Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Nizami Gəncəvi - 880

Nizami Gəncəvi yaradıcılığı özbək elmi mənbələrində – Almaz Ülvi

03-02-2021 [ 11:49 ] [ oxunub:78 ]
printerA+ | A-
100511

Nizami ədəbi irsinin özbək ədəbiyyatına təsiri, özbək ədəbiyyatşünaslığında tədqiqi və Özbəkistanda nəşri məsələləri
 
 
 Təd­qi­qat­la­ra is­ti­na­dən, Ni­za­mi "Xəm­sə”si­nin ən qə­dim va­ri­an­tı Öz­bə­kis­tan Əl­yaz­ma­lar Fon­dun­dan, Nə­vai əsər­lə­ri­nin ən qə­dim nüs­xə­lə­ri Azər­bay­can Əl­yaz­ma­lar İns­ti­tu­tun­dan əl­də edil­miş­dir. Bu, o de­mək­dir ki, Azər­bay­can–öz­bək ədə­bi əla­qə­lə­ri­nin ta­ri­xi yü­zil­lik­lə­rə, mi­nil­lik­lə­rə ge­dib çı­xır.
 Ədə­biy­yat­da tə­sir mə­sə­lə­si: Bə­li, Azər­bay­can–öz­bək ədə­bi mü­na­si­bət­lə­ri nə­in­ki Ni­za­mi Gən­cə­vi­nin ya­şa­dı­ğı dövr­dən, hət­ta on­dan da əvvəlki za­man­lar­dan qol-bu­daq at­maq­da­dır. Ni­za­mi "Xəm­sə”si Öz­bə­kis­ta­nın da qiy­mət­li ədə­bi xə­zi­nə­si sa­yı­lır. Bö­yük şai­rin və­fa­tın­dan on il­lər son­ra, Or­ta Asi­ya­nın mon­qol­lar tə­rə­fin­dən iş­ğal olun­du­ğu dövr­də Xa­rəzm­də na­mə­lum öz­bək mü­əl­lif "Müf­tah ül-ədl” ad­lı bə­dii əsər ya­rat­mış­dı. Bu əsə­rin əsa­sı­nı Ni­za­mi­nin "Şah və iki bay­quş” haq­qın­da he­ka­yə­si təş­kil edir­di [1]. Təd­qi­qat­çı­la­rın qə­naə­ti­nə gö­rə, öz­bək ədə­biy­ya­tı­na Ni­za­mi­nin tə­si­ri be­lə baş­la­mış­dı. XIV əsr­də, da­ha də­qiq, 1330-1340-cı il­lər­də öz­bək şai­ri Qütb Xa­rəz­mi "Xos­rov və Şi­rin” əsə­ri­ni ana di­li­nə çe­vi­rər­kən poe­ma­ya ye­ni ha­di­sə­lər da­xil et­miş­di və bu­na gö­rə də Ni­za­mi əsə­ri­nin öz­bək va­ri­an­tı bir növ ori­ji­nal ki­mi səs­lə­nir [2]. Müa­sir döv­rü­müz­də Öz­bə­kis­tan­da dərc olun­muş beş­cild­lik "Öz­bək ədə­biy­ya­tı ta­ri­xi” ki­ta­bın­da da Ni­za­mi­nin öz­bək ədə­biy­ya­tı­nın in­ki­şa­fın­da­kı müs­bət tə­si­ri xü­su­si qeyd edil­miş­dir. Öz­bək di­lin­də ya­zıl­mış "Xos­rov və Şi­rin”in mü­əl­li­fi Qütb Xa­rəz­mi Ni­za­mi­dən öy­rən­di­yi­ni eti­raf edə­rək yaz­mış­dır:
 
Qazantək qaynayıb sevda yetirdim,
Nizami balından halva bişirdim. [2]
Bir çox mən­bə­lə­rə is­ti­na­dən de­yə bi­lə­rik ki, Ni­za­mi ir­si Öz­bə­kis­tan­da Nə­vai döv­rü­nə qə­dər də ge­niş ya­yıl­mış­dır, se­vil­miş­dir. Öz­bək ədə­biy­ya­tı­nın klas­si­ki Nə­vai­nin da­hi Ni­za­mi­nin tə­si­ri ilə "Xəm­sə” ya­rat­ma­sı, son­ra­lar da Azər­bay­ca­nın ən gör­kəm­li sə­nət­kar­la­rı­nın Nə­vai­dən öy­rən­mə­si və baş­qa bu ki­mi ədə­bi fakt­lar ədə­biy­yat ta­ri­xi­miz­də az de­yil­dir. Qa­fur Qu­la­mın yaz­dı­ğı ki­mi –
 
Şagirdlər qəlb evinin parlayan çırağıdır,
Ustadı ötən şagird – ustadın bayrağıdır.
Mərifət insana xas, könül, göz bulağıdır,
Yurdu sevənlər üçün yurd bir çiçək bağıdır,
Yurdsevərlər bu bağda olar Şirin, ya Fərhad,
Biri-birinə şagird, biri-birinə ustad. [3, s.127]
 
 Nə­vai "Hey­rət ül-əb­rar” ("Nə­cib­lə­rin hey­rə­ti”) əsə­rin­də Ni­za­mi­ni öz us­ta­dı və il­ham­ve­ri­ci­si he­sab et­miş, ona səc­də qıl­mış, onu "pir”, "Xızr” ad­lan­dır­mış, "Xəm­sə”si­ni "Beş xə­zi­nə” de­yə şə­rəf­lən­dir­miş­dir. Nə­vai hər das­ta­nı­nın baş­lan­ğı­cın­da Ni­za­mi­yə mə­həb­bət və hör­mət əla­mə­ti ola­raq xü­su­si sə­hi­fə­lər yaz­mış­dır. "Gən­cə gü­nə­şi elə bir bay­raq qal­dır­dı, söz öl­kə­si­ni bir qə­ləm­lə bir­ləş­dir­di, dost­laş­dır­dı”. Azər­bay­ca­nın bö­yük oğ­lu Ni­za­mi­ni tə­rif­lə­mək­dən yorulmur, ona la­yiq əsər­lər ya­zır. Nə­vai bir baş­qa sə­hi­fə­də yaz­mış­dır: "Gən­cə­li Ni­za­mi şei­ri­ni öz göv­hər­lə­ri ilə bə­zə­di. O, dün­ya­nı cə­va­hi­rat­la dol­dur­du. Onun cə­va­hir­lə­ri gö­yün ul­duz­la­rı ki­mi say­sız-he­sab­sız­dır. Elə adam ta­pıl­maz ki, bö­yük Gən­cə­li­nin in­ci­lə­ri­ni qiy­mət­lən­dir­mə­sin. Qu­laq­lar­da cin­gil­də­yən ləl-cə­va­hi­rat ağız­lar­da do­la­şa­caq, o heç vaxt tor­pa­ğa düş­mə­yə­cək­dir. On­lar qu­laq­dan ürə­yə ke­çə­cək, ürə­yi zən­gin­ləş­di­rə­cək­dir. Eh! Ni­za­mi, mən sə­nin­lə mü­qa­yi­sə et­mək üçün sə­nə bə­ra­bər adam tap­ma­dım” [2]. "Ley­li və Məc­nun” poe­ma­sın­da isə öz us­ta­dı haq­qın­da ya­zar­kən be­lə de­miş­dir:
 
Sal daşdan o qurdu beş uca qala,
Beş gizli xəzinə çıxdı aşkara,
Qala dövrəsində bu tikdi qəsr –
Zinəti deyilsin əsrbəəsr.
Həm çölünə vurdu incə naxışlar,
Həm də içində zər parladı par-par.
Ecazla sehrdə var bir təfavüt:
Birinci – Kəbədir, ikincisə – büt. [3, s.68]
 
  Nə­vai Bay­qa­ra sa­ra­yın­da baş və­zir ol­du­ğu za­man­lar­da Ni­za­mi­nin "Xəm­sə”si­ni xü­su­si xət­tat­la­ra bir ne­çə va­ri­ant­da yaz­dır­mış­dır. Hət­ta da­ha ma­raq­lı bir nüs­xə­si­ni – ol­duq­ca ori­ji­nal və na­dir əl­yaz­ma nüs­xə­si­ni mi­sal gös­tər­mək is­tər­dik. Bu əl­yaz­ma nüs­xə­sin­də Nə­vai öz "Xəm­sə”si­ni Ni­za­mi­nin "Xəm­sə”si ət­ra­fı­na dai­rə­vi şə­kil­də yaz­dır­mış­dır. Nə­vai­nin Ni­za­mi ya­ra­dı­cı­lı­ğı­na olan mə­həb­bə­ti­nə hey­ran­lı­ğı­na va­leh olan rus şai­ri N.Ti­xo­nov yaz­mış­dır: "Nə­vai şir idi, şi­rin hən­də­və­rin­də do­la­nır­dı və şir ilə mü­ba­ri­zə­də sa­la­mat qal­mış­dı. Çün­ki Nə­vai Ni­za­mi­nin rə­qi­bi yox, müt­tə­fi­qi idi” [3, s.66].
 Aka­de­mik Hə­mid Aras­lı­nın tə­bi­rin­cə qeyd et­sək, XV əsr ədə­biy­ya­tı nü­ma­yən­də­lə­ri Lüt­fi, Xa­rəz­mi, Dur­bək, Gə­dai, Ətai, Sək­ka­ki ki­mi gör­kəm­li sə­nət­kar­lar Ni­za­mi ir­sin­dən fay­da­lan­dıq­la­rı­nı əsər­lə­rin­də dö­nə-dö­nə eti­raf et­miş­di­lər. Nə­vai za­ma­nın­da Hey­dər Xa­rəz­mi us­tad say­dı­ğı Ni­za­mi­nin "Sir­lər xə­zi­nə­si”ni tər­cü­mə et­miş və bu ad­da özü də "Məx­zən ül-əs­rar” əsə­ri­ni yaz­mış­dır. Şa­ir əsə­rin mü­qəd­di­mə­sin­də de­yir:
 
Şeyx Nizami nəfəsindən can tapıb,
Mənisindən hökmlə-fərman tapıb.
Dünyada mən Heydəri-sahib hünər,
Əldə etdim bu qədər dürrü gövhər. [3, s.70]
 
 1987-ci il­də Öz­bə­kis­tan­da çap olun­muş "Nə­vai an­to­lo­gi­ya­sı”na Hey­dər Xa­rəz­mi­nin bu əsə­ri də da­xil edil­miş­dir.
Xalq şairi Qafur Qulamın misralarıdır:
 
Azərbaycan xalqının ölməz şeiri, sənəti,
Qədim zamandan bəri dostlara həyat verib.
Atamız Nizaminin hikmətdə məharəti,
Şərqdə çox şairlərə ilhamdan qanad verib.
 
 Xalq şai­ri Sol­tan Ək­bə­ri mü­sa­hi­bə­lə­ri­nin bi­rin­də mə­həb­bət­lə qeyd edir ki, qə­dim Gən­cə­də dün­ya­ya göz açan Ni­za­mi öz sə­nə­ti ilə ne­çə əsr­dir ki, dün­ya­nın bir çox xalq­la­rı­na çox nə­cib, hu­ma­nist hiss­lər aşı­la­yır. On­la­rı əmək­se­vər­li­yə, və­tən­pər­vər­li­yə, dost­lu­ğa, sül­hə, qar­daş­lı­ğa ça­ğı­rır. Ni­za­mi əsər­lə­ri bü­tün nə­sil­lə­rin mə­nə­vi sər­və­ti ola­raq qa­la­caq­dır.
 Bö­yük nə­vai­şü­nas alim Cən­nət Na­ğı­ye­va "Klas­sik­lə­ri­mi­zin əsər­lə­ri Nə­vai­nin ki­tab­xa­na­sın­da” ad­lı təd­qi­qa­tın­da Nə­vai döv­rün­də ya­zıl­mış Ni­za­mi əl­yaz­ma nüs­xə­lə­ri haq­qın­da də­yər­li mə­lu­mat­lar aş­ka­ra çı­xar­mış­dır: "Nə­vai klas­sik Şərq ədə­biy­ya­tı­nı mü­kəm­məl bi­lən, epik şei­rin us­ta­dı Ni­za­mi ənə­nə­lə­ri ilə tər­bi­yə­lə­nən, Azər­bay­can ədə­biy­ya­tı ilə bağ­lı olan şa­ir­lər­dən idi. Ni­za­mi əsər­lə­ri­nin gü­nü­mü­zə gə­lib çı­xan ən mü­kəm­məl, ol­duq­ca gö­zəl xət­lə ya­zıl­mış nüs­xə­lə­ri məhz Nə­vai döv­rü­nə aiddir, da­ha doğ­ru­su, bir­ba­şa Nə­vai­nin tap­şı­rı­ğı ilə ha­zır­lan­mış­dır. Bü­tün bun­lar­dan əla­və, Or­ta Asi­ya söz sə­nət­kar­la­rı­nın Ni­za­mi ya­ra­dı­cı­lı­ğı ilə əsr­lər bo­yu da­vam edən ədə­bi əla­qə­lə­ri­ni təs­diq­lə­yən baş­qa bir çox əl­yaz­ma­la­rı da Nə­vai­nin əlin­də – onun ki­tab­xa­na­sın­da ol­muş, hə­min döv­rün məh­su­lu ki­mi bu gü­nə qə­dər gə­lib çat­mış və öz ta­ri­xi-ədə­bi əhə­miy­yə­ti­ni sax­la­mış­dır. Ni­za­mi və Əmir Xos­rov, Ni­za­mi və Nə­vai, Ni­za­mi və Ca­mi­nin "Xəm­sə”lə­rin­dən se­çil­miş əl­yaz­ma­la­rı­na SSRİ-nin ki­tab xə­zi­nə­lə­rin­də rast gəl­mək olur” [4]. Təd­qi­qat­çı bu araş­dır­ma­sın­da Ni­za­mi əl­yaz­ma­la­rı­nın ya­zıl­ma ta­ri­xi­ni, cil­di­ni, sə­hi­fə­si­ni və sa­ir mə­sə­lə­lə­ri ay­dın şə­kil­də təs­vi­ri­ni qə­lə­mə al­mış­dır. Ni­za­mi­nin Nə­vai döv­rü­nə aid olan dörd əl­yaz­ma­sı üzə­rin­də xü­su­si da­ya­na­raq ay­dın şərh­lər ver­miş­dir.
 Nə­vai­nin Ni­za­mi eca­zı­na da­ir gö­rüş­lə­ri­ni Y.E.Ber­tels təd­qi­qat­la­rın­da be­lə təh­lil edir: "Şə­ri­ət­də ecaz pey­ğəm­bə­rin öz pey­ğəm­bər­li­yi­ni sü­but üçün gös­tər­di­yi mö­cü­zə­yə de­yi­lir. Mə­sə­lən, Mə­həm­məd üçün be­lə bir sü­but Qu­ran he­sab olu­nur. Ni­za­mi poe­ma­sı­nı Qu­ran­la mü­qa­yi­sə et­mək­lə Nə­vai hə­min əsə­rin mis­li-bə­ra­bə­ri ol­ma­dı­ğı­nı eti­raf et­miş olur” [2]. Öz­bək ədə­biy­yat­şü­na­sı Mə­həm­məd Əli "Ecaz­kar Gən­cə­vi" mə­qa­lə­sin­də Ni­za­mi­nin öz­bək ədə­biy­ya­tı­na tə­si­rin­dən, Ni­za­mi ir­si­nin öz­bək ədə­biy­yat­şü­nas­la­rı­nın təd­qi­qin­də xü­su­si ye­ri ol­du­ğu­nu eti­raf et­miş­di. Mə­qa­lə­də Y.Ber­tel­sin fik­ri­nə is­tinad edi­lə­rək gös­tə­ri­lir ki, "Ni­za­mi sə­nə­ti­nin müx­tə­lif ədə­biy­yat­lar­da do­ğur­du­ğu əks-sə­da in­tə­ha­sız və mi­sil­siz­dir. Bu­nu bir çox ədə­biy­yat­lar­da Ni­za­mi­yə bol­lu­ca ya­zı­lan nə­zi­rə­lər də təs­diq­lə­yir: mə­sə­lən, fars­ca qırx iki, öz­bək­cə iki, türk­cə iki və sa­ir.
 Ey­ni za­man­da Ni­za­mi qüd­rə­ti­dir ki, sö­z-so­vu dün­ya­ya ya­yıl­mış­dır. Ni­za­mi el­mi ilə dün­ya­ya bə­ləd idi. Xa­rəzm şah­za­də­si Naz­pə­ri su­rə­ti­nin bə­dii tə­rən­nü­mü təs­diq­lə­yir ki, şa­ir o xal­qın ta­ri­xi­ni, et­noq­ra­fi­ya­sı­nı, adət-ənə­nə­si­ni, mə­də­niy­yə­ti­ni, coğ­ra­fi­ya­sı­nı gö­zəl bi­lir­miş” [2].
 Əl­də olu­nan ədə­bi fakt­la­rı bir-bir təh­lil süz­gə­cin­dən ke­çir­mək­də məq­səd Ni­za­mi ya­ra­dı­cı­lı­ğı­nın öz­bək ədə­biy­ya­tı­na tə­sir mə­sə­lə­si­ni ay­dın­laş­dır­maq­dır. Ümu­mi­lik­də isə beş­cild­lik "Öz­bək ədə­biy­ya­tı ta­ri­xi” aka­de­mik ki­ta­bın­da Ni­za­mi­nin öz­bək ədə­biy­ya­tı­nın in­ki­şa­fın­da­kı müs­bət tə­si­ri əha­tə­li qeyd edil­miş­dir.
 
 
 Ədə­biy­yat­şü­nas­lıq­da təd­qi­qi: Öz­bə­kis­tan­da müx­tə­lif za­man­lar­da ay­rı-ay­rı el­mi mən­bə­lər­də ki­tab və top­lu­lar­da, qə­zet və dər­gi­lər­də Ni­za­mi ya­ra­dı­cı­lı­ğı, onun əsər­lə­ri haq­qın­da el­mi-tən­qi­di mə­qa­lə­lər, araş­dır­ma­lar nəşr olun­muş­dur. XX əs­rin 40-cı il­lə­rin­də Ni­za­mi və Nə­vai­nin yu­bi­ley gün­lə­ri çər­çi­və­sin­də bu səp­ki­də xey­li el­mi mə­qa­lə­lər ya­zıl­mış və dərc edil­miş­dir. Aka­de­mik Hə­mid Aras­lı­nın iki xal­qın ədə­biy­yat­la­rı haqqında gör­dü­yü iş­lə­ri say­maq­la ba­şa gə­lən de­yil. Onun elə hə­min il­lər­də Nə­vai ilə bağ­lı Azər­bay­can­da gör­dü­yü iş­lər haq­qın­da də­fə­lər­lə ya­zı­lıb, elə bu sə­tir­lə­rin mü­əl­li­fi də "Azər­bay­can-öz­bək ədə­bi əla­qə­lə­ri” mo­noq­ra­fi­ya­sın­da da qeyd­lə­ri­ni bil­dir­miş­dir. H.Aras­lı­nın 1940-ci il­də yaz­dı­ğı "Ni­za­mi və Nə­vai” ad­lı təd­qi­qa­tı öz­bək el­mi-nə­zə­ri fik­rin­də yük­sək də­yər­lən­di­ril­miş, ne­çə-ne­çə təd­qi­qat işi üçün ilk mən­bə sa­yıl­mış­dır. Öz­bə­kis­tan Döv­lət Pe­da­qo­ji İns­ti­tu­tu­nun el­mi əsər­lə­ri se­ri­ya­sın­dan nəşr olu­nan "Dil və ədə­biy­yat mə­sə­lə­lə­ri” top­lu­su­nun (XXIX cild, 1961) 56-89-cu sə­hi­fə­lə­rin­də H.Aras­lı­nın "Ni­za­mi ir­si dün­ya mə­də­niy­yə­ti xə­zi­nə­sin­də” ad­lı iri­həcm­li əsə­rin­də Ni­za­mi­nin öz­bək ədə­bi mey­da­nın­da, ədə­biy­yat­şü­nas­lıq el­min­də ro­lun­dan bəhs edi­lir.
 Aka­de­mik Va­hid Ab­dul­la­yev, aka­de­mik Va­hid Za­hi­dov, pro­fes­sor Səi­də­xan Nər­zul­la­ye­va, pro­fes­sor Şah­mə­həm­məd Şah­mə­həm­mə­dov və bir çox məş­hur öz­bək alim­lə­ri el­mi araş­dır­ma­la­rın­da Ni­za­mi ir­si­nin öy­rə­nil­mə­si, öz­bək ədə­biy­ya­tı­na tə­si­ri və ədə­biy­yat­şü­nas­lı­ğın­da təd­qi­qi mə­sə­lə­lə­ri­nə xü­su­si önəm ver­miş­lər. Ad­la­rı çə­ki­lən öz­bək alim­lə­ri vax­ti­lə dok­tor­luq dis­ser­ta­si­ya­la­rı­nı Ni­za­mi ya­ra­dı­cı­lı­ğı kon­teks­tin­də el­mi-nə­zə­ri prob­le­mə həsr et­miş və Ba­kı­da – AMEA Ni­za­mi adı­na Ədə­biy­yat İns­ti­tu­tun­da mü­da­fiə et­miş­lər.
 "Ni­za­mi elə bir mə­dən­dir ki, onun ya­ta­ğı Gən­cə­dir. Bu mə­də­nin qəl­bi in­ci ya­ta­ğı­dır. Fik­ri, ama­lı və xə­zi­nə­da­rı Ni­za­mi­dir. Onun di­li bu xə­zi­nə­dən in­ci­lər çı­xa­rır. ...Azər­bay­can xal­qı­nı vəsf elə­mək mə­nim üçün çox çə­tin­dir. Çün­ki o hər cə­hət­dən ka­mal zir­və­lə­ri­nə çat­mış, ta­ri­xin sı­naq­la­rın­dan üzü­ağ və mə­tin çıx­mış əzə­mət­li bir xalq­dır. Bu xal­qın bə­dii dü­ha­sın­dan da­nış­maq is­tə­sək, bö­yük Ni­za­mi­nin dün­ya­şöh­rət­li "Xəm­sə”si­ni xa­tır­la­ma­lı­yıq. "Xəm­sə” – Azər­bay­can mö­cü­zə­si­dir. Sə­nə­tin və bə­dii­li­yin dün­ya ta­ri­xin­də ye­ni və par­laq mər­hə­lə­si­dir, bə­şə­riy­yə­tin şah əsə­ri­dir [5]. Aka­de­mik V. Za­hi­do­vun "Ni­za­mi Gən­cə­vi və öz­bək ədə­biy­ya­tı” mə­qa­lə­sin­dən gö­tür­dü­yü­müz bu fi­kir­lər ədə­bi fak­tor ki­mi də ədə­biy­yat­şü­nas­lı­ğı­mız­da qiy­mət­li­dir” [5].
 Maq­sud Şeyx­za­də­nin ye­tiş­dir­mə­si olan fi­lo­lo­gi­ya elm­lə­ri dok­to­ru, pro­fes­sor, öz­bək ali­mi Na­tan Mal­la­ye­vin "Ni­za­mi Gən­cə­vi­nin ir­si və onun tə­lim-tər­bi­yə­vi əhə­miy­yə­ti” ad­lı mo­noq­ra­fi­ya­sı [6] xü­su­si əhə­miy­yət kəsb edir. Bu mo­noq­ra­fi­ya­nın "əsas mə­ziy­yə­ti ilk mən­bə­lər, na­mə­lum qay­naq­lar əsa­sın­da ya­zıl­ma­sı­dır. Ki­tab Ni­za­mi­nin fəa­liy­yə­ti­nin və ədə­bi ir­si­nin təd­qi­qi ta­ri­xi, hə­ya­tı və ya­ra­dı­cı­lı­ğı böl­mə­lə­ri­ni özün­də bir­ləş­di­rən "Ni­za­mi Gən­cə­vi”, "Şai­rin li­ri­ka­sı”, "Xəm­sə” ədə­bi ir­si­nin dün­ya miq­ya­sın­da əhə­miy­yə­ti” və "Ni­za­mi ədə­bi ir­si­nin dün­ya miq­ya­sın­da əhə­miy­yə­ti” his­sə­lə­rin­dən iba­rət­dir. Bu his­sə­lər ara­sın­da qı­rıl­maz əla­qə var­dır” [7]. Ki­ta­bın ma­raq­lı cə­hət­lə­rin­dən bi­ri də odur ki, mü­əl­lif dün­ya xalq­la­rı­nın ədə­biy­yat­şü­nas­lı­ğın­da Ni­za­mi­nin təd­qiq ta­ri­xi­nə to­xu­nur və bu təd­qi­qat­la­rın əhə­miy­yə­ti­ni ay­dın­laş­dı­rır. "Əsər­də ən ma­raq­lı cə­hət­lər­dən bi­ri də bu­dur ki, gör­kəm­li alim Ni­za­mi ir­si­nin təd­qi­qat­çı­la­rı­na ye­ni səp­ki­də ya­na­şır, onun ədə­bi mək­tə­bi­ni da­vam et­dir­dik­lə­ri­nin sə­ciy­yə­vi əla­mət­lə­ri­ni açıb gös­tə­rir. Xos­rov Dəh­lə­vi­nin, Əb­dür­rəh­man Ca­mi­nin, Əli­şir Nə­vai­nin, Mə­həm­məd Fü­zu­li­nin, İohan Hö­te­nin və baş­qa­la­rı­nın Ni­za­mi ir­sin­dən nə məq­səd­lə is­ti­fa­də et­mə­lə­ri­ni təh­lil edir və bu "tə­lim-tər­bi­yə mək­tə­bi”nin çox­sa­hə­li, bə­şə­ri, dün­yə­vi ele­ment­lə­ri­ni bir sis­te­mə sa­lır... Ki­tab­da həm­çi­nin Öz­bə­kis­tan ədə­biy­yat­şü­nas­lı­ğın­da Ni­za­mi Gən­cə­vi ilə bağ­lı təd­qi­qat­lar təh­lil olu­nur, elə­cə də Ni­za­mi əsər­lə­ri­nin tər­cü­mə, təb­dil və nəşr prin­sip­lə­rin­dən bəhs edi­lir” [7].
 Mə­həm­məd Əli "Ecaz­kar Gən­cə­vi” ad­lı araş­dır­ma­sın­da [2] Ni­za­mi­nin öz­bək ədə­biy­ya­tı­na tə­si­rin­dən bəhs et­miş, Ni­za­mi ir­si­nin təd­qi­qi­nin öz­bək ədə­biy­yat­şü­nas­lı­ğın­da xü­su­si ye­ri ol­du­ğu­nu bil­dir­miş­dir. Təd­qi­qat­çı öz fi­kir­lə­ri­ni üç as­pekt­də açıq­la­yır. İlk ola­raq, Ni­za­mi­nin no­va­tor­lu­ğun­dan söz açaraq onun nə­in­ki öz­bək xal­qı­na, bü­töv­lük­də türk dün­ya­sı­na do­ğur­du­ğu şə­fəq­dən, nur­dan bəhs edir, el­mi-nə­zə­ri ba­xış­la­rı ilə gəl­di­yi qə­naə­ti təs­diq­lə­mə­yə çalışır. İkin­ci­si, onun Şərq ədə­biy­yatı­na olan tə­si­rin­dən, bu tə­si­rin nə­ti­cə­si ola­raq ya­ra­nan "Xəm­sə”lər­dən, Ni­za­mi­nin mü­ra­ci­ət et­di­yi möv­zu­lar­da ya­ra­nan ye­ni əsər­lər­dən söz açır və on­la­rı ümu­mi­ləş­dir­mə müs­tə­vi­sin­də açıq­la­yır. Nə­ha­yət, Ni­za­mi alə­min­də, Şərq poe­zi­ya­sın­da ilk də­fə ola­raq in­san şəx­siy­yə­ti­nin bü­tün mə­nə­vi zən­gin­li­yi və par­laq­lı­ğı, zid­diy­yət­lə­ri, mü­zəf­fər yük­sə­li­şi və acı­na­caq­lı rə­za­lə­ti ilə gös­tə­ril­mə­si­ni şərh edir. Təd­qi­qat no­va­tor Ni­za­mi­nin dai­ma müa­si­ri ol­maq qə­naə­ti ilə ba­şa ça­tır.
Gör­kəm­li ədə­biy­yat xa­dim­lə­ri S.Er­ki­no­vun və M.Qə­ni­xa­no­vun "Ni­za­mi Gən­cə­vi” əsə­rin­də [8] da­hi şai­rin öz­bək el­mi-nə­zə­ri fik­rin­də tut­du­ğu möv­qe mü­əy­yən­ləş­di­ri­lir. Şai­rin öz­bək ədə­biy­ya­tı­na, ədə­biy­yat­şü­nas­lı­ğı­na olan tə­si­rin­dən, ümu­miy­yət­lə, öz­bək ədə­biy­ya­tın­da Ni­za­mi ənə­nə­lə­ri­ni da­vam et­di­rən sə­nət­kar­lar haq­qın­da ma­raq­lı mə­lu­mat ve­ri­lir.
 Ədə­biy­yat­şü­nas H.Hə­mi­di­nin "Əs­ki Şərq dü­ha­la­rı” [9] iri­həcm­li ki­ta­bın­da da Ni­za­mi ənə­nə­lə­rin­dən ət­raf­lı söz açıl­mış­dır.
 Ümu­miy­yət­lə, qeyd et­mək is­tə­yi­rəm ki, da­hi Ni­za­mi haq­qın­da öz­bək alim­lə­ri, təd­qi­qat­çı­la­rı xey­li say­da el­mi-nə­zə­ri mə­qa­lə­lər ya­za­raq, dərc et­dir­miş­lər.
 Əsər­lə­ri­nin nəş­ri: Ni­za­mi Gən­cə­vi­nin əsər­lə­ri öz­bək oxu­cu­la­rı ara­sın­da qə­dim­dən bə­ri şöh­rət tap­mış­dır. Müa­sir döv­rü­müz­də də bu iş ənə­nə­vi ola­raq da­im da­vam et­di­ri­lir. Öz­bə­kis­tan döv­rü mət­bua­tın­da da Ni­za­mi Gən­cə­vi­nin qə­zəl­lə­ri, poe­ma­la­rın­dan par­ça­lar ("Yed­di gö­zəl”dən, "Ley­li və Məc­nun”dan, "Sir­lər xə­zi­nə­si”ndən, "İskəndər və ço­ban” və sa­ir əsər­lə­ri) dərc edil­miş­dir.
 Ni­za­mi Gən­cə­vi­nin 800 il­li­yi ərə­fə­sin­də Öz­bə­kis­tan Döv­lət Nəş­riy­ya­tı 1947-ci il­də (Bö­yük Və­tən mü­ha­ri­bə­si­nin baş ver­mə­si ilə əla­qə­dar ola­raq yu­bi­ley nəş­ri son­ra­kı il­lər­də hə­ya­ta ke­çi­ril­miş­dir) şai­rin poe­ma­la­rın­dan par­ça­la­rı "Gül­dəs­tə” adı al­tın­da ay­rı­ca ki­tab [10] ha­lın­da çap et­miş­dir.
 XIX yü­zil­li­yin ikin­ci ya­rı­sın­da bö­yük öz­bək şai­ri Mə­həm­məd Rza Aga­hi Xi­və xa­nı Fi­ru­zun si­fa­ri­şi ilə Ni­za­mi­nin "Yed­di gö­zəl” poe­ma­sı­nı nəsr­lə tər­cü­mə et­miş­dir. Öz­bək ədə­biy­yat­şü­na­sı Mə­həm­məd Əli hə­min əsə­rin Aga­hi­nin ye­ni nəşr olun­muş (təxm. 1988-ci il­də) dörd­cild­lik kül­li­ya­tı­na da­xil edil­di­yi­ni ya­zır [2].
1983-cü il­də Ni­za­mi­nin öz­bək­cə yüzmin­lik ti­raj­la ye­ni bir ki­ta­bı – "Se­çil­miş əsər­lə­ri” [11] nə­fis tər­ti­bat­da çap­dan çıx­mış­dır. Ki­ta­bın gi­riş his­sə­sin­də da­hi şai­rin ədə­bi şəx­siy­yə­ti və ir­si haq­qın­da el­mi-nə­zə­ri fi­kir­lər yer al­mış­dır. Ki­ta­bın şe­ir­lər – li­ri­ka his­sə­sin­də Ni­za­mi Gən­cə­vi­nin qə­zəl­lə­ri, rü­bai­lə­ri, qə­si­də­lə­ri, qi­tə­lə­ri, hik­mət­li söz­lə­ri, elə­cə də "Sir­lər xə­zi­nə­si”ndən, "Yed­di gö­zəl”dən par­ça­lar təq­dim olu­nur (tər­cü­mə­lər Şa­his­lam Şah­mə­həm­mə­do­vun­dur). Ki­ta­ba tər­cü­mə­çi, fi­lo­lo­gi­ya elm­lə­ri dok­to­ru, Fir­dov­si adı­na res­pub­li­ka mü­ka­fa­tı­nın lau­rea­tı, pro­fes­sor Ş.Şah­mə­həm­mə­dov mü­qəd­di­mə yaz­mış, ki­ta­bın so­nun­da izah­lı lü­ğət ver­miş, il­lüst­ra­si­ya­la­rın mən­bə­lə­ri­ni qeyd et­miş­dir [11].
 "İn­ci­lər üm­ma­nı” ki­ta­bın­da [12] Ni­za­mi Gən­cə­vi­nin əsər­lə­rin­dən nü­mu­nə­lər nəşr edil­miş­dir.
 2005-ci il­də Daş­kənd­də da­hi şai­rin iki əsə­ri ay­rı­ca ki­tab­ halında nəşr olun­du: "Ley­li və Məc­nun” və "Xos­rov və Şi­rin” əsər­lə­ri fars di­lin­dən öz­bək­cə­yə tər­cü­mə olu­na­raq ye­ni nə­sil oxu­cu­la­ra təq­dim olun­muş­dur [13; 14].
Öz­bək şai­ri Alim­can Bu­ri­yev 1991-ci il­də Ni­za­mi Gən­cə­vi­nin "Sir­lər xə­zi­nə­si”ndən "Çaq­qal və tül­kü” he­ka­yə­si­ni, 2005-ci il­də "Xos­rov və Şi­rin”, "Ley­li və Məc­nun”, 2013-cü il­də "Sir­lər xə­zi­nə­si” poe­ma­la­rı­nı, 2016-cı il­də isə Öz­bə­kis­tan­da­kı Hey­dər Əli­yev adı­na Azər­bay­can Mə­də­niy­yət Mər­kə­zi­nin la­yi­hə­si əsa­sın­da Öz­bə­kis­tan ta­ri­xin­də ilk də­fə Ni­za­mi "Xəm­sə”si­ni tam hal­da öz­bək di­li­nə tər­cü­mə edə­rək bir ki­tab­da nəşr et­di­rib.
Xalq şai­ri, fi­lo­lo­gi­ya üz­rə fəl­sə­fə dok­to­ru, nə­zə­riy­yə­çi alim Ca­mal Ka­ma­lın tər­cü­mə­sin­də Ni­za­mi Gən­cə­vi­nin "Sir­lər xə­zi­nə­si”, "Ley­li və Məc­nun”, "İs­kən­dər­na­mə” poe­ma­la­rı Öz­bə­kis­tan­da­kı Hey­dər Əli­yev adı­na Azər­bay­can Mə­də­niy­yət Mər­kə­zi­nin la­yi­hə­si əsa­sın­da ki­tab şək­lin­də nəşr olu­nub, ha­zır­da di­gər iki poe­ma da ("Xos­rov və Şi­rin” və "Yed­di gö­zəl”) çap­da­dır.
 Daş­kənd Pe­da­qo­ji İns­ti­tu­tu Ni­za­mi­nin adı­nı da­şı­yır. Təd­qi­qat­çı Mə­həm­məd Əli ya­zır ki, bu, rəm­zi hal­dır – mü­əl­lim­lər ye­tiş­di­rən oca­ğa Şərq şa­ir­lə­ri mü­əl­li­mi­nin adı nə­sib ol­muş­dur. Öz­bə­kis­tan Əl­yaz­ma­lar İns­ti­tu­tu­nun zən­gin mu­ze­yi­nin ilk ota­ğı klas­sik us­tad Ni­za­mi­yə həsr olu­nub. Hət­ta Nə­vai əl­yaz­ma­sı­nı əl­də edən bu mu­zey­də­ki hə­min otaq­da Ni­za­mi­nin şək­li, əsər­lə­rin­dən il­lüs­tra­si­ya­lar, ilk "Xəm­sə" mü­əl­li­fi­nə həsr olu­nan tab­lo­lar, döy­mə iş­lə­ri, xal­ça, bə­dii ya­zı­lar, ki­tab vit­rin­lə­ri və baş­qa eks­po­nat­lar var­dır [2].
 Azər­bay­can klas­sik ədə­biy­ya­tı­nın, ilk növ­bə­də, Ni­za­mi, Nə­si­mi, Fü­zu­li ki­mi bə­dii söz ba­ha­dır­la­rı­nın, öz­bək ədə­biy­ya­tı­nın tə­rəq­qi­si­nə və ye­ni-ye­ni ənə­nə­lər­lə zən­gin­ləş­mə­sin­də da­nıl­maz ro­lu və bö­yük tə­si­ri öz­bək ədə­biy­yat­şü­nas­la­rı, ya­zı­çı­la­rı və mətn­şü­nas­la­rı tə­rə­fin­dən də təd­qiq edil­miş­dir. Bu təd­qi­qat­çı­lar isə öz növ­bə­sin­də Azər­bay­can ədə­biy­ya­tı mü­tə­xəs­sis­lə­ri­nin təc­rü­bə­sin­dən is­ti­fa­də et­miş­lər və öz­bək ədə­biy­yat­şü­nas­lı­ğı­nın üfüq­lə­ri­ni xey­li ge­niş­lən­dir­miş­lər. Azər­bay­can­da nə­vai­şü­nas­lıq el­mi ay­rı­ca sa­hə ola­raq for­ma­laş­dı­ğı ki­mi, Öz­bə­kis­tan­da da ni­za­mi­şü­nas­lıq, nə­si­mi­şü­nas­lıq, fü­zu­li­şü­nas­lıq ənə­nə­lə­ri bö­yük vü­sət al­ma­ğa baş­la­mış­dır.

http://artkaspi.az/az/nizami-gencevi-yaradicilii-zbek-elmi-menbelerinde-almaz-lvi-yazir
 

SİZƏ MARAQLI OLA BİLƏR