Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Xəbərlər

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Çində elmi ezamiyyətdə olub

01-12-2017 [ 17:59 ] [ oxunub:315 ]
printerA+ | A-
68398

27-29 noyabr 2017-ci il tarixlərində Çinin paytaxtı Pekində “Kəmər və Yol Təhsil dialoqu” adlı beynəlxalq tədbir keçirilib. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Təhsil şöbəsinin müdiri dr. Samir Səttarov keçirilən tədbirdə iştirak edib.

Tədbirdə yeni İpək yolu layihəsində iştirak edən 36 ölkə, o cümlədən Çin, Özbəkistan, Qazaxıstan, Pakistan, Hindistan, Azərbaycan, Türkiyə, Rusiya, Belorus, Polşa, Çexiya, Macarıstan, Slovakiya, Sloveniya, Fransa və digər ölkələrin nümayəndələri iştirak edib.

Forumda “Azərbaycan Milli Elmlər Akademiyasında elm və təhsilin inteqrasiyası. İnnovasiya və perspektivlər” mövzusu ilə çıxış edən dr. Samir Səttarov tədbir iştirakçılarına AMEA-da keçirilən islahatlar, yeniliklər, elm və təhsilin inteqrasiyası haqqında geniş məlumat verib. Azərbaycanlı alim, konfrans iştirakçılarına AMEA-da fəlsəfə və elmlər doktorlarının hazırlanması ilə yanaşı 2015-ci ildən etibarən magistratura təsilinin də açılması və inkişafı istiqamətlərində görünən işləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, daha sonra AMEA ilə müxtəlif ali məktəblər və universitetlər arasında əlaqələrdən, tələbə və müəllimlər üçün təşkil olunan ixtisasartırma və təcrübə proqramlarından danışıb.

Azərbaycanlı alim məruzəsində AMEA-da yeni texnologiyaların tətbiqi və həmin vasitələrin təhsilin inteqrasiya prosesində bilavasitə rolu haqqında geniş məlumat verib. Dr. Samir Səttarov daha sonra ekspert şurasında forum iştirakçılarının elm və təhsilin dünyada inteqrasiyası, hazırki durumu və inkişafı haqqında suallarını cavablandırıb.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

İctimaiyyətlə əlaqələr şöbəsi

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR