­ri və öy­rə­nil­mə­si işi bu gün də da­vam et­mək­də­dir.
Qeyd et­mə­li­yəm ki, XX əsr­də İran ni­za­mi­şü­nas­lı­ğı­nın in­ki­şa­fı­nın is­ti­qa­mət­lə­ri və prob­lem­lə­ri­nə da­ir 2012-ci il­də "Elm” nəş­riy­ya­tın­da çap olu­nan "Ni­za­mi Gən­cə­vi İran ədə­biy­yat­şü­nas­lı­ğın­da: təd­qi­qat­lar, el­mi-tən­qi­di mətn­lər və tər­cü­mə­lər” ad­lı mo­noq­ra­fi­ya həsr et­mi­şəm. Bu mo­noq­ra­fi­ya­da İra­nın bir sı­ra gör­kəm­li alim­lə­ri­nin, o cüm­lə­dən Və­hid Dəst­gir­di, Sə­id Nə­fi­si, Əli Ək­bər Şə­ha­bi, Zə­bi­hul­la Sə­fa, Bəh­ruz Sər­və­ti və baş­qa­la­rı­nın təd­qi­qat və nəşr­lə­ri əsa­sın­da XX əsr İran ni­za­mi­şü­nas­lı­ğı­nın tə­şək­kü­lü və in­ki­şa­fı ət­ra­fın­da araş­dır­ma apar­mı­şam. Mo­noq­ra­fi­ya­da Ni­za­mi­nin "Di­van”ı və "Xəm­sə”si­nin el­mi-tən­qi­di mətn­lə­ri­nin İran­da ha­zır­lan­ma­sı və nəş­ri, şai­rin tər­cü­me­yi-ha­lı və əsər­lə­ri­nin ide­ya-məz­mun ba­xı­mın­dan təh­li­li, ha­be­lə sə­nət­kar­lıq xü­su­siy­yət­lə­ri­nin öy­rə­nil­mə­si araş­dır­ma­ya cəlb olun­muş, İran ni­za­mi­şü­nas­lı­ğı­nın nai­liy­yət və nöq­san­la­rı gös­tə­ril­miş­dir.
Təq­dim olu­nan bu mə­qa­lə­də məq­səd müa­sir İran ni­za­mi­şü­nas­lı­ğı­nın ha­zır­kı du­ru­mu, ye­ni nəşr­lər və təd­qi­qat­la­rın nə­zər­dən ke­çi­ril­mə­si, Azər­bay­can ni­za­mi­şü­nas­lı­ğı­nı na­ra­hat edən bir sı­ra cid­di prob­lem­lə­rin təh­lil olun­ma­sı­dır.
İlk ön­cə qeyd et­mək la­zım­dır ki, İran­da mü­tə­ma­di şə­kil­də Ni­za­mi Gən­cə­vi­nin hə­yat və ya­ra­dı­cı­lı­ğı­na həsr olun­muş müx­tə­lif el­mi-küt­lə­vi təd­bir­lər nə­zər­də tu­tu­lur, mü­əy­yən olun­muş xü­su­si prin­sip­lər əsa­sın­da, ədə­biy­yat ta­rix­çi­lə­ri tə­rə­fin­dən da­im Ni­za­mi­nin tər­cüme­yi-ha­lı gün­də­mə gə­ti­ri­lir, əsər­lə­ri­nin bə­dii-el­mi təh­li­li apa­rı­lır. Ni­za­mi Gən­cə­vi­nin hə­yat və ya­ra­dı­cı­lı­ğı­na, poe­zi­ya­sı­nın Şərq, elə­cə də dün­ya mə­də­niy­yə­ti­nə tə­si­ri prob­lem­lə­ri­nə həsr olun­muş kon­frans­lar mü­tə­ma­di şə­kil­də ke­çi­ri­lir. Be­lə­lik­lə, İran­da Ni­za­mi şəx­siy­yə­ti və onun "Xəm­sə” ya­ra­dı­cı­lı­ğı mü­hüm təd­qi­qat ob­yek­ti ola­raq bu gün də qal­maq­da­dır.
XX əs­rin son­la­rın­dan baş­la­ya­raq, dün­ya el­min­də ye­ni tə­fək­kür for­ma­la­rı­nın tə­şək­kül tap­ma­sı, de­mok­ra­tik ide­ya­la­rın in­ki­şa­fı İran ni­za­mi­şü­nas­lı­ğı­na da öz tə­si­ri­ni gös­tər­miş­dir. Mən­bə­şü­nas­lıq ba­xı­mın­dan bir sı­ra gö­rü­lən iş­lə­ri nə­zər­dən ke­çir­mək va­cib­dir.
 Qeyd et­mək la­zım­dır ki, İran­da V.Dəst­gir­di, S.Nə­fi­si, B.Sər­və­ti nəşr­lə­rin­dən və araş­dır­ma­la­rın­dan son­ra Ni­za­mi əsər­lə­ri­nin ça­p işi son­ra­lar da da­vam et­di­ril­miş­dir.
 Əb­dül­hü­seyn Zər­rin­kub, Ba­rat Zən­ca­ni, Əh­məd Mən­zu­ri, Əmin Se­yid Hü­sey­ni, Se­yid Hü­seyn Rza, Səc­ca­di Zi­ya­əd­din, Meh­di Ma­hu­zi, Əlir­za Nə­bi­lu, Mə­həm­məd Rou­şən, Mə­həm­məd Xa­tə­mi və baş­qa­la­rı Ni­za­mi Gən­cə­vi ir­si­nin nəş­ri və təd­qi­qi işin­də əhə­miy­yət­li iş­lər gör­müş­lər.
Ni­za­mi­nin "Di­van”ı və "Xəm­sə”si­nin nəş­ri işin­də İran ali­mi dok­tor Ba­rat Zən­ca­ni­nin ro­lu­nu qeyd et­mək la­zım­dır.
Əs­lən azər­bay­can­lı olan Dok­tor Ba­rat Zən­ca­ni hic­ri 1303-cu il­də Zən­can­da dün­ya­ya göz aç­mış, Təb­riz və Teh­ran Uni­versi­tet­lə­rin­də təh­sil al­mış­dır. O, Ni­za­mi Gən­cə­vi "Xəm­sə”si­nə da­xil olan poe­ma­la­rın, həm­çi­nin şai­rin "Di­van”ının el­mi-tən­qi­di mət­ni­ni ha­zır­la­mış, Teh­ran Uni­ver­si­te­ti nəş­riy­ya­tı tə­rə­fin­dən çap et­dir­miş­dir.
Mə­lum­dur ki, vax­ti­lə dün­ya­da bö­yük nü­fu­za ma­lik mən­bə ki­mi qə­bul olu­nan Və­hid Dəst­gir­di nəşr­lə­rin­də həm də nöq­san­lar möv­cud idi. Və­hid Dəst­gir­di mətn­lə­ri ha­zır­layar­kən Ni­za­mi beyt­lə­ri­nə yaz­dı­ğı şərh­lər­də şai­rin "Xəm­sə”də yer al­mış türk xal­qı­na mə­həb­bə­ti­ni, və­tə­ni Azər­bay­ca­na bağ­lı duy­ğu­la­rı­nı nə­zə­rə al­ma­mış, şai­rin türk­çü­lük­lə bağ­lı gö­rüş­lə­ri­ni təh­rif et­mə­yə ça­lış­mış, özü­nün şərh­lə­rin­də cid­di səhv­lə­rə yol ver­miş­dir. Bu haq­da bun­dan əv­vəl­ki təd­qi­qa­tım­da qeyd et­mi­şəm ki, "Составленный Вахидом Даст­гирди на основе 30 древних рукописей текст поэмы "Хосров и Ширин” два раза издавался в Тегеране – в 1313 и 1335 годах хиджры. Эти издания также не свобод­ны от некоторых искажений и недостатков, которые советские низа­миведы под­вергли серьез­ной критике, многократно подчеркивая как поло­жительные, так и отрицательные их стороны” [1, s.50].
 Ni­za­mi Gən­cə­vi­nin "Məx­zə­nül-əs­rar” ("Sir­lər xə­zi­nə­si”) poe­ma­sı­nın Ba­rat Zən­ca­ni nəş­ri bir sı­ra mə­ziy­yət­lə­ri­lə diq­qə­ti cəlb edir. Mə­lum­dur ki, o, Ni­za­mi­nin "Sir­lər xə­zi­nə­si”nin el­mi-tən­qi­di mət­ni­ni ha­zır­la­ya­raq, 1374-cü il­də Teh­ran Uni­ver­si­te­ti nəş­riy­ya­tın­da çap et­dir­miş­dir. Bu nəşr­də ilk ön­cə Ni­za­mi əsə­ri­nin Azər­bay­cana xas səb­ki­nin qo­run­ma­sı mü­hüm əhə­miy­yət kəsb edir.
 Bu cə­hə­ti xü­su­si qeyd et­mək la­zım­dır ki, mətn­şü­nas alim cid­di səy­lə ha­zır­la­dı­ğı Ni­za­mi poe­ma­la­rı­nın el­mi-tən­qi­di mətn­lə­rin­də Azər­bay­can ədə­bi mək­tə­bi­nin xü­su­siy­yət­lə­ri­nin qo­run­ma­sı­na, Ni­za­mi əsə­rin­də iş­lə­nən türk söz­lə­ri­nin sax­lan­ma­sı­na, ata­lar söz­lə­ri və xalq ifa­də­lə­ri­nə mətn­də xə­ləl gəl­mə­mə­si­nə xü­su­si diq­qət ye­tir­miş­dir. Mə­lum­dur ki, bir sı­ra gör­kəm­li şərq­şü­nas alim­lər, o cüm­lə­dən Y.E.Ber­tels də XI-XII əsr­lər­də ya­ran­mış Azər­bay­can ədə­bi mək­tə­bi­ni Şər­qin ay­rı­ca poe­tik mək­təb­lə­rin­dən bi­ri ki­mi öy­rən­miş, Qət­ran Təb­ri­zi­dən baş­la­ya­raq, Azər­bay­can şa­ir­lə­ri­nin ya­ra­dı­cı­lı­ğı­nın əsas xa­rak­te­rik cə­hət­lə­ri­ni, on­la­rın üs­lub ümu­mi­li­yi­ni mü­əy­yən­ləş­dir­miş­dir [2, s.25].
 Bu dövr­də Azər­bay­can ədə­bi mək­tə­bi nü­ma­yən­də­lə­ri­nin əsər­lə­ri­nin lü­ğət tər­ki­bi, türk di­li və üs­lu­bu­nun tə­si­ri, açıq-ay­dın gö­rü­nən mil­li dil ele­ment­lə­ri­nin qo­run­ma­sı hər han­sı bir mət­nin nəş­ri işin­də mü­hüm şərt­lər­dən­dir. Ba­rat Zən­ca­ni öz iş­lə­rin­də bu şər­ti göz­lə­miş, Ni­za­mi mətn­lə­ri­ni sə­hih nəşr et­mə­yə ça­lış­mış­dır. "Məx­zə­nül-əs­rar”ın el­mi-tən­qi­di mət­nin­də müx­tə­lif nüs­xə fərq­lə­ri­nin se­çil­mə­si, əsas va­ri­ant­la­rın qo­run­ma­sı fak­tı bu­nu sü­but edir. Azər­bay­can xalq di­li­nə məx­sus ele­ment­lə­rin bu mətn­də iz­lən­mə­si­ni aşa­ğı­da­kı nü­mu­nə­də gö­rü­rük:
 
دشمن دانا كه غم جان بود
بهتر از آن دوست كه نادان بود
[3, s.150]
Canın qəmi (qənimi) olan ağıllı düşmən
Nadan dostdan yaxşıdır.
 
Şai­rin "Xos­rov və Şi­rin”, "Həft pey­kər”, "Ley­li və Məc­nun”, "İs­kən­dər­na­mə” ("Şə­rəf­na­mə” və "İq­bal­na­mə”) poe­ma­la­rı­nın Ba­rat Zən­ca­ni­nin ha­zır­la­dı­ğı mətn əsa­sın­da nəşr­lə­ri də mü­hüm əhə­miy­yə­tə ma­lik­dir. Alim Ni­za­mi mətn­lə­ri­ni dü­rüst an­la­mış, şərh­lə­rin­də əsas mən­bə ola­raq Ni­za­mi­nin öz yaz­dıq­la­rı­nı əsas tut­muş, həm­çi­nin təd­qiq­lə­ri­ni el­mi-mü­qa­yi­sə­li me­tod əsa­sın­da apar­mış­dır.
Ni­za­mi­nin "Həft pey­kər” ("Yed­di gö­zəl”) əsə­ri 1994-cü il­də Teh­ran­da Ba­rat Zən­ca­ni tə­rə­fin­dən nəşr edil­miş­dir. Bu əsə­rin ça­pın­da mö­tə­bər nüs­xə ola­raq, Yan Rip­ka­nın ha­zır­la­dı­ğı Pra­qa nəş­ri əsas gö­tü­rül­müş­dür. Bu­na bax­ma­ya­raq, mətn­də Azər­bay­ca­nın mətn­şü­nas-ali­mi Ta­hir Mə­hər­rə­mov tə­rə­fin­dən ha­zır­lan­mış Mosk­va, 1987-ci il nəş­ri­nin də tə­si­ri gö­rün­mək­də­dir.
Ba­rat Zən­ca­ni, ey­ni za­man­da Ni­za­mi­nin hə­yat və ya­ra­dı­cı­lı­ğı ət­ra­fın­da da ay­rı­ca təd­qi­qat­lar apar­mış­dır. O, hic­ri 1377-ci il­də Teh­ran­da çap olu­nan "Ni­za­mi "Xəm­sə”sin­də ob­raz­la­rın təs­vi­ri” ad­lı əsə­rin­də Ni­za­mi Gən­cə­vi poe­ma­la­rın­da yer alan Xos­rov, Şi­rin, Ley­li, Məc­nun ki­mi ob­raz­lar, on­la­rın da­xi­li alə­mi, gö­zəl­lik və qəh­rə­man­lıq­la­rı­nın, əx­la­qi key­fiy­yət­lə­ri­nin təs­vi­ri­ni təd­qi­qa­ta cəlb edir, Ni­za­mi əsər­lə­ri­nin da­şı­dı­ğı fəl­sə­fi-ide­ya ma­hiy­yəti, şai­rin hu­ma­nist gö­rüş­lə­ri ət­ra­fın­da araş­dır­ma­lar apa­rır.
 
 
 Ba­rat Zən­ca­ni həm­çi­nin Ni­za­mi­nin "Di­van”ını da hic­ri 1391-ci il­də nəşr et­dir­miş­dir. Mü­əl­lif Ni­za­mi "Di­va­nı”nın tam şə­kil­də əli­mi­zə gə­lib çat­ma­dı­ğı­nı da qeyd et­miş­dir [4].
Qeyd et­mək la­zım­dır ki, İran alim­lə­ri­nin ək­sə­riy­yə­ti Ni­za­mi Gən­cə­vi­nin hə­ya­tı və tər­cü­me­yi-ha­lı­na da­ir təz­ki­rə­lər­də­ki yan­lış mə­lu­mat­la­rı, elə­cə də Və­hid Dəst­gir­di, M.Mo­in, Əli Ək­bər Şə­ha­bi, Zə­bi­hul­la Sə­fa və baş­qa­la­rı tə­rə­fin­dən olun­muş təh­rif­lə­ri tək­rar­la­mış­lar. Ba­rat Zən­ca­ni də şai­rin hə­ya­tı­na da­ir araş­dır­ma­la­rın­da bə­zi təh­rif­lə­rə yol ver­miş­sə də, onun nəşr və təd­qiq­lə­ri dün­ya ni­za­mi­şü­nas­lı­ğı­nın in­ki­şa­fın­da əhə­miy­yət­li rol oy­na­mış­dır.
Ni­za­mi əsər­lə­ri­nin İran­da nəş­ri mü­tə­ma­di şə­kil­də apa­rı­lır. Son dövr­lər­də Meh­di Ma­hu­zi­nin "Məx­zə­nül-əs­rar”a yaz­dı­ğı şərh­lər ki­ta­bı­nın (h.1395) və Mə­həm­məd Rou­şə­nin təs­hi­hi və nəş­ri­lə "Həft pey­kər”əsə­ri­nin ça­pı (h.1394) bu­na par­laq sü­but­dur. Qeyd olun­ma­lı­dır ki, İran­da Ni­za­mi Gən­cə­vi əsər­lə­ri­nin tək­rar nəşr­lə­ri mü­tə­ma­di şə­kil­də apa­rı­lır.
İran ni­za­mi­şü­nas­lı­ğı­nın ta­ri­xin­də Ni­za­mi Gən­cə­vi­nin ədə­bi mü­hi­ti və hə­ya­tı­nın öy­rə­nil­mə­si işin­də Əb­dül­hü­seyn Zər­rin­ku­bun təd­qiq­lə­ri­ni xü­su­si qeyd et­mək la­zım­dır. O, özü­nün "Gən­cə Pi­ri” (h.1372) əsə­rin­də Ni­za­mi­nin do­ğu­lub bo­ya-ba­şa çat­dı­ğı Gən­cə şə­hə­ri, onun stra­te­ji əhə­miy­yə­ti, ta­ri­xi, mə­də­niy­yə­ti haq­qın­da mən­bə­lə­rə əsa­sən araş­dır­ma apar­mış, şai­rin hə­ya­tı və ya­ra­dı­cı­lı­ğı haq­qın­da mü­fəs­səl mə­lu­mat ver­miş­dir [5].
Bun­dan əla­və, İra­nın Teh­ran, Məş­həd, İs­fa­han, Gi­lan, Rəşt və baş­qa şə­hər­lə­rin­də ke­çi­ri­lən Bey­nəl­xalq konf­rans­lar­da mü­tə­ma­di şə­kil­də Ni­za­mi Gən­cə­vi­nin hə­yat və ya­ra­dı­cı­lı­ğı­na da­ir müx­tə­lif prob­lem­lər yer alır. Vax­ta­şı­rı Azər­bay­can alim­lə­ri­nin də qo­şu­la­raq mə­ru­zə­lər­lə iş­ti­rak et­dik­lə­ri bu konf­rans­lar mü­hüm el­mi əhə­miy­yə­tə ma­lik­dir.
Hic­ri 1388-ci il­də İs­lam­şəhr­də Azad İs­lam Uni­ver­si­te­tin­də "Hə­kim Ni­za­mi Gən­cə­vi­yə həsr olun­muş re­gio­nal konf­rans” ke­çi­ril­miş­dir [6].
Bu konf­rans­da Ni­za­mi Gən­cə­vi­nin hə­yat və ya­ra­dı­cı­lı­ğı­na həsr olun­muş on­lar­la mə­ru­zə din­lə­nil­miş, ni­za­mi­şü­nas­lı­ğın mü­hüm el­mi prob­lem­lə­ri təd­qi­qat ob­yek­ti­nə çev­ril­miş­dir. "Ni­za­mi­nin "Məx­zə­nül-əs­rar”ının di­li – mu­si­qi ya­ra­dı­cı­lı­ğı”, "Ni­za­mi əsər­lə­rin­də mu­si­qi is­ti­lah­la­rı”, "Gən­cə­li Ni­za­mi­nin dü­şün­cə­lə­ri”, "Pənc Gənc” (Xəm­sə) mən­zu­mə­lə­ri müa­sir İran ədə­biy­ya­tın­da”, "Ni­za­mi şei­rin­də ast­ro­no­mik inanc­lar”, "Huş Ru­ba qa­la­sı­nın Ni­za­mi Gən­cə­vi­nin "Yed­di gö­zəl” əsə­rin­də­ki Qır­mı­zı gün­bəd­lə mü­qa­yi­sə­si”, "Ni­za­mi "Xəm­sə”sin­də gü­nə­şin təs­vi­ri”, "Ni­za­mi Gən­cə­vi­nin kə­lam haq­qın­da gö­rüş­lə­ri”, "Xos­rov və Şi­rin”, "Ley­li və Məc­nun” əsər­lə­rin­də tə­lim və əx­laq” və sa­ir möv­zu­lar­da mə­ru­zə­lər din­lənil­miş­dir.

 

http://artkaspi.az/az/nizami-gencevi-irsi-barat-zencaninin-tedqiqatlarinda-gulcin-babayeva-yazir/#.YCuVo48zapo
 

SİZƏ MARAQLI OLA BİLƏR